Fransa Ermənisitanı Azərbaycana qarşı yeni müharibəyə sürükləyir .

Bu günlərdə Qarabağdakı vəziyyətə həsr olunmuş proqramda çıxış edən Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistana yeni hərbi tərəfdaşın lazım olduğunu söyləyib.
O , deyib ki , müdafiə qabiliyyətinin artırılması üçün bizə silah lazımdır .
Xaçaturyan bu zərurəti onunla əsaslandırıb ki, Azərbaycan açıq şəkildə bəyan edir ki, İrəvan Ermənistan Respublikasının tərkib hissəsi deyil, Azərbaycana məxsusdur.
Oktyabrın 4-də Zelenski ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olmuşdu .
Ukrayna prezidenti özünün Teleqram kanalında yazıb ki, o, Bakıya humanitar yardıma , xüsusən də enerji sektoruna köməyinə görə təşəkkür edib .
Zelenskinin Azərbaycanla bağlı dediyi xoş sözlərdən sonra
Fransanın cənub - şərqində yerləşən Vyana şəhərinin hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağını götürüb .
Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell də deyib ki :
“Ümid edirəm ki, Brüsseldə Azərbaycan və Ermənistan arasında görüşlər təşkil etmək mümkün olacaq .
Ermənistanda siyasi sabitlik əldə edilməlidir”.
Yəni , sanki hamısının dərdi guya Ermənistsndır .
Azərbaycanın Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, "Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edir .
Əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.
Fransa Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir .
Fransa prezidenti Makronun Ermənistanı Paşinyandan daha çox müdafiə etdiyi hiss olunur .
Qarabağda
" Artsax Respublikası " layihəsindən istədədiklərinə nail ola bilməyən Fransa indi Cənubi Qafqazda gərginlik yaratmağa çalışır .
Faktiki olaraq hazırda Avropa Birliyinə Fransa nəzarət edir . Buna görə Makron Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin diliylə bildirir ki , Avropa İttifaqı Ermənistanla çiyin - çiyinə dayanacaq .
Fransa bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışır .
Ermənistanın əliylə bölgədə , Cənubi Qafqazda yeni hərbi toqquşmalar yaratmağa cəhd edir .
Fransanın hədəfində :
1. Ukrayna müharibəsi səbəbindən zəifləmiş Rusiyanı Cənubi Qafqazdan çıxartmaq ;
2. Ermənistanın təhlükəsizliyunin qarantı kimi reğonda möhkəmlənmək ;
3. Türk dövlətlərini birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır .
Bütün bu hədəflərinə çatmaq üçün öz agentlərinin diliylə ( Vaaqn Xaçaturyan , Şarl Mişel , Urfula fon der Lyayen və s . ) aranı qarışdırır .
Afrikadan sürətlə qovulan Fransa Ermənistan vasitəsiylə Cənubi Qafqazda lövbər salmağa çalışır .
Məqsədinə çatsa , buradan ( Cənubi Qafqazdan ) Asiya və Yaxın Şərqə nüfuz etməyi planlaşdırır .
Bu yaxınlarda Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna açıq şəkildə bəyan etmişdi ki : "Fransa Ermənistanın özünü müdafiə edə bilməsi üçün hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr imzalayacaq”.
Fransa yenidən Ermənistanı silahlandırır . İrəvana hərbi attaşşe təyin etmək istəyir . Azərbaycanla sərhəddə ( Zəngızurda ) konsulluq açmağı planlayır .
Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki,
" Bizim missiyamız Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməkdir ".
Müşahdələr göstərir ki , Fransa Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə sürükləyir .
Lakin ermənilər bilməlidir ki , yenidən müharibə olsa bu onların sonunu gətirə bilər .
Nəhayət , ermənilər anlamalıdır ki , Fransa öz siyasi imperialist maraqlarına görə onlara yeni bədbəxtlik gətirəcək .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .

Xudaferin.eu

14:07