HAMIMIZ BİR AMALA XİDMƏT ETMƏLİYİK ....

Türkiyə ərazisində baş vermiş dəhşətli zəlzələ irqindən , dinindən asılı olmayaraq , özünü insan hesab edən hər kəsi sarsıtdı . Dünyanın bir çox dövlətlərindən qardaş ölkəyə humanitar xarekterli yardımlar göndərilməkdədir . Dağıntılar altında qalan adamların xilas edilməsi prosesi gecə - gündüz davam etdirilir.
Lakin bu təbiət hadisəsini fürsət bilib, öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr də mövcuddur.
Belə ki, son günlər Azərbaycana qarşı yönələn planlar haqqında məlumatlar eşidilməkdədir.
Məsələn:
1. Paşinyan üzdə zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verir , əlaltından isə Fransa Prezidenti Emmanual Makronun fitvasına uyaraq , Avropa Birliyinin 100-200 nəfərdən ibarət hərbiçisini mülki missiya adı altında Zəngəzurda yerləşdirməyi planlaşdırır.
2 . İran "Zəngəzur dəhlizinin" açılacağını həzm edə bilmir. Bu layihənin qarşısını almaq üçün Ermənistana kömək edərək , onu Laçına hücum etməyə sövq edir. Bu məqsədlə İrana məxsus “SEPAH” Ermənistan hərbiçilərinə təlim keçir.
3. Təxribatların həyata keçirilməsində İranla yanaşı Fransa da canfəşanlıq edir.
Amma reallıq bundan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını və bunun Beynəlxalq geosiyasi layihə olduğunu BƏYAN edib . Bu məsələ ilə bağlı MÖVQEYİNİN dəyişməz olduğunu bildirib.
Artıq məlum projeyə uygun olaraq, avtomobil və dəmir yollarının çəkilişi davam etdirilir.
Azərbaycan Türk birliyini istəməyən qüvvələr bunun qarşısını almağa çalışır.
Lakin onlar unudurlar ki, siyasi rəhbərliyimizin qərarı qətidir. Ölkələrimizin GÜCÜ yetərlidir. Ermənistan öz himayədarlarına uyub Azərbaycana qarşı belə addım atsa, onların xəyalları boşa çıxacaqdır.
Rusiya tərəfi ən - ənəvi olaraq Azərbaycanla bağlı ikili siyasətini davam etdirir. Bir tərəfdən onlar 22 fevral 2022- cü il tarixli strateji əməkdaşlıq haqqında MOSKVA bəyanatının şərtlərinə sadiq olduqlarını bildirirlər.
Lakin imza atdıqları SAZİŞİN 4-cü bəndinin tələblərinə əsasən "Sülhməramlıların" Laçın dəhlizində yerləşdirilməsi ilə paralel erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını təmin etmirlər.
Digər tərəfdən isə Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları tərəfindən dolaşıq fikirlər səsləndirirlər.
Belə ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan" a müsahibəsində Avtopa İttifaqının Ermənistana yeni missiya göndərmək planları haqqında danışıb.
O , (S.K.) bildirib ki: " QƏRB-in faktiki olaraq NATO-nun əlavəsinə çevrilən yeni missiyasnın tutduğu xətti yaxşı bilirik. Onları Azərbaycan və Ermənistan xalqlarının maraqları yox, Rusiya ilə İranın regionda fəallaşması narahat edir. Biz , bölgədə vəziyyətin normallaşmasına kömək edən səylərin, addımların tərəfdarıyıq. Müxtəlif söz-söhbətə, mövcud problemlərə baxmayaraq , Rusiya Ermənistanın müttəfiqi olaraq qalır ."
Göründüyü kimi, istər QƏRB, istərsə Rusiya bizə qarşı münasibətdə yalnız öz strateji maraqlarını güdür.
Azərbaycan və qardaş Türkiyə ətrafında cərayan edən təbii , həm də siyasi prosesləri diqqətlə izləyirik . Ölkələrimiz əleyhinə yönəlmiş təxribat xarakterli hərəkətlərin fərqində olduğunu bildiririk .
Hesab edirik ki:
-- bizə qarşı yönələn hərəkətlər Ermənistan üçün yaxşı heç nə vəd etmir;
-- əksinə, Paşinyan Sülh müqaviləsindən yayınmaqla Ermənistanı yeni zərbə qarşısında qoya bilər;
Azərbaycanla Türküyənin istənilən ŞƏR qüvvələri yerində oturtmağa hərbi gücünün olduğuna şübhə etmirik .
Qarabağla , Zəngəzur dəhlizi məsələsi ilə bağlı Dövlətimizin siyasətini müdafiə edirik .
Zəngəzur dəhlizinin Azərbaycanın nəzarəti altında açılacağına inanırıq .
Zəlzələ nəticəsində həlak olanları rəhmətlə , hüznlə yad edirik . Xəsarət alanlara şəfa diləyirik .
Azərbaycan - Türk xalqlarının indiki çətin durumdan da şərəflə çıxacağına əmin olduğumuzu bildiririk . Yetər ki, hər birimiz bacardığımız sahədə ümumi amalımıza xidmət edək .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

23:03