QARABAĞ MÜNAQİŞƏSİNİ BİTİRMƏYİN ZAMANI YETİŞİB .

Il Qarabağ müharibəsində cəmi 44 günə Ermənistana qalib gəldik . Lakin Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi bağlanmayıb . Yenə tez - tez atəşkəs pozulur , günahsız insanlar həyatını itirir .
Proseslərin gedişini təhlil edəndə bu qənaətə gəlmək olur ki , Sülhə mane olan səbəblər aşağıdakılardır :
1. Rus və diğər xarici dövlətlərin kəşfiyyat orqanlarına xidmət edən Ermənistanda və Azərbaycandakı 5 - ci ( beşinci ) kolonunun destruktiv fəaliyyəti ;
2 . Sülh danışıqlarınnın təşəbbüskarlarının problemə qeyri - səmimi yanaşması .
İstər Rusiya istərsə də Qərb siyasətçiıəri öz maraqlarından çıxış edirlər .
Rusiyada , Avropada eləcə də ABŞ-da baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlərdə problemə yanaşmalar eyni deyil.
İran , Rusiya , ABŞ və Avropa dövlətlərinin xüsusiylə , Fransanın Cənubi Qafqazda öz maraqları və perespektivə hesablanmış planları var.
Reğionumuzda hərə öz faydasını götürmək istəyir .
Bu cür yanaşmalar səbəbindən sülh prosesi uzanır .
Düşünürük ki , vəziyyətdən çıxış yolu kimi Azərbaycan bir neçə variantan birini seçməlidir .
1- ci variant :
Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan danışıb razılığa gəlməlidir.
Çünki vasitəçi kimi çıxış edən kənar qüvvələr iki dövlətin birbaşa təmaslarına imkan vermir .
Rusiya , İran və Fransa çalışır ki, münaqişə yenidən qızışsın .
Onlar bu münaqişənin bitməsində maraqlı deyil. Məhz onlar erməni və azərbaycan xalqları arasına ziddiyyətli - qızışdırıcı fikirlər yayırlar .
Məqsəd razılaşmaya mane olmaq, sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir .
2 - ci variant : "Dəmir Yumruq " işə salınmalıdır . Qarabağda qısa müddətli ( ildırım sürətli ) əməliyyat keçirilməlidir .
Belə düşünməyə səbəb var . Məsələn , ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-da keçirilən görüşü zamanı dediyi : “ən çətin məsələlərin həlli sonraya qalıb”, “çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb” ifadələrini diqqətlə araşdırmaq lazımdır .
Blinken “Ən çətin məsələ” deyərkən nəyi nəzərdə tutur?
Bu çətin məsələnin həlli Azərbaycanı daha 30 il gözləməyə vadar edə bilər ...
Çünki , bizə yaxşı məlumdur ki , Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT- in Minsk Qrupunun həmsədrləri olmuş Fransa , ABŞ və Rusiya 30 il müddətində istəyirdilər ki : 1.Qarabağa xüsusi status təyin edisin .
2. Qarabağda qalacaq ermənilərə beynəlxalq təminat verilsin .
İndi Ermənistanla Azərbaycan arasında Sülh danışıqlarının aparıldığı zaman da xaricilərin strateji niyyətlərinin dəyişmədiyi açıq - aydın hiss olunur .
Təbii ki , rəsmi Bakı bu təklifləri qəbul edə bilməz . Etsək şəhidlərimizin ruhu bizi bağışlamaz .
Hesab edirik ki , prezidentimiz İlham Əliyevin dediyi kimi , ermənilərə yalnız və yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaş statusu verilə bilər .
Azərbaycan siyasi iradəsini ortaya qoyaraq Laçında nəzarət-buraxılış məntəqəsi qurdu və bununla Qarabağa müdaxilə edilən xarici əlaqələrin qarşısını aldı.
İndi sıra daxildəki separatçıları təmizləməyə çatıb .
Bu günlərdə ABŞ - ın Ermənistamdakı səfiri Kristina Kvin bu mövzuda danışarkən aşağıdakı fikirləri səsləndirib :
ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır .
Tərəflər arasında nəqliyyat yollarının açılmasını təklif edirik . Bu Ermənistanın da xeyrinə olacaq .
İnanır ki , Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz şəraitdə yaşaya bilərlər .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

10:02