TÜRKİYƏ MƏSULİYYƏTİ ÖZ ÜZƏRİNƏ GÖTÜRÜR .

Bu günlərdə Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə taxıl müqaviləsindən çıxsa, dünyanı qidalandırmaq çətin olacaq.
Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib ki :
müharibələr , quraqlıq , tədarük əlaqələrinin pozulması və dogər səbəblərdən dünyada aclıqdan əziyyət çəkən insanların sayı 349 milyon nəfərə çata bilər .
DƏP nümayəndəsi Cindy Mc Cain də bəyan edib ki, davam edən müharibəyə baxmayaraq, İstanbil Taxıl İxracı Sazişi : Ukraynaya milyonlarla ton ərzağı ixrac etməyə imkan verdi .
2022-ci ilin fevralında başlamış işğaldan sonra Ukraynanın Qara dənizdəki limanları Rusiya hərbi gəmiləri tərəfindən bağlanmışdı .
İstanbul Taxıl Müqaviləsi
ərzaq məhsullarını göndərə bilməsi ilə qlobal ərzaq böhranının öhdəsindən gəlməyə kömək edib.
Ukrayna beynəlxalq bazara günəbaxan, qarğıdalı, buğda və arpanın önəmli ixracatçısıdır .
Keçən il Dünya Ərzaq Proqramı tərəfindən tədarük edilən buğdanın yarısından çoxu bu ölkənin payına düşüb.
Bu müqaviləyə əsasən BMT Moskvanın öz kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdırmağa kömək etməyi də qəbul edib.
Xanım McCain qeyd edib ki : "Müqavilə yenilənməlidir .
Bu olmasa, nəinki dünyanı, bölgəni belə ərzaqla təmin etmək mümkün olmayacaq".
Məlum olduğu kimi 2022 - ci il iyulun 22 - də Türkiyənin İstanbul şəhərində Ukraynadan 120 gün müddətində ərzaq ixracı ilə bağlı müqavilə imzalanmışdı .
Müqavilələrdən biri Ukrayna hökümətinin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunun tənzimlənməsinə aid idi .
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayındələri tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzinin məqsədi :
- silah qaçaqmalçılığının qarşısını almaq ;
- gözlənilən təxribatlara imkan verməmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq idi .
Ötən ilin noyabrında taxıl müqaviləsi icrasının müddəti uzadıldı .
İstanbul razılaşmalarına görə Rusiya Ukrayna taxılının dünya bazarlarına çatdlrılmasına mane olmamalı idi .
Müqaviləyə əsasən 2023 - ci ilin may ayının ortalarınadək bu istiqamətdə 950 reys həyata keçirilib .
Ümumilikdə , Ukrayna dəniz limanlarından dünyanın 40 - dan çox ölkəsinə 30 milyon ton buğda və qida məhsulları daşınıb . Milyonlarla insan aclıq təhlükəsindən xilas edilib .
Son günlər müəyyən səbəblərə görə Rusiya razılaşmadan çıxmaq istəyir .
Rusiyadan fərqli olaraq Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirməkdə israrlıdır .
Bununla Türkiyə tarixi əhəmiyyətli siyasi addım atmağa hazırlaşır .
- Türkiyə hərbi dəniz qüvvələri yükdaşıyan gəmiləri müşaət etməli ;
- onlarıın təhlükəsiz surətdə mənzil başına çatdırılmasına zəmanət verməlidir .
Lakin bu çox riskli qərardır .
Belə ki , bu halda :
1. Türkiyə hərbi dəniz qüvvələri taxıl və qida daşınan gəmiləri Rusiyanın hücümlarından qorumaq məsuliyyətini öz üzərinə götürür .
2. Ukrayna müharibəsinin gedişində uğursuzluğa düçar olmuş Rusiyanın qəzəbinə səbəb olur .
Bütün bu risklərə baxmayaraq Türkiyə bu addımı ilə milyonlarla insanı aclıq təhkükəsindən xilas etməkdə israrlıdır .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

21:19