AZƏRBAYCANDAKI CƏSUS ŞƏBƏKƏLƏRİ YOX EDİLMƏLİDİR ...

1991 -ci ildə Azərbaycan SSRİ - dən ayrılaraq müstəqillik əldə etdi . Həmin zamana kimi ölkəmizdə Rusiyadan başqa xarici dövlətlərin agentura ( cəsus ) şəbəkəsi hiss olunmurdu . Respublikamızın müstəqilliyi möhkəmlənənə qədər olan " zaman kəsiyi " , yəni , 1991 - 1995 -ci illər kövrək dövr idi .
Həmin illərdə Dövləti idarə edənlərin başı ölkənin təhlükəsizliyi ( l Qarabağ müharibəsi ) ,
Beynəlxalq əhəmiyyətli Neft Müqavilələrinin bağlanması , əhalinin sosial iqtisadi vəziyyətinin yüngülləşdirilməsi və digər təxirəsalınmaz məsələlərin həllinə qarışmışdı .
İran dövləti müstəqilliyimizin bu kövrək mərhələsini fürsət bildi . Məqamdan xain məqsədləri üçün istifadə etdərək özünün cəsuc şəbəkəsini ( 5 -ci kolonunu ) yaratmağa başladı .
Məlumdur ki : din çox həssas məsələdir . İran İslam Respubliksı müsəlman dininə etiqat edən xalqımızın incə ( zəif ) damarından istifadə etməyə girişdi .
İlk növbədə Azərbaycan ərazisində İmam Xomeyni adına " İMDAD " Xeyriyyə Cəmiyyəti qurdular . Bu təşkilat ölkə üzrə əhalinin kasıb təbəqəsinə yardım etmək adı ilə müxtəlif tədbir keçirməyə başladı . Bir qədər möhkəmləndikdən sonra bir çox qaçqın düşərgələrinə və ayrı - ayrı məntəqələrə də nəzarəti ələ keçirdilər . Tədbir keçirdikıəri yerlərdə " özlərinə uyğun " insanları seçərək Qum , Qəzvin , Dəməşq şəhərlərinə dini təbsil almağa aparırdılar . Sonra həmin adamları təlimatlandırıb , yenidən Azərbaycana göndərirdilər .
Bu proses uzun illər davam edib . O dövrün mətbuatını izləyənlər bilir ki , Azərbaycanın vətənpərvər jurnalistləri ( məsələn : Ənvər Börüsoy , Qəvami Sadıqbəyli , Məhəmməd Novruzlu və s . ) bu mövzuda məqalələr yazaraq dövlət rəsmilərini gələcək təhlükələr barədə xəbərdalıq etməyə çalışırdılar . Çox vaxt da bu istiqamətdə fəaliyyətlərinə görə naməlum qüvvələr tərəfindən təqib olunurdular .
Cəsus şəbəkəsi , " öhdəlilləri " əsasən İran İnqilabı Keşikçiləri Qvardiyasının tabeçiliyində olan ETTELAAT - nın xətti ilə həyata keçirirdi . Bütün bunların hamısına imam Seyid Əli Xamenei rəhbərlik edir .
Agenturanın fəaliyyəti əasasən :
- Məscidıər ;
- Ti c a r ə t obyektləri ;
- QHT ( Qeyri - Hökümət Təşkilatları ) ;
- Ailələr və digər sahələri əhatə edir .
Məqsəd :
1) Azərbaycan cəmiyyətinin mühüm təbəqəsini "özününküləşdirmək " ,
2) Xomeyninin İslam doktrinasını Azərbaycanda həyata keçirmək ,
3) Respublikamızı nisbətən asan yolla "könüllü " işgal edib İrana qatmaqdır .
Müşahidələr göstərir ki , son 30 ildə özünü müsəlman adlandıran bu dövlət etibarımızdan su - istifadə edərək əlaltından çox iş görüb . Lakin istəyinə çata bilməyib .
Il Qarabağ müharibəsinin gedişi və nəticələri əsil həqiqəti üzə çıxardı . İran Molla Rejiminin iç üzünü açdı . Xalqımıza həm də bütün dünyaya məlum oldu ki , İran İslam Respublikası azərbaycanlılarla yox , bizimlə düşmənçilik edən Ermənistanla dostluq edir .
Bütün bu reallıqları nəzərə alaraq :
- ölkəmizdə xarici dövlətlərin cəsus şəbəkələrinin mövcudluğunun yolverilməz olduğunu bildirir ;
- Respublikamızın ərazisində yuva salmış , xain niyyətlər həyata keçirən məntəqələrin zərərsizləşdirilməsinin vacibliyini qeyd edirik .
- Mıktəblərdə , iş yerlərində , televiziya kanallarında vətənəpərvərlik mövzusunda təbliğat xarakterli çıxışların artırılmasını ;
- savadlı , vətənpərvər din xadimlərimizi üzə çıxardlb , onlara normal fəliyyət göstərmələri üçün şərait yaradılmasını ;
- qonşu İran İslam Respublikası ilə diplomatik əlaqələrin , konsulluq səviyəsində davam etdirilməsini
zəruri hesab edirik .
Dövlətimizi qorumalı ,
dilimizə , dinimizə , milli dəyərlərimizə sahib çıxmalıyıq .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

14:21