ÖLKƏMİZ QOŞULMAMA HƏRƏKATININ APARICI DÖVLƏTLƏRİNDƏN BİRİDİR .

Azərbaycan Respublikası bir sıra beynəlxalq qurumların üzvüdür . Ölkəmiz bu qurumların keçirdiyi toplantılarda qərarların qəbulunda və icrasında yaxından iştirak edir .
Belə Beynəlxalq qurumlardan biri də 61 il bundan əvvəl təsis olunmuş QOŞULMAMA HƏRƏKATIDIR .
Qoşulmama hərəkatı BMT - dən sonra mövcud olan ən böyük beynəlxalq qurumdur .
Bu qurumda dünyanın 120 çox ölkəsi təmsil olunur .
Azərbaycan bu ölkələr arasında səmərıli əməkdaşlıq əlaqələrunin yaradılmasında və inkişafında mühüm rol oynayır .
Hazırda AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATININ APARICI DÖVLƏTLƏRİNDƏN BİRİDİR .
Bu il mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVİD - 19 - a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi .
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərakatın sədri və ev sahibi kimi toplantıda iştirak edən qonaqları salamladı .
Dövlətimizin başçısı məruzə ilə çıxış edərək görüş iştirakçılarına əsasən aşağıdakı mılumatları çatdlrdı :
1. Azərbaycan Qoşulmama Hərəkatlna ( Q H ) sədrliyi 2019 - cu ildən etibarən başlayıb . COVİD - 19 pandemiya dövrünə təsədüf edirdi . Dünya ölkələrunin özünə qapandığı zamanda Bakı liderlik rolunu öz üzərinə götürdü .
2 . Qlobal promlemlərin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən biri oldu .
3 . Azərbaycanın sədrlyi ilə Qoşulmama Hərəkatın dünya ictimayyətini pandemiyan ilə mübarizəyə səfərbər etdi .
4 . Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020 - ci ilin may ayında QH - nın COVİD - 19 - la mübarizəyə həsr olunmuş onlayn ( internet vasitəsiylə ) sammiti keçirildi . Elə həmin il BMT Baş Assambleyasının pandemiyiyaya həsr olunmuş Xüsusi Sesiyası təşkil olundu . Azərbaycanın təşəbbüsü ilə BMT - nın İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu .
5 . Azərbaycanın sədrliyi ilə QH - nın Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis edildi .
6 . COVİD - 19 dövründə Azərbaycan ehtiyacı olan 80 - dən çox ölkəyə maliyyə və humanitar yardlm göstərdi . Ölkəmiz bu istiqamətdə Xeyirxah missiyasını bu gün də davam etdirir ...
Azətbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında bir sıra Beynəlxalq əhəmiyyətli təklifəri də dünya ictimayyıtinin duqqətinə çatdırdı :

1. BMT - da islahatlar aparılmalıdır , orada coğrafi baxımdan daha çox ölkə təmsil olunmalıdır ;
2 . Təhlükəsizlik Şurasında bir yer Qoşulmama Hərəkatına verilməlidir və quruma sədrlik edən ölkə növbəlilik şəklində bu səlahiyyətdən istifadə etməlidir ; bir yer isə Afrika ölkələrini təmsil edən ölkələrə verilməlidir ;
İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə öz maliyyə resurslarımız vasitəsiylə genişmiqyaslı yenidənqurma işləri haqqında da tədbir iştirakçıkarını məlumatlandırdı . Ermənistanın ərazilırimizi minalardığını bu səbəbdən 2020 - ci ildən , yəni , ikinci Qarabağ müharibəsindən sonra 300 nəfər azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu bildirdi .
Məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Qoşulmama Hırəkatına üzv plkələri humanitar addım kimi Dayanıqll İnkişaf Proqramı çərçivısində minatəmizləmə təşəbbüsünü dəstəkləməyə dəvət etdi .

Tədbirdə iştirak edən ölkələrin nümayəndələri çıxış edərək bu günkü DÜNYA DÜZƏNİNİN YENİDƏN FORMALAŞMASI haqqında fikirlər səsləndirfilər .
Qoşulmama Hərəkatı iştirakçıları Fransa hökümətini Avropadan kənarda : Afrika , Cənub - Şərqi Asiya və diğər ərazilərdə müstəmləkıçilik hərəkətlırinə son qoymağa , icma və xalqların hüquqlarına hörmət etməyə çağırdılar .
Onu da qeyd etməliyik ki , Qoşulmama Hərəkatına üzv olan ölkələr BMT müzakirələrində həmişə Azərbaycanın mövqeyini müdafiyə ediblər .
Birləşmiş Millətlər Təşkilatından
( BMT ) sonra dünyanın ən böyük Beynəlxalq qurumu kimi Qoşulmama Hərəkatında Azərbaycanın aparıcı ölkələrdən biri olması Dövlətimizin yürütdüyü düzgün siyasətin nəticəsidir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

22:02