RUSİYALI " SÜLHMƏRAMLI " HƏRBİÇİLƏRİN LEĞİTMLİYİ YOXDUR ...

Azərbaycanın Qeyri - Hökümət Təşkilatlarının ( QHT ) nümayəndələri 12 dekabr 2022 - ci il tarixndən Ekologi terrora yox demək üçün Laçın dəhlizində nümayiş keçirməyə başlamışdı .
Ermənilər öz ən ənəvi xüsusiyyətlərinə uyğun olaraq , bu aksiyanıın mahiyyətini dəyişərək dünya ictimayyətinə yalan informasiyalar yaymağa başladılar . Bütün ölkələrə car çəkdilər ki : azərbaycanlılar Qarabağda yaşayan ermənilərin həyat yolunu kəsiblər . Bu səbəbdən onların Ermənisyanla əlaqələri kəsilib . Hümanitar fəlakət baş verir . Acındam ölürük . Təcili Azərbaycana qarşı təzyiq göstərin və s . Bu mövzu ilə bağlı bir çox Avropa dövlətlərinin , ABŞ konqeesinin , həttda BMT - nın Təhlükəsizlik Şurasının üzvlərini aldatmağa çalışdılar .
Bu yalan informasiyanı bu gün də yaymaqds davam edirlər ...
Bəs əslində Qarabağda real vəziyyət necədir ...?!
Bu suala cavabı 5 mart 2023 - il tarixində baş vermiş qanlı toqquşma aydınlıq gətirdi .
Məlum oldu ki , Xanləndini Ermənistanla əlaqələndirən Laçın dəhlizi sadəcə gözdən pərdə asmaq funksiyası üçündür . Bu yolda baş verən hadisələrdən "çoxbilmiş" ermənlər rəsmi dövlətləri aldatmaq üçün siyasi məqsədlər naminə istifadə edirlər .
Əslində isə separatçı ermənilər gözdən uzaq torpaq yollarla Ermənistandan Qarabağa hərbi sursat , texnika , mina və silah daşıyırmışlar . Martın 5 də Xankəndi - Xəlfəli ' Turşsu yolumda baş vermiş silahlı toqquşma bu reallığı təsdiq etdi .
Həmin yola nəzarət ddən Rusiya " Sülhməramlıları " həmişəki kimi , yenə də özlərini görməməxkiyə vurdu .
Məticədə hər iki tərəfdən ölən və yaralananlar oldu .
Rusiyanın bu cür gözdən pərdə asmaq siyasəti 100 ildir davam edir .
Artıq tarixin təqvimində 21 əsrin 23 - cü ili gedir . Bütün dünya intetmetlə işləyir . İndi heç kimi aldatmaq mümkün deyill . Rəsmi Dövlət qurumlarnın isə hər bir hadisədən anındaca xəbər tutmaq imkanları yetərincədir . Belə olan şəraitdə separatçı ermənilərin xain hərəkətlərinə nədən dözməliyik ...?! STRATEJİ MÜTTƏFİQİMİZ olan Rusiyanın ikili siyasıtinə nə vaxta kimi susacağıq ...?!
Dünyanın bütün aparıcı dövlətləri və biz özümüz də bilirik ki : 10 noyabr 2020 - ci ildə Qarabağda mühatibənin dayandırılmasını özündə ehtiva edən üçtərəfli Moskva bəyannaməsinin hüquqi əsası yoxdur .
Çünki , bu sənədi Azərbaycan Respublikasının Milli Məclisi TƏSDİQ ( RATİFİKASİYA ) ETMƏYİB !!!
Belə hesab edirik ki : öz funksiyalasını , öhdıəliklərini yerinə yetirməyən , üçtərəfli Moskva BƏYANNAMƏSİNİN 4 - CÜ MADDƏSİNİN TƏLƏBLƏRİNƏ GÖRƏ SİLAHLI ERMƏNİLƏRİ QARABAÖDAN ÇIXARTMAYAN , BUNUNLA DA İNSANLARIMIZIN QƏTLİNƏ ŞƏRAİT YARADAN Rusiyalı " sülhməramlıları " evlərinə göndərmək üçün siyasi qətiyyıt göstərməliyik .
Günahsız insanların vaxtsız ölümünə səbəb olmaq yetməzmi ...?!

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

01:23