Nəhayət ki , Azərbaycan Dövlət Sərhəd Xidməti 23 aprel 2023 - cü il tarixində Laçın yolunun girişində , Ermənistanla sərhəddə , Həkəri çayı üzərində sərhəd - keçid məntəqəsi ( SKM ) qurdu .
Bu addım , ll Qarabağ müharibəsindən sonra atılan ən mühüm strateji və həlledici hadisə hesab oluna bilər .
Çünki müharibənin dayandırılmasından ( 10 noyabr 2020 - ci il ) 2 il 5 ay keçməsinə baxmayaraq , Laçın dəhlizi vasitəsiylə Ermənistandan Qarabağdakı erməni separatçılara müxtəlif növ silah - sürsat və mina daşınırdı .
Nəticə etibari ilə separatçılar Azərbaycanın Qarabağ İqtisadi Zonasında tez - tez təxribatlar törədirdi .
Səbr kasasını daşıran son hadisə Azərbaycan postlarına təchizat aparan hərbi maşının və qulluqçuların erməni minasına düşməsi və 3 ( üç ) əskərimizin yaralanması oldu . Müəyyən edildi ki , həmin minalar 2021 - ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisunə gətirilib . Bütün bu səbəblərdən Azərbaycanın Laçın yolunda sərhəd - keçid məntəqəsi quraşdırması məcburi xarakter daşıyırdı .
Təbii ki , ermənilər ənənəvi olaraq azərbaycanlıların onlara qarşı " yeni erməni soyqırımı ", " etnik təmizləmə əməliyatı " aparır ; deyərək , dünya ölkələrinin zəhləsini tökəcəklər . Lakin bəsdir , artıq ermənistanı müdafiə edən dövlətlərin siyasi dairələri də yaxşı bilir ki , bütün belə hay - küy yalandır və yalnız siyasi hoqqabazlıqdır .
Əslində isə Azərbaycanın bu ağır problemi səbrlə , sivil qaydada həll etmək bacarığı bizə qarşı olan qüvvələri ŞOKA saldı . Bu məqamda 5 ( beş ) aya yaxın müddətdə soyuq hava şəraitinə baxmayaraq qətiyyətli mövqe sərğiləyən azərbaycanlı EKOFƏALLARIN , Qeyri - hökümət təşkilatları ( QHT ) nümayəndələrinin zəhmətini də unutmaq olmaz . Məhz onların davamlı aksiyaları nəticəsində :
1 . Faydalı qazıntı yataqlarımızdan təbii sərvətlərimizin daşınmasının qarşısı kəsildi ;
2 . Ermənilərin Qarabağa silah - sürsat daşıdığı " ehtiyat yolları " aşkar olundu .
3 . Mən burdan heç yerə getməyəcəyəm deyən , qondarma " Artsax Respyblikasının " " Dövlət naziri " Ruben Vardanyan istədiyini ( təbii sərvətlərimizi talamaq ) edə bilmədi və təzyiqlərə dözməyib Qarabağı tərk etməyə məcbur oldu .
Azərbaycan sərhəd - keçid məntəqəsi qurmaqla sübut etdi ki, siyasi iradə hər şeyə qadirdir .
Siyasi iradə qarşısında heç bir qüvvə duruş gətirə bilməz .
Sərhəd - keçid məntəqəsinin yaradılması , Qarabağ probleminin həlli yolunda
dönüş mərhələsi oldu .
Biz qan tökmədən, ehtiyatla irəlilədik. Peşəkarlıqla sərhədlərin delimitasiya xəttinə yaxınlaşdıq . Laçın yolunu Ermənistanla birləşdirən sərhəddə çıxdıq.
Təbii ki , bu müddət ərzində Rusiya tərəfi müəyyən addımlar atmağa çalışdı. Amma onlar haqqsız olduğundan bu addımlarını sonadək ( hələlik ) davam etdirə bilmədi .
Hesab edirik ki :
1 . Laçın yolunda sərhəd - keçid məntəqəsinin yaradılması Qarabağ probleminin həlli istiqamətində atılan çox mühüm tarixi mərhələdir .
2 . Bu addım Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin məntiqi nəticəsidir .
Düşünürük ki , dövlətimiz xalqımızı narahat edən Qarabağ promleminin həll olunması istiqamıtində bundan sonra da siyasi iradəsini davam etdirəcək .
Çətin tarixi problemin həll olunması , diğər ümumxalq əhəmiyyətli məsələlərin həlli işində dövlətimizin yanında olmağı lazım bilirik .
Ölkəmizin inkişafı , xalqımızın rifahını yaxşılaşdırmaq üçün vətəndaşlarımızı birliyə dəvət edirik .
Qəvami Sadıqbəyli , Jurnalist - politoloq . Xudaferin.eu
YENİ TARİXİ UĞURUMUZ .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu
16:23