AKSİYANIN ƏHƏMİYYƏTİ...

Bu günlərdə Ermənistanın keçmiş maliyyə naziri Vardan Abramyanın " Artsax Respublikasının " iqtisadi durumu ilə bağıı hazırladığı və yaydığı hesabat erməniləri şoka salıb .
Hesabata görə, azərbaycanlıların Şuşa yolunda 12 dekabr 2022 - ci il tarixinndə başlatdıqları etiraz aksiyalarından keçən müddətdə Xankəndinin iqtisadi itkisi 165 milyon dollara çatıb . Separatçıların nəzarət etdiyi bölgənin gündəlik itkisi isə 1.6 milyon dollar miqdarındadır . Hesabat müəllifi bildidib ki , vəziyyət bu cür davam edərsə Ermənistanın Qarabağ ermənilərinə əlavə olaraq göndərdiyi 25 milyon dollarlıq vəsait kifayət etməyəcək .
Bəzi məlumatlara görə , separatçıların nəzarətindəki bölgədə 16 mindən çox erməni işsiz qalıb .
Belələliklə , " Artsax" - n büdcəsində dərin kəsir əmələ gəlib .
Qarabağda Azərbaycan Ekofəallarının və Qeyri - Hökümət Təşkilatı ( QHT ) nümayəndələrinin keçirdigi uzunmüddətli aksiya erməni seperatçılarının əlavə gəlirlərinin qarşısını alıb .
Vardan Abramyanın hazırladığı hesabatda büdcəni doldurmağın yeganə alternativinin Ermənistanın və dünyadakı erməni lobbisinin inaələri olduğu göstərilib .
Daha sonra qeyd olunub ki : - mövcud vəziyyət belə davam edərsə, " Artsax Respublikasınında " iqtisadi artım olmayacaq :
- " ll Qarabağ müharibəsindən əvvəlki dövrdə “ Artsaxda " iqtisadi
artım həmişə ikirəqəmli olub. Müharibədən sonra isə 17.6 faiz iqtisadi geriləmə qeydə alınıb.
Hesabat müəllifinin fikrinə görə , İqtisadiyyatın yenidən bərpasına Azərbaycanlıların Şuşa yolundakı etiraz aksiyası əngəl olub. Ötən ilin dekabrından başlayaraq iqtisadi fəallıq 20 faiz azalıb”.

Bu rəqəmlər göstərir ki , Qarabağda yaşamaq istəyən ermənilər başa düşməlidirlər ki , Azərbaycan Respubkikasının qanunlarına əməl etməsələr , iqtisadi və sosial vəziyyətləri ağırlaşmaqda davam edəcək .
Abramyanın hesabatına görə “ Artsax "- n iqtisadiyyatının uğurlu dövrü Azərbaycanın işğal altındakı ərazilərdə kənd təssərrüfatı çalışmalarıyla bağlı olub .
ll Qarabağ müharibəsindən sonra ərazilərin çoxu azad olundu və erməni separatçılar bu gəlirlərdən məhrum oldular.
Çünki , müharibədən əvvəl Qarabağ erməniləri həmin ərazilərdə taxıl yetişdirib onu Ermənistana satırdılar . Bunun hesabına isə həm Ermənistan taxıla olan tələbatının böyük hissəsini ödəyirdi , həm də separatçılar pul qazanırdı .
İndi isə Qarabağla Ermənistanı birləşdirənn yollar tədricən Azərbaycan hərbçilərinin nəzarətinə keçir. Məhz bu səbəbdən separatçılar Azərbaycana məxsus faydalı qazıntıları Ermənistana göndərə bilmirlər . Ekofəalların aksiyaları bu yataqlarda işin dayandırılmaslna səbəb olub .
" Artsx" - n keçmiş “dövlət naziri” Ruben Vardanyan bildirmişdi ki : bölgə iqtisadiyyatını bərpa etmək üçün 250 milyon dollar investisya lazımdır . İndi isə Qarabağ separatçılarının gələcək taleyi sual altında olduğundan nə kasıb Ermənistan höküməti nə də erməni lobbisi bu qədər pulu onlara verməyə risk eləmir .
Bütün bunlarla yanaşı , vəziyyətin ağırlaşmasına
bölgəni idarə edən separatçıların və Rusiya hərbi kontingentinin " maxinasiyaları " da ciddi təsir edir .
Məlumatlara görə , bəzi işbazlar " yerli " məmurlarla və Rusiya hərbçiləriylə əlbir " iş " gprürlər .
- Qarabağdakı işbazlar Rusiya hərbçilərinə rüşvət verərək onların nəqliyyat vasitələrində Ermənistandan bölgəyə ikinci növ məhsullar gətirir ;
- əldə etdikləri qazancı separatçı məmurlarla bölüşürlər .
Bütün bu reallıqıar göstərir ki :
1. ll Qarabağ müharibəsinin nəticəsi,
2 . Şuşa yolunda davam edən etiraz aksiyaları ; 3 . Ermənistanla bölgəni birləşdirən yolların hərbiçilərimiz tərəfindən nəzarətə götürülməsi erməniləri ağır vəziyyətə salıb .
Göründüyü kimi ermənilərin özlərinin hazırladıqları hesabatlar və verdikləri açıqlamalar göstəir ki , hər keçən gün seperatçıların əlehinə işləyir .
Hesab edirik ki :
- Azərbaycan Ekofəallarının və Qeyri Hökümət Təşkilatı ( QHT ) nümayəndələrinin keçirdigi aksiyaların ƏHƏMİYYƏTİ böyük olub ;
- Azərbaycan dövlətinin apardığı siyasət doğrudur .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

23:43