HAVA MƏKANIMIZ BİRĞƏ QORUNACAQ.

İki ölkə arasında hərbi inteqrasiya sürətlənir . Belə ki , Azərbaycanla qardaş Türkiyə hərbi müdafiə idarələri hava məkanlarının vahid sistem üzrə mühafizəsini təmin etmək haqqında qərar qəbul ediblər . Bu istiqamətdə işləri həyata keçirmək üçün yeni layihəyənin icrasına başlanılıb .
Azərbaycanla Türkiyə ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsinin reallaşdırılması prosesini həyata keçirir .
Bununla ordumuzda NATO standartlarının tətbiqi imkanları genişlənib .
Bundan sonra bizi təhdid edənlər bir daha düşünmək məcburiyyətində qalacaq .
Bu mövzuda danışan Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib ki , bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək imkanı əldə edəcək .
Layihənin icrası ilə Azərbaycanın da hava məkanına nəzarət etmək imkanı yaranacaqdır .
Ümumilikdə isə Egey dənizindən Xəzər hövzəsinə qədər olan ərazininin hava məkanını kənar hücümlardan müdafiə etmək mümkün olacaqdır .
Geosiyasi baxımdan bu layihənin icrasının böyük hərbi və siyasi əhəmiyyəti vardır .
Hərbi Hava Hücumundan birgə müdafiəni nəzərdə tutan
" HAKİM " adlanan bu layihənin icrası ilə :
1 . Regionda yeni reallıq formalaşacaq ;
2 . Azərbaycanın müdafiə imkanları əhəmiyyətli dərəcədə artacaq ;
3 . Reğionda Azərbaycanın mövqeyi və siyasi təsir dairəsi genişlənəcək .
4 . Hazırkı durumda Azərbaycanla Türkiyəyənin HHQ sisteminin vahud mərkəzdən idarə olunması ilə bu iki ölkənin Cənubi Qafqaz məkanına təsiri daha böyük olacaqdır .
Məlimdur ki , heç bir ölkə qonşuluğunda olan diğər ölkənin özündən güclü olmasını istəmir .
Bu baxımdan tarixən bizə qarşı məkrli siyasət yürüdən Rusiya , İran və Ermənistanın Türkiyə - Azərbaycan HHQ - nin birğə layihəsinin həyata keçirilməsindən ciddi narahat olublar .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

23:39