BÖYÜK GÜCLƏRİN PƏRDƏARXASI QLOBAL OYUNLARI ...

Hazırda dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri əsasən aşağıdakı xəbəri çatdırır : ““HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürüldü”.
Məlumatlara görə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra öz rezidensiyasına qayıdan İsmayıl Haniyə və onun cangüdəni İsrail tərəfindən atılan raket zərbəsi ilə öldürülüb .
Bu hadisə ilə bağlı İranın dövlət təhlükəsizliyi üzrə Ali Şurası fövqəladə iclas keçirib .
"Reuters" informasiya agentliyi bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri İran İslam Respublikasının Ali Lideri Əli Xameneinin qərargahında toplaşıblar .
Dünya bu fövqəladə hadisəyə İranın verəcəyi cavabın nədən ibarət olacağını gözləyir .
Məlumat üçün xatırladırıq ki, bundan əvvəl də İsrailin kəşfiyyat orqanları tərəfindən HƏMAS rəhbərlərinə qarşı dəfələrlə bu tip əməliyyatlar keçirilib və hərəkat liderlərinin bir çoxu bu hücumlar nəticəsində həyatlarını itiriblər.
İndiyədək İsrail hücumları nəticəsində həlak olan :
1. -- Yəhya Əbdüllətif Ayyaş
[ 1966-cı ildə İordaniyada anadan olub.] ;
2. --Şeyx Əhməd Yasin [ 1937-ci ildə Fələstinin Əsqalan şəhərinin Əl-Cəvra kəndində anadan olub.] :
3. --Əbdüləziz ƏL-Rantisi [ 23 oktyabr 1947-ci ildə Fələstinin Yibna şəhərində anadan olub.] ;
4. -- Salih Əl-Aruri [ 1966-cı il avqustun 19-da İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığındakı Arura qəsəbəsində anadan olub.] ;
5 --İsmayıl Haniyə
[ 1963-cü ildə Qəzza zolağındakı Elşatı qaçqın düşərgəsində anadan olub ] HƏMASIN liderləri olmuşlar .
Dünya mətbuatında ;
baş verən bu hadisələrlə bağlı əsasən aşağıdakı səbəblər göstərilir :
1.- İranın nüvə silahına sahiblənməsinin qarşısını almaq üçün İranı idarə edənləri qorxutmaq ;
2.-- İranı Qərblə qarşıdurmanın kəskinləşməsindən çəkindirmək ;
Bütün bu qeyri- dəqiq səbəblər fonunda Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hadisəsi özündə qaranlıq məqamları ehtiva edən olduqca düşündürücü və həyəcan verici xəbərdir.
Bəzi siyasi ekspertlərə görə : istisna olunmur ki, bu hadisə bölgəmizdə böyük bir müharibənin alovlanmasına səbəb ola bilər.
Xüsusiylə , dünya ictimayyətinin fikrini Ukraynada davam edən müharibədən yayındırmaq üçün YAXIN ŞƏRQDƏ yeni
bir müharibənin başlanmasında maraqlı olan qüvvələr vardır.
Hadisələrin bu istiqamətdə inkişafı Azərbaycanın da maraqlarına ziddir .
Il Qarabağ müharibəsindən yeni çıxmış Rəsmi Bakı ; REGİONDA sabitliyin , hərtərəfli davamlı inkişafın, sülhün və təhlükəsizliyin qorunub saxlanmasında daha çox maraqlıdır.
Hadisələrin təhlili göstərir ki : belə geopolitik qarşıdurmalara səbəb QLOBAL GÜCLƏRİN PƏRDƏARXASI OYUNLARIDIR .
Düşünürük ki : QLOBAL GÜCLƏR Tehranda "HƏMAS" lideri İsmayıl Haniyənin qətlini təşkil etməklə İran və İsrail arasında vəziyyəti bilərəkdən gərginləşdirdi .
Onlar ( QLOBAL GÜCLƏR ) hadisəni ŞİŞİRDƏRƏK vəziyyətin gərgin həddə olduğunu dünyaya NÜMAYİŞ etdirməklə ; reğionda yerləşən dövlətləri qorxudaraq öz strateji hədəflərini həyata keçirməyi hədəfləyirlər .
QLOBAL GÜCLƏRİN məqsədi :
-- müharibə edən tərəflərə silah satıb varlanmaq ;
-- ayrı - ayrı dövlətləri öz nəzarətlərində saxlamaq ;
-- ölkələrin sərvətlərini sümürməkdir .
Xatırladaq ki , İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri - General Qasım Süleymani də belə öldürülmüşdü .
O vaxt da İran rəhbərliyi qisas alacağına söz vermişdi .
Lakin bu sözlər bəyanatdan uzağa getmədi .
Çox güman ki : QLOBAL GÜCLƏR "dalaşan" dövlətlərin özündə yüksək vəzifələr tutan bir çox siyasətçilər ilə də gizli iş birliyinə malikdir .
İnanırıq ki : başda təcrübəli dövlət başçısı , Prezident -- İlham Əliyev olmaqla ,
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası ölkəmizi bu qarşıdurmaların dağıdıcı təsirlərindən qorunmaq üçün gərəkən addlmları atmaq iqtidarındadır .

Qəvami Sadıqbəyli , Jurnaliat - politoloq .

Xudaferin.eu

12:01