Moskva görüşündən kim qazandı..

    Məlum  olduğu  kimi  11  noyabr 2021 ci  il tarixində  Rusiya , Azərbaycan və  Ermənistan  rəhbərlərinin   Moskva  şəhərində  üçtərəfli  göruşü  keçirilib . Danşıqlardan sonra  aşağıdakı  məzmunda  razılaşma  əldə  edilib  :
    1. 10 noyabr 2020 ci il  tarixli bəyannamənin  9 cu bəndinin  reallaşdırılması  məqsədiylə  regionda bütün  iqtisadi nəqliyyat əlaqələrinin açılması  sahəsində  Rusiya  prezidenti Vladimir  Putinin  Azərbaycan , Rusiya və  Ermənistan baş nazir  müavinlərinin birgə  sədrliyi  ilə  üçtərəfli  işçi  qrupunun  yaradılmsdı  təklifi  dəsdəklənir .
    2.. İşçi  qrupu  30  yanvar  2021 ci ilə  qədər  ilk  iclasını  keçirəcək  və  onun  nəticəsi  olaraq  ,  Bəyannamənin  9 cu bəndinin  reallaşdırılmasından  irəli  gələn  əsas  iş  istiqamətlətinin  siyahısını  formalaşadıracaq ,  prioritet kimi  dəmir  yolu  və  avtomobil  rabitəsini  müəyyənləşdirəcək  ,  həmçinin  bundan  sonra  Tərəflər  adlandırılan :  Azərbaycan , Ermənistan və  Rusiya  arasında  razılaşdırmaya  əsasən  digər  istiqamətlər  müəyyənləşdiriləcək .
    3. İşçi  qrupunun  həmsədrlərimin  fəaliyyəyinin  əsas  istiqamətlərinin  həyata  keçirilməsi  məqsədi  ilə  bu  istiqamətlər  üzrə  ekspert  yarımqruplarının  tərkibi  səlahiyyətli  hakimiyyət  orqanlarının  və  tərəflərin təşkilatlarının  vəzifəli  şəxsləri  arasında  təsdiq  ediləcək . Ekspert  yarmqrupları  işçi  qrupunun  iclasındam  sonra  bir  ay  müddətində  tərəflər  tərəfindəm  onların  həyata  keçirilməsi  və  təsdiq  edilməsi  üçün  zəruri  resursların  və  tədbirlərin  əsaslandırılması  ilə  layihələrin  siyahısını  təqdim  edəcək .
    4.. İşçi  qrupu  1 mart  2021 ci  ilə  qədər  Azərbaycan  Respublikası vasitəsiylə  Ermənistan  Respublikasına həyata  keçirilən  beynəlxalq  daşımaların  ,  eləcə  də  Azərbaycan  Respublikası  və  Ermənistan  Respublikası  tərəfindən  həyata  keçirilən  daşımaların  təşkili ,  yerinə  yetirilməsi  və  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  zəruri  olan  nəqliyyat  infrastrukturunun  yeni  obyektlərinin  bərpasını  və  tikintisini  nəzərdə  tutan  tədbirlərin ,  eləcə  də  həyata  keçirilən  daşımaların  yüksək  səviyyədə  təsdiq  edilməsi  üçün  Tərəflər  siyahı  və  icra  qrafikini  təqdim  edəcək .
            11  noyabr  Moskva  görüşünü  müşahidə  edəndə  aydın  olur  ki ,  biz  müharibədə  qazandığımız  şanlı  qələbəmizi  masada  lazımı  səviyyədə  müdafiyə  edə  bilmirik .. Əksinə  Paşinyan   olmayan  " Arsax " respublikasının  adını  çəkir . Düzdür onun  bu  atmcalarına  cavab  verilmədi.  Lakin  bu  faktın   özü  onu  göstərir  ki ,  ermənilər  işğalçı  niyətlərindən  əl  çəkmək  fikrindən  uzaqdırlar .  
            Bizdə  isə  hakimiyyətii  idarə  edənlər  xalqın  tale  yüklü  məsələlərinə  aid  olan  qərarları   ictimayyətlə  ,  siyasi  partiyalarla  müzakirə  etmədən  ,  məsləhətləşmədən  qəbul  edirlər . Bununla  da  əslində  vətəndaşların  konstitsion  hüquqlarını  pozurlar .  Nəticədə  xalqımız  əziyyət  çəkir .
            Qarabağda  Azərbycan  Ordusuna  uduzan  Putin  masada  məqamdan  istifadə  edərək  bütün  dünyaya  o  cümlədən   Azərbaycana  demək  istədi  ki :  hələ  güclüyük ,  regionda  qərarları  biz  qəbul  edirik .
            Müharibədə  qalib gəlmişik . Ancaq   Şuşaya  insanlarımız  rus  " sülhməramlılarıının  "  icazəsi  və  nəzarəti  altında  gedib - gəlməlidir .  Bəs  bizim  suverenliyimiz  harda  qaldı .
            Qalib  ölkənin  əhalisi  niyə  kasıb  vəziyətdə  yaşamalıdır...?  
            Nə  vaxta qədər  vətəndaşlarımızın  həyat  tərzinə  birbaşa  aid  olan   iqtisadi ,  ticari, tibbi , mədəni , sosial və s. məsələlərin  həlli  ilə  təkcə  prezident  məşğul  olacaq ...? 
            Milli  Məclis , Nazirlər  Kabineti ,  ayrı  ayrı  nazirliklər ,  cəmiyyətlər , birlik  və  icra  strukturları  nədən  ötrü  fəaliyyət  göstərir ...?  Onların  saxlanmasına  nə  qədər   maliyyə  vəsaiti  ayrılır ...?
            Normalda   prezident  əsasən  beynəlxalq  münasibətlərin  tənzimlənməsi ,,  dövlətin  təhlükəsizliyi ,  suverenliyinin  təmin  olunması  və  bu  kimi  qlobal  məsələlərin  həll  olunmasna  nəzarət  etməlidir .  Bizdə  isə  dövlət  başçısı  həm  taleyüklü  həm  də  ölkədaxili  problemlərin  həlli  ile  şəxsən  məşğul  olur . Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki ,  bu  qədər  yükü  bir  insanın  daşıması  insafdan  deyil .
            10  noyabr 2020 ci  ildə  elan olunan  Bəyannamədə  göstərilən  və  ermənilərin  xeyrinə  olan  maddələr  artıqlaması  ilə  yetinə  yetirilir . Bizim  maraqlaımıza  aid  olan  heç  bir  addım  atılmır .  Belə  olan  halda  nədən  bilmək  olar  ki ,  2021  ci  ilin   11  yanvarında  qəbul  olunan  razılaşmanın  bəndləri   Azərbaycanın  xeyrinə  həll  olunacaq ...?  Hadisələrin  axarı onu  göstərir   ki , belə  getsə  Moskvaya  inanmaq  xəyal  olaraq  qalacaq . 
            Görünən  odur  ki ,  Rusiyanı  idarə  edənlər  imperialist siyasətlərindən  əl  çəkməyib .Ermənilər  isə  revanş  hissi  ilə  yaşayırlar  . Məğlub  olmuş  tərəfi  Rusiya  dirçəltmək  istəyir .  Azərbaycana  isə  təzyiq  edir .  Və  11 yanvar  Moskva  ğörusündən  qazanan  da  hələlik  Rusiyadır . 
            Bu təzyiqlərə  son qoyulması üçün  Azərbaycan  dövləti  daha  güclü  olmalıdır .  Güclü  olmanın  yplu  isə  xalq  iqtidar  birliyindən  keçir   
           Fikrimcə  :   Milli  Məclisin  tərkibi  demokratik   yolla  keçirələcək  seçkklər  əsasında  formalaşmalıdır . 
           Müharibənin  ağırlığını  həyatları  bahasına  öz  çiyinlərində  daşıyan   Generallarımız ,  Zabitlərimiz  və  qəhrəman  əskərlərimiz  idarəetmənin  bütün  strukturlarında  təmsil  olunmalıdıırlar .  Çümki  onlar  Vətənin və  Millətin  dərdini  daha  yaxşı  bilir .  

                         Müəllif :  Qəvami Sadııqbəyli
                  ( jurnalist - politoloq )

Xudaferin.eu

13:15