SOYDAŞLARIMIZI AZADLIQ UĞRUNDA MÜBARİZƏYƏ SƏSLƏYİRİK ....

İran İslam Respublikasında vəziyyət gərğinləşməkdə davam edir . Terror aktından sonra Azərbaycan bu ölkədəki səfirliyimizi bağlamalı oldu .
Təhlükəsizliklərinin yüksək səviyədə qorunmasına baxmayaraq , İranın Bakıdakı diplomatik nümayəndələri heç kimə məlumat vermədən səfirlik binasından qaçdılar . Mətbuat işçilərimiz belə onlardan müsahibə almağa macal tapa bilmədi .
Xain xoflu olar . Onların tələsik qaçması həm təsüf , həm də şübhə doğurur ....
Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını danmaq mümkün deyil .
Videolent göz qabağındadır. Bu ğörüntüləri bütün dünya izlədi .
Son zamanlar İran dini liderləri və bir sıra rəsmi şəxsləri ölkəmizin ünvanına hədələyici fikirlər söyləyirdi . Hadisə baş verməmişdən əvvəl Xarici İşlər Nazirliyimiz bir neçə dəfə xəbərdarlıq etdi ki, İrandakı səfirliyimizi qorumaq lazımdır . Amma İran qorumadı. Əlində avtomat olan biri polisinin gözü qabağında iiçəri girdi , terror törətdi . Səfirliyimizin bir əməkdaşını öldürdü , ikisini isə yaraladı .
İran haqqınnda xoş fikir söyləyən yoxdur . Dünyanın əksər dövlətləri İranı terror təşkilatlarını himayə edən dövlət kimi tanıyır . Molla rejimi islam dini pərdəsi arxasında gizlənərək insanlara zülm edir , onlar üzərində öz mürtəce , iyrənc istəklərini həyata keçirir . Etiraz edənləri edama göndərir , yaxud , zindanlarda çürüdür .
Oradakı qadınların həyatı ikiqat ağırdı . İyirmi birinci əsrdə yaşayırıq . Hər kəsin əlində telefon var . İnternet , sosial şəbəkələr mövcuddur . İndi heç nəyi gizlətmək mümkün deyil . Kim nəyi istəsə baxır , dinləyir . Əxlaq məsələsi zorla deyil , ailə tərbiyəsi ilə tənzimlənməlidir .
İran molla rejimi isə adamların özəl həyatına qarışır .
İnsanlar belə həyat tərzindən bezib . Hadisələrin bu cür davam etməsi vətəndaşları rejimə qarşı inqilaba sürükləyir . Ötən ilin sentyabr ayından başlayan etiraz dalğaları İranda
çevrilişin yaxınlaşdığını göstərir .
Belə vəziyyətdə biz də azərbaycanlı qardaş və bacılarımızın taleyinə biganə qala bilmərik . Soydaşlarımıza Cənubi Azərbaycanda dünyəvi , demokratik dövlət qurulması prosesində mənəvi , təbliğatı və gərəkən diğər üsullarla kömək etməliyik .
Çünki İRAN get gedə azğınlaşır .
Özünü müsəlman adlandıran İRAN İSLAM RESPUBLİKASININ Azərbaycanla münasibətləri gərgin vəziyyətə gətirib çıxartmasına təsüf edirik . Hadisələrin belə inkişaf etməsində İran hakimiyyətini qınayırıq .
İran üzdə müsəlman dövləti olsa da, bizimlə düşmənçilik edən Ermənistanla dostluq edir .
44 günlük müharibə zamanı daima Ermənistanın yanında oldu . Müharibədən sonra da onlarla siyasi-iqtisadi əlaqələr qurur , Tehranla İravan qardaş şəhər elan olunur . Atdığı bütün addımlar Ermənistanın xeyrinə davam edir . Təbii ki , belə hərəkətlər səbəbindən Azərbaycanla İran arasında münasibətlər getdikcə gərginləşməkdə davam edir . Respublikamızın prezidenti İlham Əliyev dəfələrlə iki qonşu ölkə arasında münasibətlərin yumşalmasına çalışdı . Xeyirxah niyyətlə
İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər nazirinin görüşünü təmin etdi . Dövlət başçımız İran hökümət nümayəndələrinə hər zaman xoş münasibət göstərdi . Respublikamızda onlar üçün normal şərait yaradılmasına qayğ sərgilədi . İş adamlarına Azərbaycanda fabrik, zavodlar tikməyə şərait yadatdl . Təsüf ki , İran tərəfi
bu xeyirxah münasibəti düzgün dəyərləndirə bilmədi . Əksinə , sərhədlərimiz yaxınlığında hərbi təlim keçirdilər . Bizi hədələyərək , qorxuzmağa cəhd etdilər . Başa düşmədilər ki , 30 il müddətində başdan ayağa silahlanmış , arxalarında rus hərbiçiləri dayanan Ermənistanı biz cəmi 44 günlük müharibədə məğlub etdik . Azərbaycanın qələbəsini bəzi dövlətlər kimi , İran da həzm edə bilmir . Çoxları düşünürdü ki , Azərbaycan torpaqları daim işğal altında qalacaq.
Lakin prezident İlham Əliyevin müdrük siyasəti , Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ll Qarabağ müharibəsndə ZƏFƏR çaldıq . İndi məlum olur ki , bir sıra dövlətlər qələbəmizi qəbul edə bilmir . Bizə qarşı hədələyici davranışı və terrorist hərəkətləri ilə İran belə dövlətlərin sırasında olduğunu sübut etdi . Əksər ölkələrin bu qanlı hadisəni pisləyən bəyanatlar verməsi bir daha göstərdi ki : Azərbaycan səfirliyinə qarşı törədilən TERROR AKTI insanlığa qarşı vəhşilikdir .
İranın daxilində vəziyyət gərgin olaraq qalır . Orada öz tarixi vətənlərində yaşayan azərbaycanlılara qarşı ciddi təzyiq var ;
40 milyonluq soydaşımızın hüquqları pozulur ;
ana dilində məktəbləri , səhiyyə ocaqları , mədəniyyət mərkəzləri yoxdur .
Hesab edirik ki , belə vəziyyət uzun müddət davam edə bilməz .
Tehranda səfirliyimizin bağlanması ; Təbriz şəhərində Konsulluğun qalmasını düzgün addım hesab edirik .
İranda yaşayan soydaşlarımızın ağır həyatına son qoyulmasını tələb edir ;
onların hüquqlarının kobud surətdə pozulmasının yolverilməz olduğunu bildirir ;
Soydaşlarımızın taleyinə biğanə qalmağın mümkün olmadığını ifadə edir ;
İranda yaşayan qardaşlarımızı ayağa qalxaraq azadlıqları uğrunda mübarizəyə səsləyirik ...

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

12:47