TƏBLİĞAT GÜCLÜ SİLAHDIR ....

Dünyanın müxtəlif regionunda insanların, xalqların, dövlətlərin taleyini dəyişən hadisələr baş verir. Belə hadisələrin bizim də həyatımızın bu gününə, sabahına birbaşa təsiri var və olacaqdır.
Məsələn, hələ də davam edən Ukrayna - Rusiya müharibəsi ;
- İranda yaşayan xalqların molla rejiminə qarşı üsyanı;
- Qarabağda erməni separatçılarının bitməyən təxribatları belə hadisələrdəndir.
Ətrafımızda baş verən siyasi prosesləri müşahidə edəndə aşağıdakı mənzərəni görmək olur :

1) Ukrayna - Rusiya müharibəsinin nəticəsindən milyonlarla insanın, xalqların hətda bir çox dövlətlərin taleyi yenidən müəyyənləcək ;

2) İranda davam edən ixtişaşların sonunda Güneyli soydaşlarımız indikindən tam fərqli yeni həyata qədəm qoyacaqlar ;

3) Ermənilərin təxribatları hələ çox dövlətlərin, xalqların baş ağrısı olacaq.
Yuxarıda qeyd etdiyim Ukrayna - Rusiya müharibəsi və İran hadisələri nisbətən kənarda baş verdiyi üçün biz bu prosesləri hələ izləyirik.
Ermənilərin bitməyən təxribatlarını isə bir an da yaddan çıxarmaq olmaz. Unutmamalıyıq ki : Erməni dövlətini Regionumuzda, yəni, Cənibi Qafqazda konkret olaraq tarixi Azərbaycan ərazisində yaradan Dünyanın Böyük Gücləri olub.
Siyasətdən az - çox başı çıxan hər kəs bilir ki : Ermənistan Oyuncaq - Maket dövlətdir. Onun taleyini özləri yox, dünya gücləri müəyyənləşdirir. Təbliğat vasitəsi ilə ermənlərin şüuruna " Böyük Ermənistan ", "ən qədim xalq ", " ən mədəni millət " MİFİNİ ( Əfsanəsini ) yeridiblər. Bu "MİF " onların ağlını yerindən oynadıb. Təbliğatın zəhərinin "DOZASI" - nın artıq olması erməniləri (özünəvurğunluq) sağalmaz xəstəliyə düçar edib. Fizikanın qanunlarına uyğun olaraq ( təsir əks təsirə bərabərdir ) indi həmin təbliğat onun müəlliflərinə yönəlib.
Konkret desək hazırda Fransa, Rusiya və bəzi dövlətlər bu zəhəri dadmaqdadırlar. Ermənilər həmin dövlətlərin xalqlarını bu xəstəliyə yoluxdurmaqla məşğuldurlar.
Onlar dünyanın bir çox dövlətlərinin KİV - ni ( Kütləvi İnformasiya Vasitələrini ) ələ alıblar. Həmin dövlətlərin strateji əhəmiyyət daşıyan sahələrinə təsir etməyə çalışırlar.
Son zamanlar Fransada qəbul olunan qərarlar, BMT - nin TŞ da Azərbaycan əlehinə qətnamənin qəbuluna edilən cəhdlər, Rusiyanın KİV - də , bəzi siyasi dairələrində səslənən fikirlər belə düşünməyə əsas verir.
Yayılan məlumatlardan məlum olur ki , ABŞ - da, Fransada, Rusiyada və bəzi dövlətlərdə yaşayan insanların bir çoxu hələ də erməni yalanlarına inanır.
Onların yalan təbliğatlarının təsiri altında Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər.
Məsələn :

1) Rusiya telekanalında aparıcılıq edən Vladimir Solovyov həmişə ermənipərəst mövqedən çıxış edir.
Lakin az adam bilir ki, həmin siyasi tok - şou proqramının rəhbəri Hayans Ambarsumyandır ;

2) " EADaily " agentliyinin təsisçisi Biqen Akopyan, baş redaktorun müavini Mixail Ağacanyan, şöbə müdürü Anna Bəyləryandır.

Belə " yanlar " demək olar ki, dünyanın əksər dövlərinin rəsmi orqanlarında və KİV- də kök atıb, şaxələniblər. Məhz belə imkanlarından sui - istifadə edərək Azərbaycanın əleyhinə təbliğat aparırlar. Bu sahədə mövqeləri güclü olduğu səbəbindən həm savadsız erməniləri həm də başqa xalqların sadə təbəqəsini zombiləşdirə bilirlər.
Təbliğat işinin vacib sahələrdən olduğunu nəzərə alaraq bir sadə vətəndaş kimi ölkəmizin, xalqımızın mənafeyini layiqincə müdafiyə etmək məqsədiylə təklif edirəm ki , Dövlətimizin siyasi rəhbərliyi :

1) Xaricdə yaşayan azərbaycanlılarla iş Komitəsinin;

2) Xaricdə fəaliyyət göstərən səfirliklərimizin;

3) Xarici ölkələrdə, xüsusiylə Rusiyada mövcud olan Azərbaycan diasporalarının fəaliyyətinə diqqəti artırsın ;

4) Yardım etdiyi, əmək haqqı və digər lazımı imkanlarla təmin etdiyi qurumların işinı ciddi təftiş etsin;

5) Gərəkirsə həmin təşkilatların tərkibində və fəaliyyət mexanizmində islahatlar aparsın.

Çünki , TƏBLİĞAT GÜCLÜ SİLAHDIR, xüsusiylə siyasət sferasında.

Müəllif : Jurnalist -- politoloq , Qəvami Sadıqbəyli .

Xudaferin.eu

17:54