QEYRİ QANUNİ YOLLAR NƏZARƏTƏ GÖTÜRÜLDÜ...

Məlum olduğu kimi Qarabağdakı Erməni seperatçılar Laçın yolunun şimalındakı torpaq yollardan qeyri - qanuni olaraq , öz məqsədləri üçün istifadə edirdi .
Rusiya Sülməramlı Kontingentin ( RSK ) müşaəti altında erməni silahlı dəstələri dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi , həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirirdi . Bu istiqamətdə hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunurdu . Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb . Bu yollardan qeyri-qanuni istifadəsinin yolverilməz olduğu barədə Azərbaycan siyasi rəhbərliyi həm Ermənistan həm də RSK komandanlığına dəfələrlə xəbərdarlıq etmişdi . Bütün bu xəbərdarlıqlara baxmayaraq , seperatçı ermənilər silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün bu yollardan qeyri - qanuni olaraq istifadə etməkdə davam edirdi .
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Mart ayının 25 - də Ordumuz Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirməyə məcbur oldu .
Ordumuz Şuşadan enərək şimalda Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək, nəzarətə götürüb .
Şuşa rayonu ərazisindəki 2054 metr hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) olan yüksəklikdə də nəzarəti ələ keçirib və mühəndis-istehkam işlərinə başlayıb .
Əməliyyatlarda itki olmayıb. Torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Yüksək peşəkarlıqla keçirilən əməliyyat zamanı heç bir qan tökülməyib. Düşmən qazdığı səngərləri və açdığı yolları bir güllə də atmağa cəsarət etmədən tərk etməli olub .
Çox maraqlıdır ki , elə həmin gün , yəni , martın 25 - də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib .
Telefon danışığı zamanı bu il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə Şarl Mişelin keçirdiyi görüş xatırlanıb .
Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib . Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib .
Göründüyü kimi Avropa İttifaqının rəhbərliyi diplomatik dildə dostluqdan danışırlar . Hadisələrin gedişi mahiyyətcə Qərb ölkələrinin maraqlarına XİDMƏT edən ermənilərə toxunanda isə dərhal " NARAHATLIQLARINI " bildirirlər .
Demokratiyadan , insan haqlarından bol - bol danışırlar .
Bəs bizim haqlarımızı kim qoruyacaq ...?!
Ölkəmizə , Dövlətimizə " KƏM " baxanlar unutmasınlar ki : Azərbaycanın Müzəffər Qüdrətli Ordusu və həmin Ordunun dünya siyasətində özünü çoxdan təstiq etmiş İlham Əliyev kimi Ali Baş Komandanı var .
Heç təsədüfi deyil ki , Azərbaycan Respublikasının Prezidenti -- Ali Baş Komandan İlham Əliyev Novruz bayramı ilə əlaqədar Qarabağda sakinlərlə görüşü zamanı Ermənistana və onların arxasında dayanan güclərə açıq - aşkar xəbərdarlıq mrsajı göndərdi .
Öz çıxışında dövlət başçısı əsasən bu fikirləri səsləndirdi :
- Ermənistanın hazırda 29 ( iyirmi doqquz ) min kvadtat kilometr ərazisi var ;
-- Qarabağın onlara aidiyəti yoxdur .
-- Onlar ( ermənilət ) rahat yaşamaq istəyirlərsə , rəsmi olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməlidirlər ;
- Dövlət sərhədlərinin delimitasiya xəttini tanımalıdırlar ;
- Təklif etfiyimiz şətlər əsasında bizimlə Sülh müqaviləsi imzalamalıdırlar ;
- Ermənilər də , onların arxasında duran dövlətlər də bilsinlər ki : bizim təkliflər qəbul olunmasa ,
SƏRHƏDLƏRİN HARADAN KEÇDİYİNİ BİZ ÖZÜMÜZ MÜƏYYƏN EDƏCƏYİK .
Hesab edirilk ki : Prezident - Ali Baş Komandan İlham Əliyevin fikirləri doğrudur . Vətən məsələsində iqtidar müxalifət mövqedən asılı olmayaraq düşmənlərə qarşı bir cəbhətən çıxış etməliyik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

09:41