Xalqımız bu vəziyyətlə barışa bilməz .

.... Bu  günlərdə  amerikalı  jurnalist  Patrik  Lankaster   Yerevanda  Müdafiə  Nazirliyinin  qarşısında   etiraz  piketinə  toplanmış    bir  qrup    ermənidən  müsahibə  götürüb .  Çıxış  edəm  valideynlər   bildiriblər  ki  :  Ermənistan  hərbi  komandanlığı  inşaat - tikinti  materialları  daşıyan  maşınlarda  buzim  balalarımızı  mülki  geyimdə  gizl şəkildə  Qarabağa  daşıyırlar . Biz bunu  istəmirik . Övladlarımızın  taleyindən  narahatıq .
             Azərbaycan ,  Ermənistan  və  Rusiya  rəhbərlərinin  imzaladığı  10  noyabr  2020  ci  il  tarixli   atəşkəs  Bəyannaməsinin  4 - cü  bəndində  açıq  aşkar  yazılıb  ki :  Rusiya                          "  Sülhməramlılarının "  daxil  olduğu  ərazilərdən  erməni  silahlıları  çıxmalıdır .  Beynəlxalq  normalara   və  qanunlara  görə  də  Azərbaycan  Respublikasının   razılığı  olmadan  onun  ərazisində  heç  bir  xarici  hərbi  qüvvə  yerləşə  bilməz .
            Bütün  dünyaya  məlum  olan  bu  həqiqətlərə  baxmayaraq  ermənilər   silahlı  dəstələri  Qarabağa  daşımaqda  davam  edirlər .  Özü  də  bu  əməliyyat  rus  " Sülhməramlılarının "  gözü  qarşısında   və  çox  güman  ki ,  onların tapşırığı  ilə  aparılır .
            Digər  tərəfdən  də  tikinti - məişət  avadanlıqları  adı  altında  vaqonlar  vasitəsiylə   dəmir  yolu   xətti  üzərindən      Bakıdan    və   Gəncə  aereportuna  enən  rusiya  təyyarələri  ilə  Qarabağa   yüklər  daşınır .
        Təbii  ki , xalqımızın  bu  yüklərin   əsil  mənşəyindən  və  miqdarından  xəbəri  yoxdur .
        Azərbaycan  höküməti  öz  vətəndaşlarını  nə  vaxta  kimi  aldadacaq ...?
      Şuşa   şəhəri  2020 ci  il  8 noyabr  tarixində  Generallarımızın  zəkası  və  cəsur  əskərlərimizin  qəhrəmanlığı  sayəsində  işğaldan  azad  edildi .
      Bu  qələbədən  sonra  prezident  İ.Əliyev  demişdi :   Daha  " Dağlıq  Qarabağın  statusu  yoxdur ,  Status  cəhənnəmə  getdi . Mən  də  yazmışdım  ki ,  hadisələr  belə  davam  ertsə   ststus  Rusiyaya  gedəcək .
      Müharibədən  3 ( üç ) aya  yaxın  vaxt  keçib . Qarabağda  cərəyan  edən  proseslər  göstərir  ki ,  həqiqətən  hüquqi  cəhətdən  Daglıq  Qarabağın  heç  bir  statusu  yoxdur .  Separatçı  ermənilərin  və  rusiyanın  yalançı           " Sülhməramlılarının " hərəkətləri  isə sübut  edir  ki ,  " Arsax "  respublikası  mövcuddur  və  öz  işindədir .
      Belə  ki ,  istədikləri  tədbirləri  keçirirlər .  Məsələn :
        - 20  vevral   2021 ci  il  tarixində  dünyanın  o  cümlədən   Azərbaycan  xalqının  gözü  qarşısında  Xankəndinin  mərkəzində  çoxminlik     " Miyatsum " hərəkatının  33  illiyini  qeyd  etdilər ;
       - Laçın  dəhlizindən  istifadə  edərək  Ermənistana  gedib  gəlirlər ;
      -   Monastrları  ziyarət  edirlər ;
      -   Laçın  şəhərinə  azərbaycanlıları  buraxmırlar ;
      -   Kəlbəcərə  inşaat  materialları  daşıyan  maşınlarımızın  qabağını  kəsirlər   ;
     -   Özünü  prezident  hesab  edən   Araik  Arutunyan  Ermənistandan  gələn  " qonaqları "  istədiyi  vaxt  qəbul  edir .
     -   Silahlı  qüvvələrinin  sayını  günü  gündən  artırırlar  və  s.
        Daha  rəsmi  status  onların  nəyinə  gərək ...?!
        İstədikləri  " Yar " idi  ,  onu  da  Rusiya  " Sülhməramlıları "  yetirdi .
       Separatçı  ermənilər  bu  cür  qudurğan  hərəkətləri   ilə   tarixən   azərbaycanlıların   olan  və  beynəlxalq  hüquqla  da  bizə  aid oldugu  təsdiq   edilən  Dağlıq  Qarabag  ərazisində  dövlətinizin   suverenliyini  pozurlar .
       Bu  özbaşınalıqdır ,   xalqımıza  və   Azərbaycan Respublikasının   Prezidentinə  qarşı  saymamazlıqdır .
       Məlumdur  ki ,  bütün  bu  oyunların  arxasında  Rusiya  hakimiyyəti  durur .
      Rusiya  Fedarasiyasının   Xarici  İşlər  Naziriliyinin  nümayəndələri  bu  yaxınlarda  bildirib  :  Dağlıq  Qarabağın  statusu  ilə  təkcə  biz  yox  ,  eyni  zamanda   ATƏT  - in  Minsk  Qrupunun  digər  həmsədləri  olan  ABŞ  və  Fransa  da  məşğul  olmalıdır .
      S. Lavrov  da  Avropa  Şurasına  xatıladıb  ki , Ukraynada  rusdilli  əhaliyə  qarşı  təzyiqlər  var .
      Demək  istəyirlər  ki ,   Dağlıq  Qarabağın  ststusu  tez  gec  təmin  olunacaq .  Və  harada  olmasından  asılı  olmayaraq   rusdilli  əhaliyə  qarşı  zorakılıq  baş  verərsə  Rusiya  oraya  müdaxilə  edəcək .
       Bilirik  ki ,  bu  yaxınlarda Dağlıq   Qarabağda  rus  dilini  ikinci  ama  dili  elan  ediblər .  Yəni , onlara  lazım  olan   vaxt   özləri  təxribat  törədəcək  və  bunu  bəhanə  edib  azərbaycanlılara  divan  tutmaq  istəyəcəklər  .  Bu  variantları  Azərbaycamı  idarə  edənlənlər  də  yəqin  ki ,  anlayır . Sadəcə  ehtiyatlı  olmağı  xatırladırıq .
       Fevralın  26  da  Bakıda  yerli  və  30  dan  artıq  xarici  ölkələrdən  gəlmiş  jurnalistlər  üçün  mətbuat  konfransı  keçirildi .  4 ( dörd )  saatdan  cox  davam  edən  konfransda  təxminən 50 ( əlli )  sual  səsləndirildi .  Etiraf  etməliyik  ki ,     İ .Əliyev  suallara azərbaycan  ,  rus  və  ingilis  dilində  sərbəst  ,  eyni  zamanda  yüksək  peşakarlıqla  cavab  verdi .  Prezident      mətbuat  konfrsnsında  ictimyyətə   əsasən  aşağıdakı  fikirləri  çatdırdı :
       -  Müharibədən  sonra  bölgədə  təhlükəsizlik  və  əmin - amanlıq  təmin  olunub ;
       -  quruculuq  və  əməkdaşlıq  perespektləri  davam  etdirilməkdədir .
           Bəs  reallıqda  nələr  baş  verir ..,?
    Ermənistan  tərəfi  bunun  əksinə  olaraq  pozuculuq  və  aqqresiv  ritorikasının  davamı  olaraq ,  mənfur  niyyətini  açıq  -  aşkar  nümayiş  etdirir.
    Ordularını  müasirləşdirib    revanş   edəceklətindən  danışırlar .
     Bizim  hökümət  də  quruculuqdan  əmin  amanlıqdan  danışıb   xalqı  yatızdırmaqla  məşğuldur .
     Eyni  zamanda  vətəndaşlara  zülm  edirlər .  Benzinin ,  suyun ,  ərzaq  məhsullarının  hətda  son  zamanlar  çörəyin  də  qiyməti  qaldırılıb .
      Düşmənə  qalib  gəlmis qəhrəman  ,  igid hərbiçilərimizin  əmək  haqqlarını   artırmaq  əvəzinə  əksinə  ikiqat  azaldıblar .
       Müharibədə  yaralanan  zabit  və  əskərlətimizə  qayğı  yetərincə  deyil , onlara  diqqət aşağı  səviyyəsindədir . 
       Qazilərimiz  işlə  təmin  olummur ,  problemləri    həll  edilmir .
       Açıq  aşkar   hakimiyyətin  müxtəlif  qanadlarında  kök  salmış  erməni  -  rus   emissarları  və  ajanları  qəsddən . bilərəkdən  hərbiçilərimizi  dövlətdən  küsdürür   və    Vətəni  sevməyə  peşiman  edirlər . 
          Siyasi  partiya  sədrləri  də  gündə  bir   sosial  şəbəkə  televiziyasına  çıxıb  yel  dəyirmanı  ilə   Don  Kixot  kimi  vuruşurlar . Heç  biri  diğərinə  güzəşt  etmək  istəmir ..  Hər  kəs  birinci ( Lider )  olmaq  istəyir .
          İqtidar  yönlü  partiya  nümayəndələri ,  TY   aparıcıları  və  blogerləti  isə  5 - ci  kalonu  ekranda  asıb  kəsirlər .
          Mən  də  hər  zaman  yazıram  və ölkəmizin ,  millətimizin  taleyinə  biganə  qala  bilməyən  insanlara vətəndaşlarımıza  bir  daha  muraciət  edərək  deyirəm :
          Xalqımızı  ağır sosial ,  iqtisadi ,  psixoloji  böhrandan  çıxartmağın   yolu   hakimiyyətin   vətəndaşlarımızın  özü  tərəfindən  formalaşmasından  keçir .
          Bunun  üçün  də  partiya  sədrlərinin ,  fumksoonerlərinin  bir  araya  gəlməsi  zəruridir .
          Əks  halda  nə  baş  verəcək...?.
  Hamı  bilsin  ki ,,  respublikamızda  qazan  qaynama  həddinə  yaxınlaşır .
          Daşan   " qazanın  "  istisi  iqtidarlı  müxalifətli  bütün    saxta ,    yalançı vətənpərvərləri   yandırıb  kül  edəcək . 
          Unutmasınlar ,  gənc  və  həqiqqi  vətənsevərlər   yetişmək üzrədir .
          Hüquqlarının ,  haqqlarının  davasına  qalxanda  milliyyətindən ( türk ,  talıs ,  ləzgi ,  avar , inqiloy və s.)
asılı  olmayaraq bütün  vətəndaşlarımız   onları  dəstekləyəcək  və  müdafiyə  edəcək  . 
           Vətənini  sevən  və   özünü  savadlı ,  ziyalı   hesab  edən   Şəxslər ! 
           İqtidarda  müxalifətdə  olmağınızdan  asılı  olmayaraq   bir  araya  gəlin  . Arxasında  güclü  dövlətlər  dayanan  qəddar  ,  mənfur  düşmənə  qalub  gələn  hərbiçilərimizi   və  sadə   xalqımızı  layiq  olduğu  xoş ,  firavan  həyata  qovuşdurun .
          ............      ..............   .................
          Müəllif  :   Qəvami  Sadıqbəyli 
                         jurnalist - politoloq 

Xudaferin.eu

 

12:40