ÜÇ DÖVLƏTİN VƏTƏNDAŞI ... BÖYÜK AKTYOR AĞASADIQ GƏRAYBƏYLİ .

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897 - ci ildə o dövrdə Şamaxı qəzası adlandırılan ,
indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub . Uşaq ikən atasını itirib . Şamaxıda baş vermiş zəlzələdən sonra Bakıya gəlib . Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb . Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. . Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərində gənc aktyor kimi fəaliyyət göstərib . 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb . Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb . 200 - dən çox müxtəlif rolları canlandırıb . Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəylinin "Arşın mal alan", Cəfər Cabbarlının " Sevil ", "Od gəlini", "1905-ci ildə", pyeslərində əsas rollarda çıxış edib . Sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb . 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazları ilə diqqət mərkəzində olub . "Bəxtiyar" , filmində klub müdiri Ağabala , " Qızmar günəş altında " filmində kolxoz sədri Sərdarov , " O olmasın, bu olsun " filmində Rüstəm bəy obrazları ilə tamaşaçıların yaddaşına əbədi həkk olub .
1933 - cü ildən ömrünün axırına kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib .
Bakı şəhərinin mərkəzində Xəqani küçəsi - 19da böyük müğənni Bülbül , xalq yazıçısı Mirzə İbrahimov , xalq şairi Süleyman Rüstəmlə qonşu olub .
1936 - cı ildə
"Lenin" ordeni " , 1959 - ci ildə "Şərəf nişanı" ordeni , 1977 - ci ildə " Qırmızı əmək bayrağı ordeni ilə təltif olunub .
Məlumat üçün bildirək ki, BÖYÜK SƏNƏTKAR , xalq artisti Ağasadıq Gəraybəyli Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin babasıdır .
Nəvə Gəraybəyli babasını belə xatırlayır :
“Mən kiçik yaşlarımdan babamla birlikdə yaşamışam . Uşaqlıq illərimdə O , mənim yaddaşımda məşhur aktyor yox , doğma baba kimi qalmışdı . Məktəbin son illərində başa düşdüm ki , o nəinki mənim üçün , ölkəmiz üçün də əhəmiyyətli insandır. Ağasadıq Gəraybəyliyə hər kəs böyük hörmətlə yanaşırdı . Çox adam ona dayı , Ağasadıq dayı deyirdi .
5-6 yaşlarımda babamla daha çox vaxt keçirirdim . Məni məşqlərinə aparardı , məktəbə özü yola salardı . Düşünürəm ki , “ O olmasın , bu olsun ” filmindəki Rüstəm bəy obrazı onun real xasiyyətinə daha çox uyğun idi " .
Böyük aktyor Ağasadıq Gəraybəyli 90 yaşına qədər səhnədə olub.
Onun son oynadığı obraz “Xurşudbanu Natəvan” pyesindəki qoca knyaz rolu olub .
Cəfər Cabbarlının bütün pyeslərində rol alıb . " Sevil " filmində Balaş rolunu oynayıb .
5 dekabr 1988 - ci ildə Bakı şəhərində vəfat edib .
Xalqımızın sevimli aktyoru Ağasadıq Gəraybəyli yeganə incəsənət və mədəniyyət xadimidir ki , üç dövlətin : Rus İmperiyasının , Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Sosialist Respublikasının VƏTƏNDAŞI olub .
Ömrünü teatr - kino sənətinə həsr etmiş BÖYÜK AKTYOR Ağasadıq Gəraybəylinin adı Azərbaycanın mədəniyyət tarixində qızıl hərflərlə yazılıb .

Materialı hazırladı : Qəvami Sadıqbəyli ,
Xudaferin.eu
12:47