AZƏRBAYCAN BÖYÜK MEHRİBAN AİLƏDİR ....

Hazırda Azərbaycan əhalisinin sayı 10 . 000 000 ( on milyon ) nəfərdrdən artıqdır .
Etnik tərkibinə görə əhalinin 91 faizini Azərbaycan türkləri , qalan 9 faizini etnik kimliyi müxtəlif xalqlardan ibarət olan milli azlıqlar təşkil edir .
Azərbaycan türkləri həmişə kimliyindən asılı olmayaraq xalqların multikultural , tolerant ,
spesifik ( özünəməxsus ) xüsusiyyətlərinə hörmətlə yanaşıb .
Əsil valideyn kimi bütün etnik qruplara qucaq açıb .
Təsədufi deyildir ki , azərbaycan türkləri ölkəmizdə yaşayan azsaylı xalqlarla hər zaman mehriban ailə şəraitində yaşayıblar . Onlarla qohum olub birlikdə fəaliyyət göstəriblər .
Həmin xalqlar da azərbaycan türkləri ilə dostluğu , qohumluğu , qarşılıqlı hörməti yüksək dəyərləndirib və onlarla ( azərbaycan türkləri ilə ) mehriban şəraitdə yaşayıb və yaşayırlar .
Xarici təhlükə yarananda DOĞMA AZƏRBAYCANIN müdafiəsində birlikdə iştirak ediblər .
Azərbaycanda yaşayan bu doğma xalqlarla bir daha yaxından tanış olaq :
TALIŞLAR
Talışlar Azərbaycanın cənub - şərqində , əsasən Lənkəran , Astara , Masallı , Lerik rayonlarında çoxluq təşkil edirlər . Talışlar Azərbaycanın ən qədim yerli xalqlarından biridir . Onların maddi , mənəvi və mədəniyyət ənənələri azərbaycan türklərindən bir o qədər də fərqlənmir .
YƏHUDİLƏR
Yəhudilərin Qafqaza gəlişişinin tarixi e . ə . 1 - ci əsr olduğu ehtimal edilir .
Azərbaycanda Yəhudilər əsasən Quba rayonunda yerləşən " QIRMIZI QƏSƏBƏ " də , Qğuz rayonunun mərkəzində , Göyçayda və Bakıda yaşayırlar .
Dağ yəhudiləri əkinçilik , toxuculuq , xırda ticarət və sənətkarlıqla məşğul olurlar .
KÜRDLƏR
Kürdlər əsasən Culfa rayonun " Teyvaz " , Şərurun " Dərəkənd " , Laçının " Kamallı " , " Çıraqlı " , " Minkənd " ; Kəlbəcərin " Ağcakənd" , " Zar " ; Qubadlının " Zilanlı " kəndlərində məskunlaşmışlar .
TATLAR
Tatlar Quba , Xızı , Xaçmaz ; Bakının " Suraxanı " , " Balaxanı " və Xəzər dənizinin qərb sahili boyunca Dərbənd şəhərinədək məskunlaşmışlar .
AVARLAR
Avarlar ən çox Balakənin " Qabaqçöl " , Cincartala " , "Car ", " Ziliban " , "Mazıx " , " Beretbinə " , " Katex " , " Meşəşambul " , " Mahamalar " , " Göyəmtala " və Zakatala rayonu ərazisində məskunlaşmışlar .
SAXURLAR
Saxurlar Qafqaz Albaniyasında yaşamış " cibqi " tayfasının varisləri sayılır . Əsasən Zakatalanın " Mamrux " , " Gözbarax " , " Qaxın Qum " , " Ləkit " , " Kötüklü " kəndlərində yaşayırlar . Məskunlaşdıqları ərazidə Alban məbədlərinin mövcudluğu onların Azərbaycanın qədim xalqlarından olduğunu sübut edir . Əsasən maldarlıq və sənətkalıqla məşğul olurlar .
LƏZGİLƏR
Ləzgilər Qafqazın o cümlədən Azərbaycanın ən qədim xalqlarındandır . Qusar , Quba , Xaçmazda daha kompakt halda məskunlaşmışlar . Eyni zamanda Azərbaycanın müxtəlif rayon və şəhərlərində də yaşayırlar .
RUTULAR
Rutular Rusiyadan köç etmiş etnik qrupdur . İslam dininə etiqat edirlər . Əsasən Şəkinin " Şin " və " Qaynaca " kəndlərində yaşayırlar . Dil etibarı ilə ən çox azərbaycan türkcəsi , saxur və rus dillərində danışırlar .
MALAKANLAR
Malakanlar 18 - ci əsrin ortalarında pravoslav kilsəsinun əlehinə çıxdıqları üçün Çar Rusiyası tərəfindən sürgün edilmişlər .
Əsasən İsmayıllı , Gədəbəy , Şamaxı və Bakıda məskhnlaşmışlar .
İNGİLOYLAR
İngiloylar l Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər . Ən çox Qax və Zakatalada yaşayırlar . Əsasən gürcü dilinin cənub dialektində danışırlar . Tütünçülük , taxılçılıq , üzümçülük və maldarlıqla məşğul olurlar .
QARAÇILAR
Qaraçılar Hind mənşəli köçəri tayfalardır . Azərbaycanda ən çox Balakənin " Şambulbinə " , " Gülüzənbinə " , " Məlikzadə " kəndlərində və Şamaxıda , Yevlaxda məskunlaşıblar . Ənənəvi olaraq atçılıq , maldarlıq və nalbəndliklə məşğul olurlar .
AŞŞURLAR
Aşşurların qədim kökləri İran və Türküyədə yaşayan aşşurlara bağlıdır .
Hal - hazırda Zakatala ərazisində kiçik etnik qrup kimi məskunlaşmışlar .
UDİLƏR
Udilər , bəzi mənbələrdə "udinlər " Qafqazın qədim etnosu kimi Azərbaycanın Şəki , Qəbələ rayonlarında yaşayırlar . Bu etnos Qafqaz Albaniyası dövründən başlayaraq Azəfbaycanın Qəbələ rayonunun Nuc kəndində yaşamışlar .
ALMANLAR
Almanlar Çar Rusiyası tərəfindən 1819 - cu ildə Vyutenberq Krallığından Azərbaycana köçürülmüşlər . Əvvəllər Yelizavetpol ( Gəncə ) , sonralar indiki Göygöl , Hacıkənd , Şəmkir və Bakı ərazilərində məskunlaşmışlar .
Almanlar Azərbaycanda üzümçülüyün , şərabçılığın , tikinti - inşaat işlərinin inkişafında ; alman mədəniyyətinin yayılmasında mühüm rol oynamışlar .
RUSLAR
Çar Rusiyası Azərbaycanın şimal hissəzini işğal etdikdən sonra , yəni , 19 - cu əsrin əvvəllərindən başlayaraq rus ailələlərini ölkəmizdə məskunlaşdırmağa başlamışlar . İyirminci əsrin 20 - 30 illərində rusların Respublikamıza miqrasiyası güclənmişdir .
İllər ötdükcə bu xalqlar qohumlaşmış , qaynayıb qarışmışlar . Hazırda Azərbaycan mehriban ailə şəraitində yaşayan xalqların vahid Vətəninə çevrilmişdir .
Məhz bu ailə sevgisi onları daha slx birləşdirib . Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan l və ll - ci Qarabağ müharibəsində
təcavüzkar erməni faşistlərinə qarşı vahid mövqedən çıxış etmələri bu ailə sevgisinin reallığını bir daha sübut etdi .
Ölkəmizdə yaşayan bütün xalqlar bilir ki : Azərbaycan türkləri özünün çoxəsrlik dövlətçilik ənənəsinə sadiqdir .
Dövlətimiz " Azərbaycan Respublikasının müstəqilliyi haqqında " Konstitutsiya Aktında əks olunan prinsipləri əsas götürərək hər kəsin firavanlığının təmin edilməsinə çalışır . Cəmiyyətimizdə ədalətin , azadlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində fəaliyyət göstərir .
Ölkəmizin sıravi vətəndaşı olaraq hər bir azərbaycanlını
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətiylə ilə T Ə B R İ K edirəm .
Hesab edirəm ki :
İndiki və gələcək nəsillər qarşısında məsuliyyətlimizi dərk edərək , müxtəlif xalqlardan ibarət olan mehriban ailənin valudeyni olan döğma Azərbaycanımızı qorumalı və onun hərtərəfli inkişafına çalışmalıyıq .

Müəllif : Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

05:40