Tarixi şəxsiyətimiz

Görkəmli  tarixi  şəxsiyətlərimiz
      İmam   Mustafayev
İmam Mustafayev 15 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilmişdir.

Qırmızı Əmək Bayrağı, Şöhrət, Qırmızı Bayraq və Şərəf Nişanı ordenləri ilə təltif edilmişdir.

Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləmiş (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olmuşdur.

İ.Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.

O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu", "Gürgənə-1", "Turanikum-186", "Qızıl buğda", "Turgidum-7" və s. sortlar yetişdirmişdir. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti var. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov adına Qızıl medal, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç böyük qızıl medalını  almışdır .
Azərbaycanda buğdanın seleksiyası. Bakı: 1956;
Azərbaycanda buğda, çovdar, arpa və egilopsların öyrənilməsi haqqında materiallar. Bakı 1961;
Azərbaycanın buğda kolleksiyası. Bakı: 1962;
Azərbaycan bir çox buğda növlərinin vətənidir. Bakı: 1964.
Şeyx Şamil. Bakı: Vətən, 1993, 240 səh. (Sadıq Murtuzayev ilə ortaqlı).  əsərlərinin  müəlifidir  .
            1997  ci  ildə  vəfat  etmişdir .
       İmam   Mustafayav  kimi  savadlı  , milli ,  vətənpərvər  şəxsiyyətlərin  adı  Azərbaycan   tarixində   daima  yaşayacaqdır .  Ruhu  şad  olsun  !
         .
         Materialı  hazırladı  :  Qəvami  Sadıqbəyli

Xudaferin.eu

09:45