SƏRHƏDLƏRİ BİZ ÖZÜMÜZ MÜƏYYƏNLƏŞDİRƏ BİLƏRİK ...

Artıq ll Qarabağ mühəribəsinin dayandırılması haqqında 10 noyabr 2020 - ci il tarixli üçtərəfli Moskva bəyannaməsinin imzalanmasından iki il yarıma yaxın vaxt ötür .
Ermənilər nəinki SÜLH , həttda sərhədlərin delimitasiyası ( dəqiqləşdirilməsi ) və demorkasiyasının ( çəkilməsi ) həll olunması məsələsində də tələsmirlər . Əksinə , müxtəlif bəhanələrlə RUSİYA və QƏRB arasında "diplomatiya oyunu " oynayırlar .
Erməni tərəfi :
- bir dəfə də Azərbaycan - Ermənistan sərhədlərinin vəziyyəri ( haradan keçməsi ) haqqında konkret fikir bildirmədi ;
- KTMT ( Kollektiv Təhkükəsizlik Müqaviləsi Təşkilatı ) - nın Ermənistan ərazisində təlim keçirməsinə etiraz etdi ;
- Aİ ( Avropa İttifaqı ) - nın " Üzdə mülki , mahiyyətə hərbi - kəşfiyyat xarakterli missiyasını monitorinq adı altında Ermənistana gətirdi ;
- Ermənistanın Türkiyə və İranla sərhədlərinin Rusiya hərbiçiləri tərəfindən mühafizə olunmasına etiraz etdi ...
- İravanda Rusiyaya qarşı şüarlar səsləndirdi ...
Erməni siyasətçiləri yenə də Moskva ilə Brüssel arasında " alverlə " məşğuldur . Vaxt isə gedir ...
Bir tərəfdən isə Putinin suyasi ruporlarından olan , erməni əsilli Marqarita Simonyan Rusiyanın əli ilə Tbilisini bombalamaqla hədələyir . Bununla da əslində Ukraynadan sonra rusiyaya qarşı ikinci cəbhənin açılması ideyasını qızışdırır .
" Qonşularımız " unudurlar ki , tamahları və növbəti oyunbazlıqları onlara baha başa gələ bilər .
Hələ ki , Azərbaycan qanlı - qaynar toqquşmalardan kənar durmağa çalışır .
Hazırkı vəziyyətlə bağlı Azərbaycan Prezidenti - İlham Əliyev bu fikirləri səsləndirnişdir :
1. Münaquşənin davam etməsindən hər iki xalq əziyyət çəkir ;
2 . Xalqımızın bu münaqişədən ağrı - acı çəkməsi , ərazilərimizin dağıdılmasına rəğmən biz yenə SÜLH tərafdarıyıq ;
3 . Ermənistanın SÜLH müqaviləsi ilə bağlı vaxt limiti bitir ;
4 . Azərbaycanın da SƏBRİ - nin sərhəddi var ;
5 . Azərbaycanla Ermınistan arasında sərhədlərin haradan keçməsini biz özümüz müəyyənləşdirərik .

Bütün bu xəbərdarlıqlara baxmayaraq , separatçılar Rusiya " Sülhməramlılarının " müşaəti ilə Qarabağa silah daşımaqda davam edirlər . Bununla da reğionda , ümumilikdə isə Cənubi Qafqazda vəziyyəti günü - gündən gərginləşdirirlər . Məlumdur ki : şar həddindən artıq şişəndə mütləq partlayır .
Görünür onları hansı faciələrin gözlədiyini ermənilər rəsəvvür etmirlər .

Qəvami Sadıqbəyli , Jurnalust - politoloq .
Xudaferin.eu

15:00