YAXIN ŞƏRQDƏ ARA NİYƏ QARIŞDI ...?!

Məlum olduğu kimi bu ilin sentyabr ayında
Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliyin " -- (G20) “Bir dünya , bir ailə , bir gələcək ” adlı sammiti keçirilmişdi .
İclasda bir sıra qlobal məsələlər :
-- iqlim dəyişikliyi ; --Ukraynadakı müharibə ;
-- beynəlxalq təhlükəsizlik ;
-- " Hindistan - Yaxın Şərq - Avropa " ticarət marşurutu və digər cari məsələr
müzakirə olunmuşdu .
Məlumat üçün bildiririk ki :
" G20 " 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb . Məqsəd ölkələrin maliyyə böhranını həll etməkdir .
Təşkilata : Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.
Xatırladırıq ki , hələ 2023 - cü ilin əvvəlindən başlayaraq QRTA DƏHLİZ -- "Çin + Orta Asiya ölkələri + Xəzər dənizi + Azərbaycan ( Zəngəzur dəhlizi ) + Türkiyə + Avropa " ticarət marşurutu müzakirə olunmuş və ümumi razılıq əldə olunmuşdu .
Bu ilin sentyabr ayında ABŞ və Avropa İttifaqının ( Aİ ) təşəbbüsü ilə
" G -20 " -lərin Hindistan sammitində razılaşdırılmış
" Hindistan - Yaxın Şərq - Avropa " marşurutu mahiyyət etibarı ilə Orta Dəhlizə alternativdir .
Yəni , bu marşurutlar biri diğərinə rəqabət xüsusiyyəti daşıyır .
Açıq desək bu gün ABŞ , Rusiya , Çin və Türk dövlətləri arasında liderlik uğrunda həm siyasi həm də iqtisadi müstəvidə rəqabət gedir .
Hadisələrin inkişafı göstərir ki :
"G-20 "- lərin sentyabr ayında Hindistan sammitində müzakirə etdiyi Ukrayna müharibəsi və
" Hindistan - Yaxın Şərq - Avropa " ticarət marşurutu mövzusu Yaxın Şərqdə indiki gərgin vəziyyətin yaranmasına səbəb olmuşdur .
Çünki :
1. " Hindistan - Yaxın Şərq - Avtopa " layihəsi reallaşması əvvəllər nəzərdə tutulmuş "Şərq-Qərb" və "Şimal-Cənub" marşurutlarının yaradılmasında maraqlı olan tərəfləri qıcıqlandırdı . ( Əsasan də Çin və Rusiyanı ) .
Çox güman ki , bu səbəbdən Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində ara qarışdı .
2. Son günlər ABŞ prezidenti
C. Baydenin Konqresdən Ukraynaya yardım üçün 100 milyard dollar istəmişdi .
3. Həmas - İsrail toqquşmasına görə Rusiya ABŞ və NATO - nu günahlandırmışdı
ABŞ dövlət katibi A. Bllinken isə "hadisənin arxasında İranın dayanması barədə bəyanat səsləndirmişdi .
Bu isə o deməkdir ki ,
İrana qarşı başladılacaq hər hansı hərbi əməliyyata cavab olaraq Rusiya
" Şimal - Cənub " marşurutunu qorumaq bəhanəsiylə
Yaxın Şərqə hərbi qaydada
müdaxilə edə bilər .
Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlmişdi .
Patruşevin iştirakı ilə Rusiya və Azərbaycan arasında Reğondakı təhlükəsizlik məsələləri müzakirə olunub .
Təbii ki , Rusiya Dövlət Təhlükəsizlik Şurasının Katibi Patruşevin Bakıya gəlməsi təsadüfü sayıla bilməz .
Məlum olduğu kimi , ABŞ Rusiyanı Ukraynanın əli ilə çökdürmək istəyir .
Rusiya və Çin siyasətçiləri də bilir ki , Yaxın Şərqdə baş verən müharibə onlara sərf etməyən
" Hindistan-Yaxın Şərq-Avropa" ticarət marşurutunu sıradan çıxarda bilər .
Güman etmək olar ki , məhz bu
səbəblərdən də Ukrayna müharibəsini kölgədə qoymaq və alternativ ticarət marşurutunu sıradan çıxartmaq məqsədiylə Yaxın Şərqdə yeni hərbi savaş ocaqları alavlandırılır .
Hadisələri təhlil edəndə bu qənaətə gəlmək olur :
1. Azərbaycan Asiya ilə Avropanın sərhəddində yerləşir .
2. Proseslərin iştirakçıları Rusiya və İranla qonşudur .
3. Geopalitik durumumuza görə istəymizdən asılı olmayaraq siyasi hadisələr bizi təqib edir .
4. İkinci Dünya Müharibəsindən sonra yaşadığımız dövrdə Dünya düzəninin yenidən dizayn edilməsi prosesi gedir .
5. Azərbaycan bu proseslərin təsir dairəsində yerləşir .
Hesab edirik ki : Azərbaycan dövləti indiki çətin və mürəkkəb situasiyada doğru , ayıq və çevik siyasət yürüdür .
Belə gərgin mərhələdə hər kəsi dövlətimizin yanında olmaga çağırırıq .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .

Xudaferin.eu

16:58