Azərbaycan Diaspora fəaliyyətini gücləndirməlidir .

Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düzgün siyasəti , Ordumuzun zabit və əskərlərinin qəhrəmanlığı nəticəsində ll Qarabağ müharibəsində ermənilərə qalib gəldik .
Bu qələbə reğionda geosiyasi mənzərəni kökündən dəyişib .
Müharibədən sonra Prezident İlham Əliyevin yüksək səviyyəli diplomatik bacarığı sayəsində Moskvada , Praqada " Sülh müqaviləsi " fonunda aparılan danışıqlarda Ermənistan , Rusiya və Beynəlxalq Təşkilatlar Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən qəbul etçəyə məcbur oldular .
Bu reallığa baxmayaraq bu günlərdə ermənilər Laçın Keçid Buraxılış Məntəqəsinin ( KBM ) qarşısında
" humanitar yardım " adlı teatr səhnəsi qurublar .
İravandan göndərilən 20 - yə yaxın TIR ( tərkibi məlum olmayan yüklər ) maşınların Qarabağa keçirilməsinə cəhd edilir .
Səhnələşdirilmiş bu " şounu " dünyaya nümayiş etdirmək üçün xarici ölkələrin səfirləri və Avropadan dəvət olunmuş
" müşahidəçilər , jurnalistlər proseslərə tamaşaçılıq , dirijorluq , hətda rejisorluq edirlər .
Erməni Diadporası Dünyanın müxtəlif ölkələrində gecə - gündüz aksiyalar keçirirlər .
Laçın Keçid Biraxılış Məntəqəsində tərəfimizdən qanuni olaraq saxlanılan
" humanitar yardımın " ( əslində isə naməlüm yüklərin ) yoxlanmasına etiraz edərək bu prosesi Azərbaycanlıların Qarabağ ermənilərinə qarşı genosid hərəkəti kimi təqdim edirlər .
Bizi borclu və günahkar çıxarırlar .
Azərbaycanda isə atılan addımların qanuniliyinin dünyaya çatdırılması ilə Prezidentimiz və Xarici İşlər Nazirliyi məşğul olur .
Bəs Azərbaycanlıların xarici ölkələrdə diasporası yoxdur ...?!
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi , digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanırdı . Xaricdə yaşayan
həmvətənlərimizi müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifəsi : dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Reallıqda isə bu fəaliyyət hiss olunmur .
Xaricdə təhsil alan Azərbaycanlı tələbələr min əziyyətlə oxuyub qurtarır , sonra az maaşla Avropada sıravi vəzifələrdə işlıməyə məcbur olurlar .
Çünki , Diasporla iş üzrə Dövlət Komitəmiz xaricdə yaşayanlarla maraqlanmır .
Avropada fəaliyyət göstərən soydaşlarımız tədbir ğörülməsi üçün Diaspora Komitəsinə , onlar da Prezident Aparatına müraciət edib icazə almalıdırlar . Yəni , Diaspora komitəsinin öz təşəbbüsü ilə fəaliyyəti yoxdur .
Avropa Elm ocaqlarında , müəssisələrində savadlı alimlərimiz , mütəxəsislərimiz kifayət qədərdir . Təsüf ki , Azərbaycan höküməti onlarla maraqlanmır .
Polşada , Çexiyada , Slovakiyada və s . diğər Avropa ölkələrində Azərbaycanlı fəhlələrin sayı gündən günə artır . Bu fakt təsüf doğurur .
Rusiyanın ayrı - ayrı vilayətlərində və şəhərlərində doaspora fəaliyyəti çox aşağıdır .
Əsasən ticarətlə məşğul olan bir qrup adam öz qohumları və yerlilərindən ibarət klub yaradıb , Diaspora adından çıxış edirlər . Əsil Ziyalılar isə maddi çətinlik səbəbindən diaspora fəaliyyətindən kənarda qalırlar . Ehtiyac üzündən savadsız
" Diaspora rəhbərlərinin " qulluğunda durmağa məcbur olurlar . Bu çox acınacaqlı və itanverici haldır.
Diaspora üzrə iş Komitəsi onların təşkilatlanmasına yardım etmir .
Diplomatik fəaliyyət sahəsində irəliləyiş azdır . Ermənilərlə müqayisədə çox aşağıdır .
Döyüşdə qalib gəlirik . Təsüf ki : masada , təbliğatda , diaspora fəaliyyətində çox vaxt düşmənlərə uduzuruq .
Azərbaycan Diaspora Komitəsinin əvvəlki rəhbərliyi fəalıyətini əsasən yerliçilik və qohumluq üsulu ilə tənzimləyirdi .
İndiki rəhbərlik isə Diadpora Komitəsinin işində
" sözəbaxan " və öz təşəbbüsü olmayan şəxslərdən istifadə etməyə üstünlük verir .
Xarici ölkələrdə yaşayanların dediyinə görə , hər hansı yüksək səviyyəli məmuru tınqid etmək olur .
Ancaq Azərbaycanın hazırkı Diaspora Komitəsinin rəhbərliyi heç bir tənqid və təklifi qəbul etmir .
Düşünürük ki , Azərbaycanın Diaspora işi üzrə Dövlət Komitəsi fəaliyyətini gücləndirməlidir :
1. Xaricdə yaşayan soydaşlarlmızın keçirdiyi aksiya və tədbirləri koordinasiya etməli ;
2. Xaricdə təhsil almış gənclərimizin dünyanın müxtəlif ölkələrinin dövlət orqanlarında işlə təmin olunmasına köməklik göstərməli ;
3. Xaricdə yaşayan və işləyən soydaşlarımızın təşkilatlanmasına dəstək olmalı ;
4 . Azərbaycana rəğbəti olan xarici ölkələrin tanınmış dövlət , siyasət adamlarını , ictimai xadimlərini , jurnalistlərini , incəsənət nümayəndələrini
Azərbaycana lobbiçilik etməyə sövq etməli ;
5 . Xaricdə keçirilən aksiya və tədbirlərə ayrılan maddi vəsaitin şəffaf xərclənməsinə nəzarət etməli ;
6 . Xarici ölkələrdə uzun illər şəxsi təşəbbüsləri və maliyələri ilə Vətənimizin xeyrinə fəaliiyyət göstərən Cəmiyyətlər və onların rəhbərləri ilə yaxından təmaslar qurmalıdır .
Bir sözlə , Diaspora Komitəmiz xarici ölkələrdə : əsasən də Rusiyada və Avropada fəaliyyətini gücləndirməlidir.

Yazını qələmə aldı :
Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

09:59