BOYÜK PEDAQOQ , İCTİMAİ - SİYASİ XADİM ZAHİD QARALOV

Azərbaycan Respublikasının Əməkdar müəllimi , Pedoqoji elmlər doktoru , professor , Yeni Azərbaycan Partiyasının qurucularından biri , İctimai - siyasi xadim Zahid İbrahim oğlu Qaralov 10 iyul 1934 - ci ildə BORÇALI MAHALININ ( İndiki Gürcüstanın ) Başkeçid rayoninda anadan olmuşdur .
Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim 1937-ci illərin represiya qurbanlarından biri olduğu səbəbindən anası Fatma xanımın , böyük qardaşları Rza , Ziyəddin və Nəsrəddinin himayəsində böyümüşdür.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirdikdən sonra , 1956-ci il də Gürcüstan Respublikası , Başkeçid rayonu Ormeşən kənd 8-illik məktəbinə direktor təyin olunmuşdur. 
1964-cü ildə Aspiranturanı bitiridikdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (ADETPİ) “Politexnik təlim” şöbəsinə elmi işçi və Bakının 31 №-li eksperimental məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır .
1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək " Fizikanın tədrisi metodikası” ixtisası üzrə elmi dərəcə almışdlr .
1967-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqatlar Pedoqoji İnstitunun ( ADETPİ) “Əmək və Politexnik təlim” şöbəsinin müdiri vəzifəsinə təyin olunub . Sonralar direktor kimi ADETPİ - na rəhbərlik etmişdir .
1973 ildən indiki Səbail rayonu Xalq Deputatları Sovetinin deputatı , “Mənzil uçotu və bölüşdürülməsi “ üzrə komissiyanın sədri, eyni zamanda Rayon İcraiyyə Komitəsinin (RİK) üzvü olub.
Maarif Nazirliyinin orqanı olan “ Fizika və riyaziyyat tədrisi ” jurnalının baş redaktoru olub 1996-ci ilə qədər maarifçi - jurnalist kimi fəaliyyət göstərmişdir .
Həmin illərdə Azərbaycan Pedaqoji və Psixoloji Tədiqatları Əlaqələndirmə Şurasının sədri təyin edilib.
2001-ci ilə qədər bu vəzifəni yerinə yetirib .
" Respublikanın Əməkdar Müəllimi " medalı ilə təltif olunub .
1983 - cü ildə Azərbaycam SSRİ nin Maarif Nazirinin Müavini işləyib .
1984 - 1989 cu illərdə Zahid Qaralovun rəhbərlik etdiyi pedoqoji mütəxəsis qrupunun hazırladığı
" AZƏRBAYCANIN PEDOQOJİ FİKİRANTOLOĞİYASI " kitabı Moskvada 30 .000 nücxə tirajla rus dilində çap olunub və SSRİ - nin bütün Respublikalarında yayımlanıb .
Z . İ . Qaralov 1994 - cü ildə " Orta məktəblərdə fizika qanunlarının öyrədilməsi üzrə işin sistemi " mövzusunda əsərini müdafiyə etmiş , " Pedoqoji elmlər doktoru " və Professor adına layiq ğörülmüşdür .
Tələbələri Ə . Osmanlı və V . Məmmədovla birlikdə 1 - 4 siniflər üçün " Riyaziyyat komleksi " dərsliklərini hazırlamışdır .
Z. İ . Qaralov uzun illər Azərbaycan Respublikadının Milli Məclisinin Üzvü olaraq , İctimai - siyasi xadim kimi geniş beynəlxalq əlaqələrə malik olmuşdur . Dünyanın bir çox ölkələrində o cümlədən ABŞ da Avropada işğüzar səfərlərdə Dövlətimizi şərəflə təmsil etmişdir .
Şəxsiyyətinə hörmət ğöstərilmiş ABŞ ın LİNKOLN , FİEOPORT , DURHAM və NEBRASKA şəhərlərnin fəxri vətəndaşı seçilmişdir . "TƏRBİYYƏ" adlı üç cildlik əsəri , onlarla elmi məqalələri və kitabları nəşr olunub .
Azərbaycan Respublikasıın " ŞÖHRƏT" və " ŞƏRƏF " ordenləri ilə təltif edilmişdir .
Zahid Qaralov BÖYÜK PEDAQOQ kimi oğlu İlqar
Qaralovu , Mehrban və Gülnarə adlı qızlarını da
Dövlətə sədaqət , Vərənə məhəbbət , Xalqa rəğbət ruhunda tərbiyyə etmiş , savadlı ziyalılar kimi böyütmüşdür .
Zahid İbrahim oğlu Qaralov 07 yanvar 2015 ci ildə vəfat etmişdir .
Allah böyük Ziyalımıza rəhmət eləsin .
Ruhu şad olsun .

Materialı hazırladı : Qəvami Sadıqbəyli
03 . 11 . 2022 - ci il .

Xudaferin.eu

10:32