XOCALI GENOSİDİ UNUDULMAYACAQ ...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş , Rusiyaya məxsus 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bir başa dəstəyi ilə Xocalı şəhərini zəbt etdilər.
Fevralın 25-i axşam çağından şəhər toplardan şiddətli atəşə tutulmaqda davam edirdi .
Nəticədə yanğınlar baş vermiş , şəhər tam alova bürünmüşdü . Faşist erməni silahlı dəstələri və rusiya motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdu. Onlardan :
- 63 nəfər uşaq ,
- 106 nəfər qadın ,
- 70 nəfər qocalar idi .
8 ailə tamamilə məhv edilmişdi .
25 uşaq hər iki valideynini ;
130 uşaq valideynlərindən birini itirmişdi .
487 nəfər yaralanmışdı .
1275 nəfər əsir götürülmüş ,
150 nəfər itkin düşmüşdü .
Bu qanlı faciə 1988-ci ildə başlamış , Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında baş vetmişdi . Bu millətimizə qarşı törədilmiş əsil GENOSİD idi .
Xocalı genosidinin reallaşdırımasında əsas məqsəd xalqımızın gözünü qorxutmaq idi .
7000 nəfər əhalisi olan Xocalı Xankəndi şəhırindın 10 km cənub-şərqdə, Qarabağın dağ silsiləsində Ağdam - Şuşa , Əskəran -- Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır .
Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı yerdir. Orada qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV --VII əsrlərə aid edilən qədim mədəniyyət abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər ) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb , 2 natamam orta məktəb var idi.
Həmin günlərdə Azərbaycan milli qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi . Hətta meyitlərin götürülməsi belə mümkün olmadı . Ermənilər vertolyotlarla , meşələrdə gizlənmiş insanların axtarışını aparır , aşkar edilənləri əsir götürür , işgəncələrə məruz qalmışdı .
O zaman bu vəhşiliklər haqqında xarici mətbuatda aşağıdakı məlumatlar yayılmışdı :
- Krua Eveneman jurnalı (Paris ) : "25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Minlərlə Azərbaycanlı öldürülmüşdür ."
- Sandi Tayms qəzeti (London) : " 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər".
-- Faynenşl Tayms qəzeti (London) : " 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar . "
- Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silahlı adamlar göndərir.
-- Tayms qəzeti (London) : " 4 mart 1992-ci il , meyitlər eybəcər hala salınmışdır , körpə qızın ancaq başı qalmışdır .
--: İzvestiya (Moskva) : " 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi . Bir qadının sifətinin yarısı kəsilmişdir .
-- Faynenşl Tayms qəzeti (London) : " 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366 - cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır ."
-- Le Mond qəzeti (Paris) : "14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında üz dəriləri götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər .

BÜTÜN BUNLAR TƏBLİĞAT YOX , REALLIQ İDİ .

XALQIMIZA MİLLƏTİMİZƏ QARŞI TÖRƏDİLMİŞ BU VƏHŞİLİKLƏRİ UNUDA BİLƏRİKMİ ...?!

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

15:19