DÖVLƏTİMİZİN YANINDA OLMALIYIQ ...

Son  günlər  Azərbaycanla  Ermənistan  arasında   " Sülh  danışıqları  sürətlənir .."  kimi  fikirıər  səslənir .   Bu  doğrudanmı  belədir ..?!  Geosiyasi  baxımdan      dünyada  ,  reğionda  və  bölgəmizdə   baş  verən  hadisələrə  nəzər  yetirəndə görürük  ki :

-  Baş  vermiş  dəhşətlli  zəlzələ  ilə  əlaqədar   əksər  dövlətlər  kimi  Ermənistan  da  Türkiyəyə  yardım  göndərir  ;
- Ermənistan   XİN - nin  başçısı   Ararat  Mirzoyan  Türkiyəyə  səfər  edir ;
-  Türkiyəli  nazir   Çavuşoğlu  ilə  görüşdə  hər  iki  tərəfdən  pozitiv  fikirlər  səslənir ;
- Rəsmi  Ankara   sərhədləri  açmaqla  ,  İravanla  münasibətləri   normallaşdırmaq   üçün  Ermənistana  şans  verir  .
      İlk  zamanda  belə  təsurat  yaranır  ki ,   Ermənistanın  Azərbaycan   və  Türkiyə  ilə   münasibətləri  yaxşılaşmağa   doğru  gedir .  
    Fevralın  13 - də    Azərbaycan    Milli   Məclisinin   sədri  xanım   Sahibə  Qafarova   Moskvaya   rəsmi   səfər  edir .  Rusiya  Federal   Məclisinin    Dövlət   Dumasının   sədri  Vyeçeslav   Volodinlə  görüşür .  İki  ölkə  arasında  əməkdaşlıq  haqqında  Anlaşma  Memerandumu   imzalanır .   Milli  Məclisimizin    Spigeri    Azərbaycanla  Ermənistan  arasında  sülhün  :  təklif  etdiyimiz   5 ( beş )  prinsipin  qəbul  ediləcəyi    halda  mümkün    olacağını   Rusiya    tərəfinin  diqqətinə    çatdırır .
  Bu  arada  Ermənistan  Təhlükəsizlik  Şurasının   katibi  Armen   Qriqoryan   isə  Azərbaycanın  təklif  etdiyi   5 ( beş )  prinsipə   cavab   olaraq   bildirir   ki :  Ermənistan   tərəfinin   " Sülh  Müqaviləsinə "  ,   Qarabağla  bağlı  müddələrı  var .
Diğər  tərəfdən : Rusiyanın    Xankəndidə “Vardanyan oyunu” davam  edir  .
    Belə  təəssürat   yaranır   ki,  Qarabağdakı   separatçı   rejimlə  bağlı   vəziyyət  Azərbaycanla Ermənistan   arasındakı   sülh prosesindən   kənar   məsəlıdir .  
Əslində   isə  reallıq  budur  ki ,   Qarabağdakı   ermənilərin  haqqlarının  qorunması    Azərbaycanın    daxili   işidir .    
Lakin   Rusiya     separatçı   erməniləri təxribatlara  sövq  etməklə     Cənubi  Qafqazda   sülhə  mane   olur .
  Fevralın  14-də  Azərbaycan  Prezidenti   İlham   Əliyevin   Rusiya   Federasiyasının  Xarici İşlər   Nazirliyinin   (XİN)  Azərbaycan  - Ermənistan   münasibətlərinin normallaşdırılması üzrə  xüsusi nümayəndəsi   İqor Xovayevi  qəbul  etməsi   də   diqqətdən   yayınmamalıdır .
    İntensivləşən görüşlərə  nəzər  yetirdikdə    belə  təsurat   yaranır  ki :  indi   əsas   məsələ ,    10   noyabr   Moskva  bəyanatının   müddəalarının   icrasına   nail   olmaqdır.   
  Bəs   əslində  real  vəziyyət  nə  yerdədir ..?!
Sülh   müzakirələrinin real    nəticəsi   olacağına   ümid bəsləyə   bilərikmi ...?! 
  Dövlətimizin    apardığı  siyasətin   geosiyasi   vəziyyətə   uyğun  olduğuni  vurğulayır   və    dəstəkləyir  ;
Azərbaycan  Respublikası  Milli  Məclis  ilə   Rusiyanın   Fedaral   Məclisinin   Dövlət   Duması  arasında   imzalanmış  "  Əməkdaşlıq  haqqında   Anlaşma  Memerandumunun  "   məzmununun   xalqımıza  ,  cəmiyyətimizə   açıqlanmasımın  vacibliyini   bildiririk  .
   Hesab   edirik   ki , coğrafiyamızda   baş  verən   proseslərə  hədssaslıqla  yanaşmalıyıq .
- Ermənilərin      şəraitdən   faydalanaraq   hər  zaman   sürüşkən  mövqe    sərgilədiyini ;
- Rusiyanın   bizə  qarşı   yürütdüyü   ikili  siyasətini  ;
- Fransa  ilə  İranın  Ölkəmizə  olan   qısqanc   münasibətini  ;
Qardaş  Türkiıyənin  zəlzələ  ilə  əlaqədar   qayğılarının  artması  reallığını  bir  an  unutmamalıyıq .
    Azərbaycanla   Ermənistan  arasında  Sülh  Müqaviləsinin   imzalanmamasının   əsas   səbəbinin ,  kənar  müdaxilələrin   mövcudluğu   ilə  əlaqəli   olduğunu  qeyd   edir  ;
     Mövcud  geosiyasi  şəraitdə  bu  prosesin  uzanacağını  təsüf  hissi  ilə  vurğulayır ; 
  Respublikamızın  bütün   əraziıərində  suverenliyimizin  təmin   olunması  üçün  qətiyyətli  siyasi  addımların   atılmasının   zəruriliyini 
diqqətlərə   çatdırıq .  
Hamımız  Dövlətimizin  yanında  olmalıyıq .

 Qəvami   Sadıqbəyli , Jurnalist - politoliq .

Xudaferin.eu

17:02