DÖVLƏT ADAMLARI ÖZ İMZALARINA HÖRMƏT ETMƏLİDİR .

Soçi , Praqa , Brüssel və diğər məkanlarda Azərbaycan və Ermənistan liderlərinin görüşlərinin mahiyyəti əsasən iki ölkə arasında kommunikasiyaların açılmasını hədəfləyir .
Məqsəd aramızda olan konfliktin həllində kompromisə gedərək sülh müqaviləsi imzalamaqdır .
Lakin münaqişənin həllində çox kövrək və incə detallar mövcuddur .
Məsələn , bəzi QƏRB dövlətləri iki ölkə arasında illərlə uzanan konfliktin qısa müddətdə , lakin yarımçıq həllində maraqlıdır . Çünkü , belə olanda özləri tərəfindən münaqişə zonasına göndərmək istədikləri " Sülhməramlı hərbi kontingentin " leğitimliyini müəyyənləşdirmək mümkün olur .
İndiki vəziyyətdə isə Rusiyanın Qarabağda yerləşdirdikləri hərbiçilərin statusu legitim deyil , özfəalliyyətdir .
Münaqişənin həllinə Moskvanın baxışı isə tam fərqlidir .
Ruslar istəyir ki , əvvəlcə iki ölkə arasında delimitasiya , demarkasiya məsələləri həll olunsun , SÜLH müqaviləsinin imzalanması sonraya saxlanılsın .
Göründüyü kimi Qarabağ münaqişəsinin həlli məsələsundə həm QƏRB dövlətləri həm də Rusiya bizim yox , öz maraqlarından çıxış edirlər .
Azərbaycan üçün nə QƏRBİN nə də Rusiyanın variantı məqbul sayıla bilməz .
Çünkü , xarici ölkələrin təklifi qəbul olunsa , Qarabağda ölkəmiz üçün təhlükəli vəziyyət uzun illər qalacaqdır .
Prezident İlham Əliyev iki ölkə arasında davam edən münaqişəni ölkımizin xeyrinə həll etmək əzmindədir .
Dövlətimizin başçısı haqlı olaraq
Respublikamızın hazırkı ərazisinin Qarabağ daxil , BMT tərəfindən qəbul olunmuş reallığından çıxış edir . Konfliktin 10 noyabr 2020 - ci il üçtərəfli Moskva BƏYANNAMƏSİNİN şərtlərinə uyğun həll olunmasını tələb edir .
Bu Bəyannamədə açıq aşkar qeyd olunub ki :
- Rusuya Sülhməramlıları Laçın dəhlizində yerləşdirilir və buna paralel olaraq erməni silahlı dəsdələri Qarabağdan çıxarılır ;
- Azərbaycanın qərb bölğəsini Naxçıvanla birləşdirən kommunikasiya xətləri ( Zəngəzur dəhlizi ) açılır .
Müşahidələr göstərir ki , həm Azərbaycanın həm də Ermənistanın indiki höküməti SÜLH müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır .
Əfsuslar olsun ki , Cənubi Qafqazda sülhün , əminamanlığın bərqərar olunmasını bəzi Avropa dövlətləri eləcə də Rusiya istəmir . Onlar bizə aid olan coğrafiyada öz siyasi , iqtisadi maraqlarının təmin olunmasına çalışırlar .
Təbii ki , prezidentimiz Dövlətimizin və xalqımızın maraqlarına zidd olan bu cür şərtləri qəbul etmir .
Ölkə rəhbəri siyasi iradə nümayiş etdirərək , Soçi , Praqa və Brüssel görüşlərində Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını həm Ermənistana həm də Rusiyaya qıbul etdirmişdir .
İndi bu reallıqlar ortada ola ola Avropanın bəzi dövlətləri ( xüsüsi ilə : Fransa , Hollandiya ) , eləcə də Rusiya Cənubi Qafqazda , konkret olaraq Qarabağda SÜLHÜN bərqərar olmasını əngəlləyirlər .
Rusiya özünün imza atdığı üçtərəfli Moskva BƏYANNAMƏSİNİN şərtlərinə əməl etmir . Silahlı erməni selaratçılarını Qarabağdan çıxartmır . Əksinə , xüsusi tapşırıqlarla təlimatlandırdığı Vardanyan kimi qatı azərbaycan - türk düşmənini Xankəndındə yerləşdirib . Onun vasitəsi ilə özünün təcavüzkar - imperialist planlarını həyata keçirməklə məşğuldur .
" Sülhməramlıların" gözü qarşısında Ermənustandan Qarabağa çoxlu silah - sürsat , hərbi texnika , mina daşınır .
Kimliyi şübhəli olan xarici vətəndaşlar Azərbaycan ərazisinə daxil olur . Onların nə gətirib nə apardıqları məlum deyil .
Erməni separatçıları qanunsuz olaraq Xankəndində hökümət - dövlət - nazir oyununu davam etdirirlər .
Soyuq hava şəraitinə baxmayaraq , 40 günə yaxın müddətdə fədakarlıq göstərən ekofəallarımızın etiraz aksiyasını ğörməzdən gəlinir .
Avropanın bir çox dövləti ekokoji terrora yox deyən aksiyaçılarımızın etirazını " dunc , fağır " ermənilərin yolunu kəsən humanitar faciə kimi qələmə verirlər . Parlamentlərində Azərbaycan əlehinə sanksiya xarakterli qətnamələr qəbul edirlər .
Göründüyü kimi Azərbaycanla Ermənistan arasında münaqişə davam edir .
Məhz bu reallığı nəzərdə tutaraq prezident İ. Əliyev demişdi : " Müharibədə qələbə çalmışıq , lakin mübarizə davam edir".
Hesab edirəm ki , biz - azərbaycanlılar hər zaman
fəaliyyətində siyasi reallıqları nəzərə almalıyıq .
- 22 fevral 2022 - ci il tarixində müttəfiqlik haqqında strateji dostluq AKT - na həm Azərbaycan həm də Rusiya dövlət başçılarının imza atdıqıqlarını dünya ictimayyətinə xatırlatmalıyıq .
Rusiya Dövlət adamlarını öz imzasına hörmət etməyə dəvət edirik .
Vətəndaşlarımızı , Siyasi partiyaları , Qeyri hökümət təşkilatlarını ( QHT ) , Kütləvi İnformasiya ( KİV ) Vasitələrini Xaricdə yaşayan soydaşlarımızı Ölkəmizin siyasi - iqtisadi həyatının indiki gərgin mərhələsində Dövlətimizin yanında olmağa səsləyirik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

23:33