Uzun müddətli gərgin vəziyyətə hazır olmalıyıq .

Amerika  siyasətçiləri  belə  hesab  edirlər  ki ,   Rusiya  Ukrayna  müharibəsi  2024 - cü  ildə  də  davam  edəcək .

 Bu  səbəbdən  onlar  Kiyevə  yardım  göstərilməsi  məsələsinə  baxılması  üçün   ABŞ  Konqresinə  sorğu  göndərməyə  hazırlaşırlar .
  Bu  barədə   jurnalistlərlə  onlayn ( internet )  brifinqində  Ağ  Evin  Milli  Təhlükəsizlik   Şurasının  Strateji  Kommunikasiyalar  üzrə   Əlaqələndiricisi   Con  Kirbi  bildirib .
 Con  Kibri   vəziyyəti  şərh  edərək   deyib  ki :   
 " ABŞ  2023 - cü  ildə  Ukraynaya  ayırdığı  maliyyə  yardımına  əlavələr  edilməsinə  yenidən  baxmalıdır .
   Hesab  edirik  ki ,  Ukraynada  döyüş  əməliyyatları  uzana  bilər .  Hətda  bu  proses  gələn  ilin
 (  2024 - cü  il .)  payızına  qədər  davam  edə  bilər".
  Göründüyü  kimi  bütün  dünyanı  narahat  edən  Rusiya  -  Ukrayna  müharibəsi  uzana  bilər .
  Təbii  ki , bu  müharibənin  Cənubi  Qafqaza  da  təsiri  qaçılmazdır .
 Ukrayna  müharibəsinin  uzanmasından  ermənilər  də  istifadə  etməyə  çalışırlar .
  Məhz  bu  səbəbdən 
  Ermənistan  Azərbaycan  münasibətlərini  gərginləşdirməkdə   davam  edirlər . 
    Danışıqlar  dalana  dirənir , Bakının  səbiri  sınağa   çəkilir .
   Qarabağ erməniləri  ilə   Yevlaxda keçirilməsi razılaşdırılan görüş baş tutmadı. 
  Ermənilər  son anda  görüş  ilə bağlı  razılaşmanı  pozdu .
   Əslində , Yevlax  görüşündən   ermənilərin imtina  etməsi  gözlənilirdi .
  Çoxbilmiş  ermənilər  Rəsmi  Bakının   nümayəndələri  ilə  görüşün  üçüncü  bir  ölkədə  baş tutmasını istəyirlər.
  Separatçılar  “Bakı ilə dialoq” məsələsindən danışarkən  “üçüncü  ölkədə”  ifadəsini  bilərəkdən  işlədirlər .
  Buninla  onlar 
  "Artsaxın "  beynəlxalq formata  yaxın olmasına  çalışırlar .
   Separatçıların məsələyə  baxışı   sülh  yox , açıq-aşkar separatçılıq  mahiyyəti  daşıyır .
   Bu  isə   problemə   beynəlxalq   status qazandırılması  cəhdidir.
  Azərbaycan  isə  hələ  də   münaqişənin  dialoq  və  dinc yolla  həllinə  çalışır . Azərbaycan  xoş  niyyətini   Xocalıda  keçirilən  görüşə   qatılması  ilə  sübut  etdi .
  Sonrakı görüşlərin  Bakı, Gəncə,  Yevlax  və  ya   başqa  bir Azərbaycan  şəhərində   keçirilməsi  təklifini  irəli  sürməklə  bildirdi .
  Prezident  İlham   Əliyev  dəfələrlə  bildirib  ki ,  Azərbaycan  tərəfi  üçün yeganə  vacib  şərt  görüşün ölkə  daxilində olması   və vasitəçilər olmadan keçirilməsidir.
  Ermənilər  ağalarının  təlimatına  uyğun  olaraq  inadkarlıq  nümayiş  etdirirlər .
  Bölğədə  isə  gərginlik  artmaqda  davam  edir .
  Avqustun  11-də  saat  21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun  Yuxarı  Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana  və Zəylik  yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini  atıcı silahlardan  atəşə  tutub .
   Avqustun  12-də  saat  07:43-də  Rusiya sülhməramlılarının  müvəqqəti yerləşdiyi  ərazidən  qeyri-qanuni erməni  silahlı dəstələri  Ordumuzun Ağdam  rayonu istiqamətində yerləşən mövqelərini  atıcı silahlardan atəşə tutub .
  Rəsmi  Bakı sülh və  əminamanlıq   naminə  hələ  ki , dözür  və   bütün  zəruri  addımları  atır .
   Separatçıların prosesdən yayınması ,  təklifləri qəbul etməməsi  Bakının  səbirini  daşırır .
 Problemin  hərbi konteksdə  həllini zəruri  edir.
 Ermənilərin Yevlax görüşündən imtina   edərək  danışıqlar  prosesini  pozması   Bakını  adekvat   addımlar  atmağa  vadar  edir .
  Düşünürük  ki , indiki  vəziyyətdə 
 1 .Rəsmi   Bakı  separatçıların bütün  təminatını :
  İşıq, su, qaz, habelə  hava yolu ilə  Xankəndiyə   daşınan  yardımların  qarşısını  kəsə  bilər . 
2 . Laçın  Sərhəd  Keçid  Məntəqəsindən  mülki  əhalidən  başqa  hər  kəsin  və  hər  bir  yük  maşınının  qarşısını  ala  bilər .
    Separatçıları   çıxılmaz vəziyyətə  salmaqla  onları  Bakının  dialoq çağırışına  razı olmağa  məcbur  etməliyik . 
  Eyni  zamanda  biz  də  davam  edə  biləcək  uzun  müddətli  gərgin  vəziyyətə  hazır  olmalıyıq .

Qəvami  Sadıqbəyli . Jurnalist - politoloq .
Xudaferin.eu

23:36