Rusiya ilə İran Cənubi Qafqazda oyundankənar vəziyyətdə qala bilər .

Avqustun 3 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib . Söhbətdə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib . Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib .
Dövlətimizin Başçısı danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib .
Göründüyü kimi Azərbaycan reğionumuzda Sülhün bərqərar olması məsələsində öz prinsiplərinə sadiqdir . Ölkəmizin maraqlarını qorumaq şərti ilə bu istiqamətdə danışmaq istəyən : Avropa İttifaqı , Rusiya və ABŞ - la müzakirələri davam etdirir .
Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan da Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşündə ölkəmizin maraqlarına cavab verən Zəngəzur dəhlizinin təcili açılmasının vacibliyini vurğulayıb .
Bəli , Ərdoğan Zəngəzur dəhlizinin tezliklə açılmasına tələsir . Çünki bunun üçün əsaslı səbəblər var . Tarixdən məlumdur ki ,
birinci Dünya müharibəsinin nəticələrinə görə Osmanlı İmperiyası özünün qüdrətli dövlət statusunu itirmişdi.
100 ildən sonra Osmanlı İmperiyasının varisi olan Türkiyə üçün itirilmiş mövqeləri
geri qaytarmaqdan ötrü əlverişli tarixi - geosiyasi məqam yetişib .
Türk dövlətləri bir - birinə qovuşmaq şansı əldə edib .
Zəngəzur dəhlizi bu əlaqələrin bərpası baxımından çox əhəmiyyətlidir.
Bu dəhlizlə Türkiyə ilə Azərbaycannın əlaqəsi güclənəcək .
Azərbaycandan sonra Trans - Xəzər marşurutu vasitəsiylə Orta Asiya ilə əlaqəlar qurulacaq .
Bu layihə baş tutsa qədim İpək yolu müasir texnoloğiya ilə bərpa olunacaq .
Çin və Orta Asiya dövlətləri Trans - Xəzər marşurutu ilə Bakı Beynəlxalq Loqistika Mərkəzinə çatmış olacaqlar . Bu mərkəzdə prezident İlham Əliyevin təşəbbüsü ilə Ələt Azad İqtisadi Zonası yaradılıb . ( ƏAİZ ) .
Bu zonada yüklərin tənzimlənməsinə imkan yaranacaq .
ƏAİZ - dan
ğötürulən yüklər Zəngəzur dəhlizindən keçməklə Türkiyə üzərindən Avropa və Afrikaya ( və yaxud əks istiqamətə ) çatdırılacaq .
Bu Beynəlxalq Layihə işə düşsə
İranın şimal istiqamətində əl - qolu bağlanacaq .
İran uzun illərdir Zəngəzurdan keçərək Ermənistana , Gürcüstana oradan da Qara Dənizə çıxırdı .
Qara dəniz vasitəsiylə də Avropaya çatırdı . Bu marşurut İranı Avropa ilə əlaqələndirən ən qısa və " gözə görünməyən" yoldur .
İran bu marşurutdan 100 ildir öz həyətinin baxça yolu kimi istifadə edir . Ermənistan da bu nəqliyat dəhlizindən istifadədə İranla şərikdir . Bu marşurutdan rahat istifadə olunmasında gürcü soyadı ilə Gürcüstan hökümətində təmsil olunan ermənilər Ermənistana və İrana yardlmçı olublar . Bu proses bu gün də davam edir .
İndi isə ərazinin əsil tarixi sahibi olan Azərbaycan və Türkiyə siyasi iradə ortaya qoyaraq Zəngəzur dəhlizini Rəsmi Bakının nəzarətinə qaytarmaq istəyir .
Bu baş versə Azərbaycanın razılığı olmadan İran Zənğəzur ərazisindən istifadə edə bilməyəcək .
Məhz bu səbəbdən İran Zəngəzur dəhlizinin açılmasını özünün Milli Təhlükəsizliyinə təhdid hesab edir .
Azərbaycan prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı Ilham Əliyevin müdrük siyasəti , Milli Ordumuzun zabit və əskərlərinin qəhrəmanlığı sayəsində ll Qarabağ müharibəsində ermənilərə qalib gəldik . İndi isə Zəngəzur dəhlizini açmaq əzmindəyik .
Yaranacaq yeni geosiyasi mənzərə həm İranın həm də Ermənistanın özfəaliyyətinə son qoyacaq . Ona görə qonşularımız əl -- ayağa düşüb . Xüsusiylə , İran bu vəziyyətlə heç cürə barışmaq istəmir .
Rusiyanın isə Zəngəzura nəzarət məsələsində iki yolu var :
1 . Zor tətbiq etmək ;
2. Diplomatik üsullardan istifadə etmək.
Hazırda Rusiya Cənubi Qafqaz siyasıtində bu iki variantı eyni zamanda tətbiq etməklə məşğuldur .
Belə ki , Qarabağdda separatçılar , Ermənisstanda isə özünün 5 - ci kolonu vasitəsiylə aranı qızışdırır . Bəhanə əldə edib zor tətbiq etmək istəyir .
Diğər tərəfdən isə Ukrayna bataqlığında zəiflədiyindən Cənubi Qafqazda özünə qarşı ikinci cəbhənin açılmasını istəmir . Ona görə də XİN - sözçülərinin dili ilə diplomatik gedişlər edirlər .
Yəni : həm bizi ( Azərbaycan və Türkiyəni ) qorxudurlar həm də özləri bizdən qorxurlar .
Lakin 100 il bundan əvvəlki dövrdən fərqli olaraq indi həm Türkiyə həm də Azərbaycan güclü orduya və iqtisadiyyata malik qüdrətli dövlətlərdir .
Bu reallığı nəzərə almasalar Rusiya və İran Zəngəzur dəhlizindən faydalana bilməyəcəklər .
Yəni , indi Azərbaycanla hesablaşmasalar,sabah oyundankənar vəziyyətdə qala bilərlər .
Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

22:48