31 yanvar 2024-cü il tarixində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə olmasına baxmayaraq ;
O , müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır .
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə hələ gənc yaşında , 1903-cü ildə bir neçə tələbə ilə birlkdə Azərbaycan Gənc İnqilabçılar Təşkilatını yaratmışdır.
Bu təşkilatın təbliğat işində "Hümmət" qəzeti böyük rol oynamışdır.
Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsi gənclərdə milli hisslər yaratmaq , azərbaycan türkcəsini inkişaf etdirmək və Çar Rusiyası əlehinə fəaliyyət göstətmək idi .
1906-cı ildən etibarən bu təşkilət Müsəlman Demokratik Müsavat Cəmiyyəti adını almışdır .
1908-ci ilin axırında Məhəmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək Cənubi Azərbaycana ( İrana ) getmişdir .
Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzmiş , xalqın vəziyyətini yaxından müşahidə etmiş , Təbrizdə Səttərxanla görüşmüşdür .
1910 - cu ilin sentyabr ayında Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqalarıyla birlikdə İran Demokrat Partiyasının əsasını qoymuşdur .
Çar Rusiyası İrandakı inqilabi hərəkatdan qorxuya düşərək Məhəmməd Əmin Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb etmişdir .
Məhəmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getməyə məcbur olmuşdur .
O, Türkiyədə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşmüş, Yusif Akçura, Ziya Göyalp və başqa Ziyalılarla yaxınlıq etmişdir .
Məhəmməd Əmin Rəsulzadə "Türk ocağı" cəmiyyətində çalışmış , onun əsas orqanı olan, "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. 1911-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin tövsüyyəsi ilə Tağı Nağıyev , Məhəmməd Əli Rəsulzadə -- [ M .Ə . Rəsulzadənin əmisi oğlu ] və Abbasqulu Kazımzadə Bakıda
Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur .
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Məhəmməd Əmin Rəsulzadə vətənə -- Bakıya qayıtçışdır .
1917-ci ildə Rudiyada fevral burjua inqilabı baş verdi.
Fevral inqilabından sonra, 1917-ci ilin aprel ayının 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayı keçirildi.
Qurultayda
"Azərbaycanın taleyi " müzakirə olundu .
1–11 may 1917-ci il tarixində milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Məhəmməd Əmin Rəsulzadə qurultayda "ərazi muxtariyyəti" ideyası ilə çıxış etmişdir .
Ümumrusiya Müsəlmanları Qurultayından sonra 1917 - ci ilin iyun ayının 17 -də keçirilən birğə qurultayda ; eyni mövqedən çıxış edən Nəsib bəy Yusifbəylinin sədri olduğu "Türk Ədəmi-Mərkəziyyət Firqəsi" və Məhəmməd Əmin Rəsulzadənin rəhbəri olduğu Müsəlman Demokratik Müsavat Partiyası
"Müsavat" adı altında fəaliyyət göstərməyi qərara aldı . Məhəmməd Əmin Rəsulzadə vahid partiyanın sədri seçildi.
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşeviklər "Bakı Soveti" adı altında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlamışdı . Soyğunçuluq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə aparılırdı .
31 mart tarixində Azərbsacanın ayrı ayrı bölgələrində o cümlədən Bakıda kütləvi soyqırım həyata keçirildi.
1918-ci ilin yanvarında Tiflisdə qanunverici orqan olan - Zaqafqaziya Seymi yaradıldı .
Aprelin 22-də azərbaycanlılar , ermənilər və gürcülərin də daxil olduğu - Zaqafqaziyanın müstəqilliyi elan edildi .
May ayının 25-də gürcülər Seymin buraxılması qərarını alaraq Gürcüstanın müstəqilliyini elan etdilər .
1918-ci ilin may ayının 27-də Seymin Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi .
İclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycanın Milli Şurasını yaratdı .
Səsvermələrin nəticələrinə əsasən Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi .
1918-ci ilin 28 mayında Tiflis şəhərində
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi .
Türk və müsəlman dünyası tarixində ilk demokratik Respublika siyasi səhnəyə daxil oldu .
İstiqlal bəyənnaməsinin prinsiplərinə görə :
1-Azərbaycan xalqı hakimiyət haqqına malik oldu .
2 .Azərbaycan Xalq Cümhuriyəti bütün millətlər və dövlətlərlə münasibətlər qurmağa başladı .
3 .Azərbaycan Xalq Cümhuriyəti millət, məzhəb, sosial sinif və cinsi fərq qoymadan , hüdudları daxilində yaşayan bütün vətəndaşlarının siyasi və mədəni hüquqlarını təmin etdi .
28 may 1953 - cü ildə
" Amerikanın Səsi " radiosu ilə doğma xalqına müraciətinin axırında Məhəmməd Əmin Rəsulzadə aşağıdakı məşhur fikirlərini səsləndirmişdi :
" SƏN BİZİMSƏN , BİZİMSƏN DURDUQCA CAN ;
YAŞA - YAŞA ÇOX YAŞA , EY ŞANLI AZƏRBAYCAN !!!"
Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .
Xudaferin.eu
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ -- 140.

07:20