Diplomatiya sahəsində hücum taktikasına üstünlük verməliyik .

Separatçıların lideri Araik Aruturyan İkinci Qarabağ Müharibəsindən sonra Qarabağdan qaçmaq istəyirdi .
Lakin Cənubi Qafqazda marağı olan siyasi dairələr , bunun qarşısını aldılar .
10 noyabr 2020 - ci il tarixində Moskvada uç tərəfin imzaladığı Bəyanatla Rusiya müharibəni dayandırdı . Erməni seperatçılarını axra qədər məhv eyməyimizə imkan vermədi .
Qarabağda müharibə alovunun qarşısı alındı . Münaqişə ocağının közü isə tam söndürülmədi .
Artıq ll Qarabağ müharibəsinin dayandırılmasından üç ilə yaxın vaxt keçib .
Münaqişə ocağını yenidən alovlandırmağa çalışırlar .
Rusiya , Fransa , İran separatçıları qızışdırır .
Ağdam - Əsgəran yoluna daş , beton plitələr düzürlər .
Arutunyan "inzibati binasının" həyətində çadırda etiraz aksiyası keçirir.
Erməniləri avtobuslara doldurub , Laçın Sərhəd-Keçid Məntəqəsinə ( SKM ) göndərməyə çalışır .
Azərbaycana qarşı hansı addımları atacağı barədə Kremldən təlimatlar alır.
Proseslər göstərir ki ,
" Sülh müqaviləsi danışıqları " bilərəkdən uzadılır .
Yaxın perspektivdə münaqişənin həll olunacağı gözlənilmir .
Xarici siyasi mərkəzlər Azərbaycanı bezdirərək təxribata çəkmək istəyirlər.
Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışırlar .
Hesab edirik ki , indiki mərhələdə Bakı diplomatiya sahəsində hücim taktikasına keçməlidir.
Məsələn :
1. Azərbaycan 1920-ci illərdə Sovet höküməti tərəfindən Ermənistan SSR-ə verilən torpaqların ( Zəngəzur - Qafan ) geri qaytarılmasını tələb etməli ;
2 . Keçmiş Dağlıq Qarabağ ərazilərindən qovulmuş azərbaycanlıların öz yurdlarına qaytarılması məsələsini ortaya qoymalı ;
3 . Qərbi Azərbaycanlıların Zəngəzurda - Qafanda yerləşdirilməsinin zəruriiliyini Ermənistanın və Beynəlxalq Təşkilatların diqqətinə çatdırmalıdır .
Çünki , açıq - aydın görünür ki , Sülh sazişi istiqamətində danışıqlar hələ çox uzanacaq .
Delimitasiya və demarkasiya proseslərinin həlli zamanı da məlum deyil .
Hazırda Avropa İttifaqı , Rusiya və İran Zəngəzur dəhlizinə nəzarət uğrunda yarışırlar .
Azərbaycan və Türkiyə prezidenləri İlham Əliyev və Rəcəb Təyyub Ərdoğan isə Zəngəzur dəhlizinin açılmaslnda qərarlıdır .
Rəsmi Bakının siyasi iradəsi yerindədir . Müharibədə qalib gəlmiş Azərbaycanın bölğədə öz maraqlarını təmin etmək üçün imkanları daha çoxdur.
Bu reallığı dərk edən xarici dövlətlərin hamısı istəyir ki, münaqişə uzansın .
Məqsədləri
alovlanan münaqişənin
" söndürülməsi " prosesində iştirak edərək , Zəngəzur dəlizinə nəzarət etmək və Cənubi Qafqazdan
" pay " qoparmaqdır .
Məhz bunun
üçün də Avropa İttifaqı oraya missiya yollayıb, İran , Rusiya Qafanda konsulluq açır .
"Humanitar yardım " adı altında 20 yük maşını SKM qarşısında saxlayaraq "ŞOU" nümayiş etdirirlər .
Yevlaxda danışıqların aparılması məsələsində manipilyasiya edirlər .
Ermənistan isə fürsətdən istifadə edərək dayanmadan silahlanır. Hindistandan, Fransadan, İrandan müxtəlif ölkələrdən silah alır .
PUA-larla hərbi arsenalını zənginləşdirir.
Eyni zamanda lobbiçilərinin , xaricdə yaşayan Diasporasının əli ilə Azərbaycanın əlehinə dünyada mənfi imic formalaşdırır .
Dünya ölkələrinin Azərbaycana təzyiq etməsi üçün gecə - gündüz dayanmadan təbliğat aparırlar .
Düşünürük ki , bu reallığı nəzərə alaraq indiki mərhələdə diplomatiya sahəsində hücüm taktikasına üstünlük verməliyik .
Məhz bu yolla
bizə qarşı edilən Beynəlxalq təzyiqlərin qarşısını ala bilərik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

16:40