İlham Əliyev : "Biz Qafqazda Sülhün bərqərar olmasını istəyirik".

Sentyabrın 29 - da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib .
Tədbirfə çıxış edən Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan da danışıb .
Ölkəmizin bu əməliyyatda niyyətinin mahiyyətini bir daha diqqətlərə çatdırıb .
Dövlətimizin başçısı bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə mesajını göndərərək deyib :
“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik , ancaq eyni zamanda qətiyyətliyik .
Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik . Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Daha sonra İ .Əliyev bildirib ki : " İndi Bakı və İrəvan Sülh müqaviləsini imzalamağı sürətləndirə bilər .
Düşünürəm ki , 20 sentyabr hadisələrindən sonra Azərbaycan və Ermənistan hökümət komandalarının Sülh razılaşması layihəsini birgə hazırlamasının VAXTI ÇATMIŞDIR .
Daha sonra yaxud paralel olaraq sərhədlərin delimitasiyası ilə məşgul olmaq lazımdır . Bununla da uzunmüddətli qarşıdurmaya son qoymaq olar .
Biz sülh istəyirik . Biz işğaldan azad olunmuş ərazilərimizi bərpa etməliyik . Qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmallyıq .
Biz Qafqazda Sülhün bərqərar olmasını istəyirik və bu mümkündür .
Artıq Azərbaycan ərazilərində
" boz zonalar ", qanunsuz obyektlər və separatizm yuvası yoxdur .
Hesab edirəm ki , biz bu nailiyyəti : siyasi iradəmiz , xalqımız və dövlətimizin birliyi ilə əldə etdik .
Azərbaycan hökümətinin Ermənistanla Sülh istəməsi və buna nail olma cəhdi çoxlarına siqnal olmalıdır .
Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna və separatçılara dedik ki , silahı yerə qoyun təslim olun və sərbəst gedin . Belə də oldu . Biz öz sözümüzü həmişə tuturuq .
İnanmaq istəyirəm ki , Ermənistan höküməti Qarabağda baş verən hadisələri təhlil edərək bundan düzgün nəticə çıxaracaq .
Düşünürəm ki , digər qonşularımız və Cənubi Qafqazda öz maraqlarınını güdən beynəlxalq aktorlar da bundan sonra bizim ölkəmizlə konstruktiv davranacaqlar ."
P.S. Hesab edirik ki , Azərbaycan Prezidenti İlham Əliyevin bu açıq mesajlarından sonra şərhə ehtiyac qalmır .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

10:47