Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının nümayəndəsi Jozep Borrelin iyulun 26 - da Azərbaycanla Ermənistan arasında vəziyyətlə bağlı narahatlığını bildirən bəyanatına əsil diplomat kimi cavab verib .
Ayxan Hacızadə bildirib ki :
" Bakı Avropa İttifaqının ( Aİ ) reğonumuzda sülhün bərqərar olması istiqamətində aparılan danışıqlar prosesinə dəsdəyini yüksək qimətləndirir .
Eyni zamanda Aİ - nın Beynəlxalq münasibətlər və siyasi təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndəsinin hadisələrə yanaşmasında erməni tərəfinin yalan təbliğatına əsaslandığına görə təsüfünü bildirir ".
Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan da keçirdiyi mətbuat konfransında bildirib ki :
"Ermənistan Respublikası “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz. “Dağlıq Qarabağın nümayəndələri” özləri danışıqların və dialoqun tərəfi olmalıdırlar.
Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər “beynəlxalq mexanizm çərçivəsində Xankəndi və Bakı arasında dialoq” yolu ilə müzakirə edilməlidir ".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın :
" Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanla deyil, İranla bağlıdır " bəyanatına da münasibətini bildirən Paşinyan deyib ki :
“Bu bəyanatdan sonra biz öz mövqelərimizi və təsüratımızı təkcə tərəfdaş ölkələrlə deyil, Türkiyə ilə də bölüşdük .
Ermənistan Respublikasının ərazisində heç bir “dəhliz” fəaliyyət göstərə bilməz.
Brüsseldəki son görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, Ermənistan ərazi bütövlüyü , suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməli olan yolları açmağa hazırdır” .
Göründüyü kimi Paşinyan
" iki başlı " danışır . Hadisələrə münasibətini konkret bildirmir .
Ermənistanın keçmiş Baş naziri ,
“Azadlıq” partiyasının lideri Qrant Baqratyan da deyib ki :
“Əgər indi Ermənistan əraziləri təslim edilmirsə , deməli , azərbaycanlıların Ermənistanda məskunlaşdırılması baş verəcək .
Artıq Qarabağ məsələsi yoxdur .
Məsələ Zəngəzurla Ermənistandır.
Azərbaycan müharibəyə Qarabağ uğrunda başladı. Amma Zəngəzuru alaraq sülh müqaviləsiylə bitirmək istəyir . Çünki , Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan kimsə nə Qafana , nə də Gorusa gedəcək”.
Baqratyanın sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan Laçın dəhlizini bağlayıb.
Hadisələrin gedişi göstərir ki , Sülh müstəvisində proses zahirən irəliləyir .
Ancaq buna maneəçilik törədən, əngəl yaradan, qüvvələr də var .
Bütün bunlar əslində Azərbaycanın yaratdığı reall vəziyyətlə bağlıdır .
Azərbaycsn Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı - İlham Əliyevin apardığı müdrük siyasətin , Ordumuzun zabit və əskərlərinin qəhrəmanlığı sayəsində
Il Qarabağ müharibəsində qalib gəldik .
Bu qələbə regionda geosiyasi mənzərəni kökündən dəyişib .
Yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir .
Məhz bu reallıqlar Rusiya başda olmaqla Cənubi Qafqazda maraqları olan
" oyunçuları " ( Fransa , İran , Ermənistan və s .) fəallaşdırıb .
Bəli , Azərbaycanın
nüfuzu artıb .
Bu səbəbdən reğiona münasibətdə bir çox ölkələrin mövqeyi xeyli dəyişib .
Məsələn , ABŞ və Avropa İttifaqına daxil olan dövlətlərin əksəriyyəti Azərbaycanın şərtlərini məqbul sayır .
Cənubi Qafqazda Sülhün tezliklə bərqərar olmasını istəyir .
Lakin Ukrayna Rusiya müharibəsinin uzanması fonunda bəzi aktyorlar ( Məsələn : İran , Hindistan və s .) bu reallıqları qəbul etməkdən çəkinirlər.
Bu səbəblərdən Rusiyanın , Fransanın , İranın ardınca Hindistan da son zamanlar Ermənistanı silahlandırmağa başlayıb . Hətda tədricən Çin də bu prosesə qoşulur .
Təbii ki, regionda baş verən hadisələrin arxasında əsasən Rusiya dayanır .
Bölgədə kommunikasiyaların açılması təkcə Zəngəzur dəhlizi ilə bitmir .
Şimal-Cənub dəhlizinin də işə düşmə ehtimalı qüvvədədir .
Bu marşurut Rusiya ilə Hindistanın strateji maraq dairəsinə daxildir .
Bu reallıqlar fonunda reğionumuzda narahatlıq ehtimallar, şübhələr,
sona kimi dərk olunmayan təhlükələr qalmaqdadlr .
25 iyul Moskva ğörüşündə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun köməkçisi mikrofon açıq olduğu halda Lavrova deyir ki : " Dağlıq Qarabağ sözünü işlətməyin, bu Azərbaycanlı həmkarlarımızın xoşuna gəlməyəcək”.
Lavrov isə yenə də öz “ənənəsini” pozmur”.
Bu faktın özü deməyə əsas verir ki, Azərbaycanın mövqeyi və real gücü Rusiyaya da təsir edir .
Lakin öz imperialist ənənələrindən kənara çıxa bilmirlər .
Qərb dövlətləri ilə danışanda özünü Sülhün tərəfdarı kimi göstərən Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva görüşündən dərhal sonra
Azərbaycana qarşı ağılasığmaz iddialardan danışdı .
Belə ki , Rəsmi Bakı ilə razılaşmadan
20 maşın yük karvanını ( yüklərin nədən ibarət olması məlum deyil )
" humanitar yardım " adı ilə Ermənistandan Qarabağa göndərib .
Hazırda maşın karvanı Laçın dəhlizinin başlanğıcında sərhəddi keşməyə cəhd edir .
Əslində sülhün bərqərar olması bizdən çox Ermənistana lazımdır .
Sadəcə onlar ağalarının qorxusundan ( Rusiya , Fransa , İran və s .) bunu etiraf etməkdən çəkinirlər və onların diqtəsi ilə hərəkət edirlər .
Bu gün dünyada gedən proseslər regionumuza ciddi təsir göstərir .
Ona görə də, hadisəlırin inkişafını ciddi təhlil etməliyik .
Dünyada və xüsusiylə bölğəmizdə baş verə biləcək hadisələrə hazır olmalıyıq .
Rusiya - Ukrayna müharibəsi, ABŞ Rusiya münasibətlərinin vəziyyətindən asılı olmayaraq indi daha diqqətli və ayıq olmalıyıq .
Son dərəcə diqqətli və ayıq olmalıyıq .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .
Xudaferin.eu
23:57