Azərbaycan diplomatiyasının möhtəşəm qələbəsi .

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev ermənilərə Cənubi Qafqazda "3 + 3" modeli ilə əməkdaşlıq etməyi təklif etmişdi .
' 3 + 3" modeli Zəngəzur dəhizindən Rusiya , Azərbaycan , İran , Türkiyə , Ermənistan və Gürcüstanın birgə istifadəsini nəzərdə tutur . Yəni , Çindən , Orta Asiya dövlətlərindən Zəngəzur dəhlizi vasitəsiylə daşınacaq yüklər üçün nəzərdə tutulmuş Beynəlxalq Dəhlizdən adı çəkilən dövlətlər də istifadə edə bilər . Bu layihə işə düşsə bütün iştirakçı dövlətlər , o cümlədən Ermənistan da öz iqtisadiyyatını inkişaf etdirə bilər .
İkinci Qarabağ müharibəsindən sonra , Azərbaycan üç ilə yaxındır öz sülhpərvər və xeyirxah təklifinin qüvvədə olduğunu vurğulayır . Erməniləri münaqişəyə son qoyub , sülhə dəvət edir .
Lakin Rusiya , Fransa və İranın təsiri , təzyiqi və təşviqi ilə ermənilər bu xeyirxah təklifi rədd etdilər . Azərbaycana qarşı " revanş " yolunu tutdular .
- Laçın dəhlizinin başlanğıcında Azərbaycanın Sərhəd Nəzarət Məntəqəsi ( SNM ) qarşısında
" humanitar faciə" ŞOUSU təşkil etdilər ;
- SNM - si yaxınlığında hərbiçimizə atəş açdılar ;
- Naməlum yüklərlə dolu 20 - yə yaxın böyük TIR maşınları SNM - nin qarşısına yığdılar ;
-- Dünyanın hər yerindən , xüsusiylə Avropadan jurnaIistləri , çoxsaylı müşahidəçiləri ora çağırıb " təşkil etdikləri
" humanitar faciə" SOU sunu dünyaya nümayiş etdirdilər .
Ermənilər bu hərəkətləri ilə Azərbycanın siyasi iradəsini sındırmağa nail olacaqlarına inanırdılar .
Lakin Prezident İlham Əliyev onların bütün tələblərini rədd etdi . Dünya güclərinə bildirdi ki , Azərbaycan öz haqqlı hüquqlarından geri çəkilməyəcək .
Uzun müddət davam edən diplomatik qarşıdurmanı öz xeyirlərinə həll etmək üçün ermənilər tərəfdarlarının dəsdəyi ilə BMT - nın Təhlükəsizlik Şurasının toplantısını çağırmağa nail oldular .
Dünən , avqustun 16 -da BMT - nın TŞ -sı ermənilərin iddiasına :
" SNM - nin ləğv olunması və Laçın dəhlizinnin açılması"na həsr olunan iclasını keçirdi . Lakin nəticə erməniləri məyus etdi .
BMT - nın Təhlükəsizlik Şurası təklif etdi ki :
- ermənilər humanitar yüklərin daşınmasında Ağdam - Xankəndi marşurutundan da istifadə edə bilərlər .
Bununla da ermənilərin diqqətinə çatdırıldı ki : "Qarabağda məskunlaşan əhali üçün heç bir humanitar faciə yaşanmır ".
Beləliklə , BMT TŞ -ı ermənilərin XX - ci əsrin axırından başlamış XXl əsrin bu günlərinə qədər davam etdirdikləri separastik - özünütəyin , humanitar faciə , soyqrım iddalarlna yox dedi .
BMT TŞ - ı üzvlərinin əksəriyyəti belə hesab edirlər ki : Cənubi Qafqazda SÜLH ŞƏRTLƏRİ tərəflərin bir - birinin süveren hüquqlarını və ərazi bütövlüyünü rəsmi olaraq tanımasından keçir .
Azərbaycan Beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşır.
Fəaliyyətində BMT TŞ - nın qəbul etdiyi haqlı qərarlara da əməl edir .
BMT TŞ - nın avqustun 16 - da təklif etdiy tövsüyə xarakterli qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Beynəlxalq Diplomatiya müstəvisində möhtəşəm qələbəsidir .

Qəvami Sadıqbəyli , Jurnalist - politlıoq .

Xudaferin.eu

19:29