İyulun 22 - də Naxçıvan MR Babək rayonunda bədbəxt hadisə baş verib . Belə ki , həmin vaxt gölün ətrafında ailəsi ilə birlikdə istirahət edən 1982 - ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq , göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib .
Daha sonra uşağın anası -- 1984 - cü il təvəllüdlü Aslanlı Sədaət Elman qızını xilas etmək istəyərkən onunla bərabər boğularaq həyatını itirib .
Polis əməkdaşı olan Vüsal Quliyev uşağı xilas etdi , özü isə
boğuluraq həlak oldu .
Bu Azərbaycan Polisinin növbəti Qəhramanlığıdır !
Düşünürəm ki , müxalifət yaxud iqtidar yönümlü baxışlardan asılı olmayaraq jurnalistlər vicdanını itirməməlidir .
Baş verən olaylar haqqında yazanda hər hansı bir işçinin səhvini bütün polis əməkdaşlarına şamil etməməlidir .
Bəzi yaramaz polis işçisinin etdiyi səhv hərəkətə görə, bütün polisləri küçə söyüşləriylə təhqir etmək olmaz .
Bu bizim millətin mənliyinə, kişiliyinə , mentalitetinə yaraşmır .
Hər yerdə hər bir sistemdə nöqsanların olması təbiidir .
Atalar demiş :
" Meşə çaqqalsız olmaz " .
Hər yerdə natəmiz adamlar olur ...
Ancaq hamı bilməlidir ki :
polislərimizin içində elə Qeyretli, Namuslu , Şərəfli Vətənini sevən oğullar var ki, onları küçə söyüşləriylə təhqir edənlər, həmin qəhrəman polis işçisinin əlinə su tökməyə belə yaramaz ....
Yaxın tariximizdə 1987 - ci ildə alçaq erməni faşistləri bizdən Torpaq tələb edəndə, Azərbaycanımızın Bütövlüyü uğrunda yırtıcı erməni cəlladlarına qarşı ilk döyüşən Polislərimiz ( milislər ) olublar .
Vətən torpaqları uğrunda yüzlərlə , minlərlə Polislərimiz Şəhid olublar .
Onların bir çoxu Azərbaycanın Milli Qəhramanı adına layiq görülüblər.
1990 - ci ilin 20 yanvar qırğınlarında onlarla Polisimiz Şəhid oldu .
Birinci , ikinci Qarabağ müharibəsində minlərlə polislərimiz Vətən uğrunda gedən döyüşlərdə Şəhid, Əlil, Qazi olublar .
Bu realllqları bilə - bilə hansısa səhv hərəkət edən polisə görə bütün polislərimizi təhqir edənlər bir daha yaxşı - yaxşı düşünsünər .
Hörmətli həmkarlarım !
Baş vermiş bir hadisə haqqında yazanda obyektivliyi unutmayın .
Bu gün özünü müxalfət
" liderləri " adlandıran bəzi siyasətçilər
hakimiyyətə gəlsələr, öz hakimiyyətini qoruyub saxlamaq üçün
hansı metodlardan istifadə edəcəkləri məlum deyil .
Belə görünür ki, bu gün polisimizi haqsız olaraq söydürən bəzi müxalifət
" liderləri" hakimiyyətə gəlsələr , sabah Azad Sözünü deyənləri, Haqqını tələb edənləri vəhşivəsinə döydürüb , zindanlara atacaqlar .
Hesab edirəm ki :
İqtidar , müxalifət yönümlü siyasətçilər və media işçiləri vicdanını itirməməlidir .
Azərbaycan polisi ölkəmizdə ictimai - siyasi sabitliyin qarantıdır .
Bu real həqiqəti unutmaq olmaz .
Yaşasın qəhrəman Azərbaycan Polisi !!!
Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
23 iyul 2023 - cü il .
Qəhrəman Polis işçilərinə eşq olsun .

Xudaferin.eu
17:03