TƏVAZÖKAR BÖYÜK ZİYALI -- ƏNVƏR BÖRÜSOY .

Ənvər Börüsoyu -- [ Ənvər Yusif oğlu Məmmədov ] Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdən tanıyırdım .
Ənvər bəy -- zahirən sadə , sakit , təvazökar insan ; daxilən isə urəyi Vətən eşqi ilə döyünən , bilikli , mədəni Böyük Ziyalı idi .
Hər dəfə görüşəndə Türk Dünyası , o cümlədən Azərbaycanımızın real vəziyyəti və gələcəyi haqqında fikir mübadiləsi aparardıq .
Ənvər bəy , həmişə dostlarla - tanışlarla Türk xalqları : [ Altay , Tuva , Xakasiya , Saxa , Tatarıstan , Başkortstan , Dağıstan , Çeçenstan , Qazaxstan , Özbəkstan , Qırğızstan , Türkmənstan və s . ] haqqında maraqlı düşüncələrini və məlumatlarını bölüşərdi . Türk millətinin böyüklüyünü təbliğ edirdi .
Müntəzəm olaraq Türk xalqlarının tarixi , coğrafiyası , mədəniyyəti haqqında yazıları ilə : həm Azərbaycanda həm də dünyanın müxtəlif mətbu orqanlarında çıxış edirdi .
Ənvər Börüsoy öz samballı yazılarında Türk dövlətlərinin və xalqlarının geopolitik mövqeyini ictimayyətə məharətlə çatdırırdı .
Ənvər bəy xəstəliyi ilə bağlı , 61 yaşında dünyasını dəyişdi , lakin öz işıqlı fikirləri , türk dünyasına etdiyi xidmətləri ilə tarixə həkk olundu .
Ənvər Börüsoyun tələbə yoldaşı , əqidə qardaşı -- ömrünün uzun illərini doğma Azərbaycanımız haqqında həqiqətləri Avropadan dünyaya çatdıran , Avropada
" Azərbaycanın Dostları " Cəmiyyətinin sədri ,
" Xudafərin" jurnalının təsisçisi və Baş redaktoru böyük vərənpərvər ziyalı Elman Mustafazadənin təşəbbüsü və
" Qarabağın Dostları " fondunun dəsdəyi ilə Ənvər Börüsöyün yazdığı məqalələri kitab halında çap olundu .
Bu xəbər Ənvər Börüsoyu tanıyan hər kəsi sevindirdi .
İnanıram ki , Ənvər Börüsoy türk xalqlarının yaddaşında qalacaq , zaman ötdükcə yenidən xatırlanacaq .
Dostum , əqidə qardaşım Ənvər bəyin ruhu qarşısında baş əyirəm , ehtiramla yadd edirəm .
Allah rəhmət eləsin .
Ruhu şad olsun .

Qəvami Sadıqvəyli , Jurnalist -- politoloq .

Xudaferin.eu

22:30