ELMAN MUSTAFAZADƏ -- 66

Elman Əhəd öğlu Mustafazadə 1957 - ci ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub . Orta məktəbi Şuşada oxuyub . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetini bitirib . Birinci Qarabağ müharibəsində ermənilərə qarşı vuruşan könüllü dəstənin başçısı olub . 20 yanvar hadisələrindən sonra kommunist rejiminə etiraz edərək Polşaya köçüb . 1990 - cı ildən 2000 - ilə kimi Polşada yaşayıb . Şəxsi bacarığı sayəsində 1994 - ci ildə " AzərPol " şirkətini yaradaraq bu ölkədə bizneslə məşğul olub . 1995 - ci ildə "Xudafərin" dərgisini təsis edib . Bu dərgi iqtidar müxalifət mövqeyindən asılı olmayaraq Azərbaycanın mənafeyinə çalışan bütün yazarların , yaradıcı insanların fikirlərini , əsərlərini Avropadan bütün Dünyaya yayıb . Elman Mustafazadə 2000 - ci ildə ailəsi ilə birlikdə Hollandiyaya köçüb . "Xudafərin" dərgisi hazırda da " xudaferin .eu " saytı adında Hollandiyada fəaliyyətini davam etdirir . Elman Mustafazadə eyni zamanda Avropada "Azərbaycanın Dostları " Beynəlxalq Cəmiyyətinin qurucusu və rəhbəridir . Öz zəhmətiylə qazandığı vəsaitin böyük qismini Azərbaycan Respublikasının uğurlarının təbliğinə həsr olunmuş tədbirıərin keçirilməsinə sərf edib və edir . Avropada çətin vəziyyətə düşmüş 100 - lə soydaşlarımıza eləcə də diğər xalqların nümayəndələrinə kömək edib və bu gün də edir . Elman Mustafazədə Vətənimiz Azərbaycan və Görkəmli azərbaycanlılar haqqında onlarla maraqlı məqalələrin müəllifidir . Qayğıkeş atadır . Gözəl , savadlı övladları ilə birlikdə bu gün də hayatını Azərbaycanımızın nailiyyətlərinin təbliğinə həsr edir . Elman Mustafazadınin oğlu Babək bizneslə məşğul olur .
Böyük qızı Tomris çoxtərəfli istedadı ilə seçilir. Belə ki , O Hollandiyanın paytaxtı Amsterdamda ilk Azərbaycanlı xanım olaraq Vəkil - hüquqşünas kimi çalışır .
Eyni zamanda Tomris peşəkar idmançıdır . Dünya su idmanı yarışlarında sualtı üzgüçülük növü “fridayvinq” adlanır. Sualtı üzgüçülük yarışında əsas şərt idmançının öz nəfəsi ilə hovuzun, dənizin və ya okeanin dərin qatlarında üzməkdir. Azərbaycanda hələ ki, bu idman növü kütləvi xarakter almasa da, fridayvinqlə peşəkar səviyyədə məsğul olan ilk azərbaycanlı , Elman Mustafazədənin qızı Tomiris Mustafazadə İndoneziyada keçirilən fərdi yarismada 18 metir okeanin dərinliyində uzməklə qalib olub . O, Niderland Kraligini təmsil etsə də , əldə etdiyi qələbəsini mobil telefonunda Azərbaycan bayrağını numayiş etdirməklə özünün facebook səhifəsində bunları yazıb: “fridayvinq idmanı ilə məşğul olan ilk azərbaycanlı qızı olmağımla fəxr edirəm”. 

Elman Mustafazadənin ikinci qızı Azəran Elgün Mustafazadə isə Hollandiyada psixolq işləyir .
Elman Mustafazədə Vətənpərvər , Böyük Ziyalı kimi bu gün də Avropada Azərbaycanlıları Ləyaqətlə Təmsil edir . Doğum Günü münasibətiylə hörmətli , əziz dostum və əqidə qardaşım Elman Mustafazadəni TƏBRİK edirəm . Möhkəm Can sağlığı , uzun ömür , fəaliyyətində yeni - yeni uğurlar arzulayıram !!!

Hörmətlə : Bakıdan -- Qəvami Sadıqbəyli , Jurnalist - politoloq
Xudaferin.eu

10:17