Başda ABŞ , AB ( Fransa ) , Rusiya , olmaqla bir çox dövlətlər ikili siyasətlərini davam etdirirlər .
Həqiqi mənada "əzələ nümayişi"ndə yarışırlar .
Açıq - aşkar biri diğərini zəiflətməyə çalışır .
Digər tərəfdən də dünyanın müxtəlif regionlarında [ Şərqi Avropada : (Rusiya - Ukrayna) , Cənubi Qafqazda : ( Ermənistan - Azərbaycan ) Yaxın Şərqdə : ( İsarail - Fələstin ; İran - İsrail ) , Uzaq Şərqdə : ( Çin - Tayvan ) , Afrika ölkələrində və s . münaqişə ocaqları yaradırlar . Ölkələri bir - biri ilə dava etməyə təhrik edirlər .
Müşahidələr göstərir ki , həmin güclər yürütdükləri siyasətlə aşağıdakı niyyətlərini həyata keçirməyi hədəfləyirlər :
1.-- Müharibə edən tərəflərə silah satıb, daha çox varlanmaq ;
2. -- Bu müharibələrdən əzilmiş , zəifləmiş ölkələrin təbii sərvətlərini sümürmək ;
3. -- Özlərini dalaşan - müharibə aparan tətəflərə xilaskar - dost kimi sırımaq .
Konkret olaraq Fransa , Rusiya və İran bizim yaşadığımız Cənubi Qafqazda hər vasitə ilə sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olurlar .
Çirkin niyyətlərindən əl çəkmirlər . Məğlub olmuş Ermənistanı yenidən silahlandirırlar .
Bir tərəfdən də dünyanın ayrı - ayrı regiilarında aranı qarışdırırlar .
1 aprel 2024 - cü il tarixində başlayan İran - İsrail toqquşması da bu ikili siyasətin davamıdır .
Bu günlərdə Rusiya İnformasiya Teleqraf Agentliyinin ( İTAR - TASS ) yaydığı məlumata görə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İsrailin Milli təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi arasında telefon danışığı olub .
Patruşev İsrailli həmkarı ilə İranın İsrailə birbaşa hücumundan sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə edib .
Medianews.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki :
" Rusiya Yaxın Şərqdəki vəziyyətdən narahatdır .
Moskva Yaxın Şərqdəki fikir ayrılıqlarının siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır ".
ABŞ Dövlət katibi Entoni Blinken də üzdə diplomatik addımlardan danışıb . Blinken deyib ki : " Əgər İsrail təcavüzün, hücumun qurbanıdırsa, özünü təkbaşına müdafiə etməli deyil .
ABŞ Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün diplomatik vasitələri koordinasiya edir .
Biz eskalasiya ( gərginlik ) istəmirik, lakin İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiəyə davam edəcəyik".
Bu arada Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini , ermənipərəst deputat Konstantin Zatulin də vacib bir həqiqəti etiraf edib .
Zatulin bildirib ki , Bakı qoşunların çıxarılması məsələsini gündəmə ona görə gətirməyib ki, Rusiya bunu özünün məğlubiyyəti kimi qəbul edilməsin .
Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı normal münasibətlərlə bağlıdır . Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır : bizim SÜLHMƏRAMLILARIN ORADA NƏ İŞİ VAR ?
Sülhməramlılarımızın Qarabağda qalmasının səbəbləri artıq azalıb”.
Göründüyü kimi , ermənipərəst Konstantin Zatulin də reallığı etiraf etməyə məcbur olub .
Lakin böyük güclərin ikiüzlü siyasəti yenə davam edir .
İkinci Qaravağ müharubəsindən keçən son 4 ildə biz , müasir Azərbaycan tarixinin qürurlu günlərini yaşayırıq .
Ancaq başda Fransa , Rusiya , İran olmaqla bəzi qüvvələr qələbəmizi həzm edə bilmirlər .
Ermənistanı silahlandirmaqla, Cənubi Qafqazda münaqişə ocağının yenidən alavlanmasına cəhd edirlər .
Bu günlərdə Qazaxıstan Prezidenti Kasım -Jomart Tokayev Ermənistana səfər etmişdi .
Düşünürük ki, bu səfərin Azərbaycan üçün heç bir ziyanı yoxdur .
Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı inandırmağa çalışdı ki , Mərkəzi Asiya ilə Cənubi Qafqazın bir-birinə sıx bağlanması nəqliyyat və enerji layihələrinin reallaşmasına kömək edə bilər .
Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır .
Ermənistan da bu layihəyə qoşulsa uduzmaz . Əksinə , bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər .
Bunun üçün də müharubə yox , Azərbaycanla sülh sazişi imzalanmalı və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaradılmalıdır .
Hesab edirik ki , ətrafımızda baş verən proseslər , hər birimizdən diqqətli olmağı tələb edir . İndiki həssas mərhələdə ölkə daxilində sabitliyi poza biləcək hərəkətlərə yol verməməliyik .
Suverenliyimizi və müstəqilliyimizi qorumalıyıq .
Bunun üçün də hər zaman Dövlətimzin və Ordumuzun yanında olmalıyıq .
Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu
BÖYÜK GÜCLƏRİN İKİÜZLÜ SİYASƏTİ DAVAM EDİR ....

16:39