Millətimizə zülm edənlər cəzasız qalmayacaq ...

Rus  İmperiyasının  Azərbaycanı  işğal  etməsindən  200  ( iki )  yüz  ildən  çox  vaxt   keçdi .
      İşğalın  ilk  günlərindən  sona kimi  ölkəmizin    yeraltı  və  yerüstü  sərvətləri  talan  edildi .  Əhalimizə  qarşı  zaman  zaman  soyqrım   törədildi .
      1803  cü  ildə  Gəncə  qəsb  ediləndə  Cavadxan  ,  ailəsi  və  şəhər  sakinlərinin  çoxu  qılıncdan  keçirildi .
      1806  cı  ilin  iyun   ayında  Rus və  Qacar  qoşunları  arasında  indiki  Ağdam  ərazisində  toqquşma  baş  verdi .  Qacar  sülaləsinin  o   vaxtkı  hakimi   Abbas  Mirzə    1805 ci  ildə      "  Kürəkçay "  müqaviləsi  əsasında  ruslara  sığınmağa  məcbur  olmuş  İbrahim  Xanı  yenidən  öz  tərəflərinə  çəkmək  istədi . Bu  məqsədlə  Onun  yanına  elçilərini  göndərdi .  Olaydan xəbər  tutan  Çar  Rusiyasının  zabiti  - mayor  Lısaneviç  gecə  ikən  bir  dəstə  döyüşçü  ilə  İbrahim   Xanın  məkanına  soxularaq  Onu  ,  bəzi  ailə  üzvlərini  və  yaxın  adamlarını  öldürdü .  
      Bu   qətl  hadisəsi    xarakter  etibarı  rus  hərbiçilərinin   vəhşiliyini   və  başqa  xalqlara  qarşı  hər  zaman  soyqrım  törətməyə  meyilli  olduqlarını  göstərən  yüzlərlə  faktlardan   biridir .
      Təsadüfü  deyil  ki , belə  hadisələrdən  sonra  yerli  əhali  gücün  qarşısında    tabe  olsalar  da  ürəklərində  həmişə    rus müstəmləkəçilərinə   nifrət  etməyə  başladı .   Və  fürsət  düşdükcə  zülmkar  və  qəddar  istilaçılardan  qisas  almaqdan  çəkinmədilər .
      Məsələn ,  1803  cü  ildə  Gəncənin  rəhbəri  Cavad  Xanın   və  ailəsinin  qətlinə  fitva  vermiş  Sisyanov  1806  cı  ildə  Bakının  o  vaxtkı   başçısı  Hüseynqulu  Xanın  əmisi  oğlu  İbrahim  Bəy  tərəfindən  öldürüldü .
      1905  ci  ildə   Çar   Rüsiyasının  imperialist  Generalları  tərəfındən  qızışdırılan   axmaq  -  şovinist  ermənilər  azərbaycanlılara  qarşı  soyqrım   aktı  törətməyə  başladılar.
      Özü  də  bu  qətlləri   gizlin terror  üsulları  ilə  həyata  keçirirdilər .
       1905  ci  ildə  baş  vermiş  birinci  Rus  inqilabından  sonra  millətçi  hərəkatlar  fəallaşmağa  başladı .
       Rusiya  siyasətçiləri erməni  daşnsklarını  silahlandırır ,  onları   azərbaycanlılara  qarşı  cinayət törətməyə   təhrik  edirdilər . 
       Onlara  güvənən  erməni    şovinist  millətçiləri   İravan ,  Naxçıvan  ,  Ordubad ,   Gəncə  ,   Bakı ,  Şirvan  və  başqa  şəhərlərdə  yaşayan  silahsız ,  dinc  azərbaycanlılara  qəfil  hucumlar  edir  ,  onları  xaincəsinə  oldürürdülər .  Millətin   mal -  mülkünü  talayır ,  xalqımıza  zülm  edirdilər .
       Azərbaycan   ziyalıları   erməni  daşnaklarının  hücumlarının  qarşısını  almaq  məqsədi  ilə  qisasçı  cəmiyyətlər   qurmağa  məcbur  oldu .
       Belə  təşkilatlardan  biri  Əhməd  bəy   Ağa   oğlunun  təşəbbüsü  ilə  1906  cı  ildə   Gəncə   şəhərində  yaradılan     " Difai "  paryiyası  idi .
       Bu  partiya    Qafqaz
 müsəlmanlarının   təhlükəsizlik məsələsimi  həll  etmək  üçün  yaradılmışdı .  Siyasi   təşkilat  kimi  silahsız ,  dinc  insanların  öldürülməsinin  qarşısının  alınmasında  mühüm  rol  oynadı .
       Gəncədə  tanınmış  ziyalılardan  Ələkbər  bəy  Xasməmmədov ,  onun  qardaşı  Ələskər  bəy  Xasməmmədov , doktor   Həsən  bəy  Ağayev ,  Ələkbər  bəy  Rəfibəyli  ,  Şeyxülislam  Axund  Molla  Məhəmməd  Pişnamazzadə , gimnaziyada  müəllim  işləyən  Mirzə  Cavad  ,  gənc  müəllimlərdən  İdris  Axundzadə  və  başqaları   düşməndən  qisas  almaq  üçün  yaradılan  "  Difai "  partiyasının   Təşkilat    Komitəsinin   üzvüləri  idi .
Bu  vaxtdan  etibarən  təşkilatın  yerli  şöbələri  erməni  silahlı  dəsdələrinə   qarşı  mübarizə  aparmağa  başladı .
       Gecə  qaranlıq  düşəndən  sonra  erməni  kəndləri  ,   məhəllələri  əhatəyə  alınır  və  daşnaklara  divan  tutulurdu .
        Bu  mübarizədə  Dəli  Alının  silahlı  dəsdəsi  xüsusuylə  fərqlənirdi .
        "  Difai "  partiyasının  heç  bir  yerdə  qeydiyyatı  yox  idi .   Təşkilatın kimlər  tərəfindən  idarə  olunduğunu  heç  kim  bilmirdi .
        Onların  ilk  böyük  və  səs - küylü  "  qurbanlarından   biri  Gəncə  qubernatorunun  müşaviri  Kresçenski  oldu .  O  ermənilərə  yaxından  köməklik  etdiyi  üçün  öldürüldü .
     Rusların  rəhbərlik etdiyi   hər   bir   idarədə  "  Difai "  nin  üzvüləti  var  idi .  Bu  adamlar  vasitəsi  ilə  düşmənlərə  satqınlıq  edənlər  aşkar  olunur  və  qısa müddətdə  aradan  götürülürdü .
         Azərbaycanlılara  qarşı  qırğınlar  törədən  ermənillərə  daha  çox  dəstək  vermiş  rus  generalları  - Qoloşanov  və  Kalasçarov  da   " Difai  "  partiyasının  üzvləri  tərəfindən  məhv  edildi .
         1917  ci  ildə  "  Difai "  "  Musavat" partiyasına  birləşdi  və  qisasçılıq  fəaliyyətini   dayandırdı .
         Təhlükədən  qurtulduqlarını  hiss  edən  erməni  daşnakları  bu  dəfə         "  bolşevik "  donu  geyinərək  yenə  rusların  dəsdəyi  ilə  azərbaycanlılara  qarşı  terror  törətməyə  başladılar .
         Bu  dəfə   Azərbsycana  nəzarət edən    " 26  Bakı  Komissarılarının " rəhbəri   Stepan  Şaumyan  xüsusi  fəallıq  nümayiş  etdirdi .   Onun  xüsusi  gôstərişi  ilə  1918  ci  ilin  mart  ayının  sonlarından  aprelin  3 nə  kimi  davam  adən  hadisələrdə   erməni  daşnakları  Bakıda ,  Şamaxıda ,  Qubada ,  Xaçmazda  ,  Hacıqabulda ,  Lənkaranda  ,  Zəngəzurda , Qarabağda, Naxçıvanda  və  digər  ərazilərdə  silahsız  dinc  azərbaycanlılara  hücumlar  həyata  keçirdi .
         Sonralar  31  Mart  Azərbaycanlıların  soyqrlmı  adını  almış  bu  hadisələtində  on  minlərlə  günahsız  insan ( türk ,  talış  ,  tat  ,  ləzgi , yəhudi) öldürüldü .
         1918 - 1920  ci  illərdə  mövcud  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyəti  rus - bolşevik  qüvvələri  tərəfindən  devrildi . Əvəzində  sovet - rus   imperiyasına  xidmət  edən  Azərbaycan  Sovet  Sosialist  Respublikası  siyasi  səhnəyə  gətirildi .    
     Moskvadan  idarə  olunan  Azərbaycanı  asan  talamaq  üçün  onun  savadlı  , uzaq  görən  ziyalılarını  aradan  ğötürməyə  başladılar .
         Panturkçü ,  antisovetçi , sobatajçı  və  s.  müxtəlif  bəhanələrlə  1920  - 1950  ci  illər  arasında  ümumilikdə  120  min  günahsız   azəbaycanlı  qətl  edildi .  Minlərlə  insan  soyuq   Sibirə  və  uzaq  Orta   Asiya  ölkələrinə  sürgün   edildi . Xüsusi  illə  1937 - 1938  ci  illərdə   "  xalq  düşməni "  adı  altında   yüzlərlə   istedadlı , görkəmli  Azərbaycan  ziyalısı  güllələndi .
      1988  ci  ildə   300  mindən  çox  soydaşımız   tarixi  torpqlarından  -  indiki  Ermənistandan  qovuldu .
      Qovulma  prosesində  minlərlə   azərbaycsnlı   vəhşi  üsullarla  qətl  edildi .
      1990  cı  kilin  20  yanvarında  yüzlərlə  vətəndaşımız  sovet - rus  hərbiçiləri  tərəfindən  güllələndi .
      1991  ci  ildə   nəhəng  SSRİ  imperiyası  süqut  etdi . Elə  həmin  il  noyabr  ayının  18  də  Azərbaycan  müstəqilliyini   elan  etdi .
      1992  ci  ildə  Əbülfəz  Elçobəyin  prezidentliyi  ilə  xalq  hakimiuyəti  quruldu . 
      Güman  etmək  olardı .ki , bundan  sonra  Azətbaycan   vətəndaşları  sakit xoşbəxt  həyat  yaşayacaq .  Lakin  o  vaxtkı  hakimiyyətin  Rus  hərbi  qoşunlarını  ölkəmizdən  çıxarması  onlara  baha  başa  gəldi .
      1993  cü  ilin  iyununda   Elçibəy  hakimiyyəti  devrildi .
      Elə  həmin  il  köhnə  sovet  dôvlətinə  loyal  olan  qüvvələr  Azərbaycanda  hakimiyyəti  ələ  keçirdi
      Düşünmək  olardı  ki ,  idarəetmədə  özlərini  daha  təcrübəli  hesan  edən  bu  insanların  zamanında  , nəhayət ölkəmiz  inkişaf   edəcək .  Bu  qənaətə  gəlməyə  həm  də  1994  cü  ilin  sentyabr  ayının  20  də   Dünyanın  aparıcı   dövlətlərinin    Nəhəng  Şirkətləri  ilə   bağlanmış   məşhur  Beynəlxalq  Neft  Kontraktları  da  əsas  verirdi .  
      Doğrudan  da  2005  ci  ildən  sonra  Azərbaycana   yüz  milyardlarla  dollar  dəyərində  vəsait  daxil  oldu .
      Bu  milyadlar  acgöz  məmurlar  tərəfindən    bir  necə  il  ərzində  korrupsiya  yolu  ilə   mənimsənildi .
      Azərbaycanın  sadə  sıravi vətəndaşları  milyaderlər  ölkəsinin  işsiz  kasıb  insanlarına  çevrildi .
      Tək  "  Qarabağ  "  problemi  xalqımızı  dişini  sıxaraq  bu  kasıbçılığa   dözməyə  vadar  edirdi .
      2016  cı  ildə  Qarabağda başlanan  Aprel  döyüşləri  qəflətən  dayandırıldı .
       2017  ci  ildə   aprel  döyüşlərində  igidlik  göstərmiş  2000  nə  yaxın  hərbiçimiz   yalançı  "  Vətənə  xəyanət " ittihamı  ilə  işgəncələrə  məruz  qaldı .  Onlarla  zabiit  və  əzkərimiz  vəhşiliklə  öldürüldü .
       2018  ci  ildə    Gəncə  sakinlərinə  divan  tutan  icra  başçısı  Elman  Vəliyev   Yunis  Səfərov  tərəfindən  güllələndi .
       Bu  hadisəni  əldə  əsas  tutaraq  yüzlərlə   cavan  insana  işgəncə  verildi .  Onlarla  şəxs  həbs  edili . 
         Hadisələrin  təsirindən    omlarla ,  yüzlərlə  bəlkə  də  minlərlə  ata - ananın  gözü  yaşlı  qaldı .
       Nəhayət ,  2020  ci  ilin  27  sentyabr ayında  Qarabağ  uğrunda  başlayan  və  44 (  qırx  dörd )  gün  davam  edən  mühaibədə  işğal  altında  olan  ərazilərimizin   böyük     hissəsi  seperatçılardan  təmizləndi  .  Torpaqklarımızı   düşməndən  TAM  azad   etməyə  lap   az  qalmışdı .
       Qəfildən  2020  ci  ilin  noyabr  ayının  9  dan  10  na  keçən  gecə  ,  xalqımızdan  xəbərsiz   Rusiya  ,  Azərbaycan  ve  Ermənistan  rəhbərlərinin  razılığı  ilə  qəfildən           "  atəşkəs  "  bəyannaməsi  elan  edildi .
       Döyüşlər  zamanı  3000  (  üç  min )  nəfərə  yaxın  şəhid  vetdik .  Minllərlə  hərbiçimiz  yaralandı .  Düşmənə  qalib gəldik  . Lakin  bu  TAM  qələbə  olmadı
       Müharibədən  sonra  qəhrəman  zabit  və  əskərimiz  dövlət  məmurları  tərəfindən  layiqli  qayğı  ilə  əhatə  olunmadı .  Minlərlə  qazimiz  evsiz ,  işsiz  şəraitində  çətinliklərlə  üzləşdi .
       Ata  -  anaların   üzü  gülmədi .  Kasıbçılıq ,  bahaçılıq  ,  yarımçıq qələbənin  təsüf  hissi    insanlarımızı  üzdü  və  bu  gün  də  sarsıdır .
       "  Sülhməramlılar "  adı  altında  Rus  hərbicilətinin  Qarabağın ,  Laçının  ,  Kəlbəcərin  bir  hissəsini  işğal  edib  oralarda  ağalıq  etməsi  hər   bir  vətəpərvər  vətəndşımızı  əzir ,  ürəkdən   narahat  edir . Ruslar  isə  getmək  fikrində  deyil . Əksinə  gümü  gündən  işgalçı  hərəkətlərini  artırırlar.
       Bütün  bu  hadisələr  xalqımızı  məyus  edir  sarsıdır  .
       200  yüz  ildən  çoxdur  ki ,  Vətənimiz    Rus  imperialistləri  tərəfindən  talandı  ,  insanlarımız  öldürülü ,  soyqrıma  məruz  qaldı .
       Allahın  lütfü  ilə  xalqımız  yox  olmadı .  Əksinə  artdı ,  çoxaldı .
       İndi  Dünya  üzrə  azərbaycanlıların  sayı  50  (  əlli )  milyondan  çoxdur .
       Tarixi   ərazilərimiz   şimaldan  Dərbənddən  başlayır ,  cənubda  Kəngər  (  Fars )  körfəzində  qurtarır .  Şimal  şərqdə  Borçalı ,  cənub qərbdə  Kərkük .,  şərqdə   Tehran   və  Xəzər  dənizini  əhatə  edir .
       Dünya  bilir  ki ,   Bütöv  Azərbaycan  Almaniya   Fransa ,  Polśa  , Ukrayna   və  s .  bu  kimi  ölkələr  kimi  kifayət qədər  böyük  və  onlardan  fərqli  olaraq   qiymətli  neft -  qaz  yataqklarına  və  çoxlu  yetaltı  ,  yerüstü  səvətlərə  malikdir .
       Bilirlər  ki ,  Azərbsycan  bütöv  və  müstəqil  olsa    qısa   müddətdə  Dünyanın   ən  inkişaf  etmş  dövlətlərindən  birinə  çevirilə  bilər .
       Çünki  xalqımız  buna  layiq  və  qadirdir .
       .......     ...    .............    .......     ..........
         Müəllif  :  Qəvami  Sadıqbəyli 
                          jurnalist - politoloq
                      

 

Xudaferin.eu

23:22