Rusiya Yaxın Şərqə çıxmaq üçün vurnuxur .

  Ukrayna  müharibəsinin  uzanması  Rusiyanın  dürumunu  hər  gün  çətinləşdirir .
  Dünya  bazarlarına  çıxaran  bütün  istiqamətlər  tədricən  qapadılır .

  Belə  ki :
 1. Qərb  tərəfdə   müharibə  səbəbindən  Avropa  ilə  əlaqələri  kəsilib .
2 . Şimalda   İsveç  və  Finlandiya   yüz  illik  neytrallığına   son  qoyaraq   Rusiyanın  əsas  rəqibi  olan  NATO  - ya  qoşulur .   Pribaltika  dövlətləri  də  Rusiydan  çoxdan  üz  döndəriblər .
3 . Cənubi  - Şərqdə   Qazaxstandan  istifadə  Çinlə  toqquşmaya  səbəb  ola  bilər .
4. Uzaq  Şərqdə  arxasında  ABŞ  dayanan  Yaponiya  ilə  döyüşməlidir .
5 . Cənubi  Qafqazdan  istifadə  etmək  istəyəndə  Türkiyənin  və  Azərbaycanın  müqavimətiylə  qarşılaşmalıdır .
    Sadalanan  bu  istiqamətlərdən  Rusiya  üçün  ən  optimalı  Cənubi  Qafqaz  variantıdır . 
  Belə  düşünməyə  aşağıdakı  səbəblər  imkan  verir : 
  1. 22  fevral  2022 - ci  il  tarixində  Rusiya  Fedarasiyası  ilə  Azərbaycan  Respubkikası  arasında   Moskvada  imzalanan   müttəfiqlik   haqqında  müqavilə  var .
2 .   Türkiyə  müstəqil  siyasi  iradə  nümayiş  etdirərək  Rusiya  əlehinə  Qərb  dövlətlərinin  elan  etdiyi  sanksiyalara  qoşulmadı . 
 Rəsmi  olaraq   üzdə   Rusiya  ilə  münasibətləri  normaldır .
    Lakin  bu  marşurutdan  istufadə  edə  bilmək  üçün 
  Rusiya   faktiki   olaraq   200  il  müddətində   hərbi  gücü  hesabına  nəzarətində  saxladığı   Cənubi  Qafqazın  əsil  tarixi  sahibi  Azərbaycanla  hesablaşmalıdır .
  Azərbaycan  isə  indi  nəinki  reğionda  hətda  dünyada  ən  qüvvətli  döyüşkən  orduya  malik   dövlətdir .
  Ölkənin  idarə  edilməsində  dövlətimizin  başçısı  İlham Əliyev  hər  zaman  müstəqil  siyasi  iradə  sərgiləyir .  Beynəlxalq  ğörüşlərdə  apardığı  yüksək  diplomatik  məharətiylə  həm  Paşinyanı  həm  də  Putini  "Qarabağ Azərbaycanın  tərkib  hissəsdir" deməyə  məcbur  edib . 
Bu  günlərdə  də  rəsmi  Bakı   Rusiya  XİN-ə    sərt  cavab  verdi .
  Əslində  rəsmi  Bakının  müstəqil  siyasət  yürütdüyü  səbəbindən    son   onillik  ərzində  Rusiya ilə  Azərbaycan münasibətlərində gizli   böhran yaranıb .
 İndi  Cənubi Qafqaz  dramatik hadisələrin astanasındadır .  Bu  gərginlik  Rusiya  və Azərbaycanın xarici  işlər nazirlikləri arasında  kəskin bəyanat mübadiləsindən də  hiss  olunur .
   Rusiya   Cənubi   Qafqaz   ğeomüstəvisindən   istifadə  etmək  istəyir .
  Bunun  üçün  də  bəhanələri  artırmaq  lazım  gəlir .   
 Rusiya   XİN   erməni  separatçılarının   dili  ilə   Qarabağ ətrafında “humanitar böhran ”  yaradır .  
 Yerli  əhalinin guya  ərzaq, dərman  kimi  tələbat mallarının kəskin  qıtlığı  ilə üzləşməsindən danışır .
  Elektrik  enerjisi və  qazdan məhrum olmasından “narahatlığını” ifadə   edir .
  Birbaşa   hücum  etməsə  də    Qarabağın  “blokadası    böhrana  səbəb olur "   bəhanəsiylə  Bakiya  təzyiqini  hər  gün  artırır . 
  Lakin  onlar  gözləmədiyi  halda   Bakının cavabı  görünməmiş dərəcədə  sərt oldu .  
   Rəsmi   Bakı  bildirdi  ki :
 Rusiya  XİN-in mövqeyi qəbuledilməzdir . 
 Çünki  Rusiya    XİN  - nin   Qarabağla  bağlı  mövqeyi   prezidentlər Putin və Əliyev tərəfindən  ötən ilin   fevralında qəbul   edilmiş Bakı  və  Moskva arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə uyğun  gəlmir .  Azərbaycan  XİN - nin   bəyanatında   ən maraqlı  hissə  isə  budur :
 “Erməni  silahlı birləşmələrinin qalıqlarının Azərbaycandan çıxarılması  hələ də  təmin edilməyib. Üstəlik, bu birləşmələrə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında dəstək verilir”.
  Konkret  olaraq   Bakı  bu  cavabı  ilə   Moskvanı Ermənistan  və Azərbaycan arasında  hərbi əməliyyatları dayandıran 2020-ci ilin noyabr razılaşmalarını  pozmaqda  təqsirli  bildi .
 Rusiyanı  öz  öhtəliyini  yerinə yetirməməkdə  və   acizlikdə   ittiham  etdi .
  Bakının   getdikcə  artan   qətiyyətli  bəyanatları  sübut  edir  ki ,  Prezident Əliyev və   onun komandası hadisələrin inkişafına  hazırdırlar.
  Azərbaycan  Qarabağda Rusiya Sülhməramlı  Kontingentinin   ( hərbiçilərinin )  2025 - ci  ilə  qədər  qalmasını   gözləməyə   bilər.
  Yəni , RSK - in  mövcudluğu Azərbaycan Ordusunun Xankəndi  və  ətraf  əraziləri qanunsuz  silahlı birləşmələrin qalıqlarından təmizləməsinə mane  olmamalıdır .
   Müdaxilə  etsələr   belə ,  qüvvələr  nisbətində   Bakı  öz  ordusuna  arxayındır . 
  İndiki  vəziyyətdə   Qərb  dövlətləri  də  Qarabağ ermənilərinin müdafiəsinə qalxmağa  hazır deyillər .
   Onların   ( Avropa  dövlətlərinin )
 Bakının döyüşkən  planını   saxlaya  biləcək yeganə  variantları  iqtisadi sanksiyalar  ola  bilər .  Yəni ,  Azərbaycanın  ixrac  etdiyi   neft və  qaza  qarşı təhdid .
  Amma   Qərb bunu  da   edə bilməz .
   Çünki  , onların    əsas   rəqibi  Moskvadır  .
 Azərbaycanın enerji  daşıyıcıları  isə   məhz Rusiyaya alternativ  hesab olunur  və  indiki  mərhələdə   Bakının  neft  və  qazı  Avropaya  hava - su   kimi  lazımdır .
  Bəli ,  Bakı Rusiyanın  XİN - nin  hədələrindən  qorxmur. 
   Rusiya  özü   Ukraynada  çox dərin  bataqlığa düşüb .
 Cənubi Qafqazda  yeni   cəbhə  açmaq üçün   gücü  potensial   yoxdur .
   Bu  səbəblərdən  Rusiya  Yaxın  Şərqə  çıxmaq  üçün  vurnuxur .

   Qəvami  Sadıqbəyli .
 Jurnalist - politoloq.

Xudaferin.eu

14:45