SƏMİMİ QONŞULUQ VƏ QARDAŞLIQ HƏR KƏSƏ NÜMUNƏDİR .

9 vevral 2023 - cü il tarixinin rəsmi məlumatlarına görə Türkiyədə bu ayın 6 - da baş vermiş DƏHŞƏTLİ ZƏLZƏLƏ nəticəsində 14 min nəfər həlak olmuş , 63 794 nəfər yaralanmışdır .
Axtarış xilasetmə işləri davam edir .
Çox təsüf ki , ölənlərin və xəsarət alanların sayı artmaqdadır .
Məlum olduğu kimi zəlzələnin təsiri Türkiyənin 10 vilayətini əhatə etmişdir . Baş vermiş təbii fəlakətdən zərər çəkmiş insanlara yardım prosesinə dünyanın bir çox dövlətləri də qoşulmuşdur .
Təbii ki , bu ölkələrin sırasında Azərbaycan doğma qardaş kimi öndə gəlir .
Faciəinin ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ğöstərişi ilə Fövqaladə Hallar Nazirliyinin ( FHN ) 370 nəfərdən ibarət xilasedici dəstəsi Türkiyəyə göndərildi .
Bunun ardınca bir neçə təyyarə fəlakət zonasına humanitar yardım apardı .
Respublikamızın bütün bölğələrindən , idarə və təşkilatlarından , eləcə də sıravi əhali tərəfindən Türkiyəli qardaşlarımıza yardım etmə kompaniyası bu gün də davam edir .
Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə zəlzələ baş vermiş bölgələrə hərəkət edən təcili yardım maşınları və diğər nəqliyyat vasitələri təmənnasız olaraq , Azərbaycana məxsus " SOKAR " neft şirkətinin yanacaq doldurma məntəqələri fərəfindən benzinlə təchiz olunur .
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Qaziantep şəhər Hava Limanında Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşüb və göstərilən yardıma görə Azərbaycan xalqına minnətdarlığını bildirib .
Zəlzələdən əziyyət çəkən insanlara bir çox ölkələrdən , xüsusiylə : Birləşmiş Ərəb Əmirliyi ( BƏƏ ) , Qatar , Kuveyt , Səduyyə Ərəbistanı , və diğər dövlətlər tərəfindən humanitar yardımlar çatdırılıb . Müxtəlif ölkələrdən Yardım kompaniyaları davam edir .
Bizi sevindirən və məmnun edən hal Yunanıstanın hərəkətidir .
Belə ki , bu ölkənin Baş Naziri Kiriakos Miçotakis mətbuat işçiləri ilə ğörüşündə bildirib ki : " Yunanstan öz xilasedici ekipajını Türkiyəyə göndərən ilk ölkələrdəndir . Bundan əlavə indi 5 ( beş ) təyyarə humanitar yardım göndəririk . "
Bu ağır günlərdə Yunanstanın Türkiyə xalqına sərgilədiyi səmimi qonşuluğunu hər kəsə nümunə sayırıq .
Məlumat üçün xatırladıram ki : 7 dekabr 1988 - ci il tarixində Ermənistanın Spitak şəhərində zəlzələ baş vermişdi . O zaman Azərbaycan tərəfi fəlakət zonasına təyyarə iıə 78 nəfər xiıasedici göndərmişdi . Çox sağ olun demək əvəzinə ermənilər yardıma gələn təyyaranı partlatmışdı
Nəticədə xilasedici dəstənin hamısı həlak olmuşdu .
Biz isə heç vaxt xeyirxahlığımızdan qalmırıq .
Türkiyənin 10 vilayətində , Suriyada , Güney Azərbaycanın Xoy şəhərində və diğər bölgələrdə baş vermiş zəlzələyə görə təsüfümüzü bildiririk .
Təbii fəlakət zamanı həlak olan və xəsarət alan insanların ailələrinə , yaxınlarına baş sağlığımızı çatdırırıq .
Zəlzələdən zərər çəkmiş bölgələrə imkan daxilində humanitar yardım ı davam etdirirməyi zəruri hesab edirik .
Siyasi müstəvidə Türkiyə ilə soyuq münasibətdə olan Yunanstan dövlətinə , xalqına , xüsusiylə bu ölkənin Baş Naziri Cənab Kiriakos Miçotakisə nümunəvi - insani hərəkətinə görə hörmətimizi ifadə edirik .
Bu ağır fəlakətdən Türk - Azərbaycan xalqının DİM - DİK çıxacağına inanırıq .
Biz - Azərbaycanlılar , hər zaman qardaş Türkiyənin yanındayıq .
Əminik ki , Türk - Azərbaycan xalqı bütün fəkakətlərə mərdliklə sinə gərəcək . Hamılıqla ayağa qalxıb düşmənlərə meydan oxuyacaq .
Bundan ötrü səmimi insanlar , VƏTƏNİNƏ cəsarətlə , qeyrətlə xidmət etməlidir .

Qəvami Sadıqbəyli , Jurnakist - politoloq .
Xudaferin.eu

11:06