BİTMƏYƏN MÜHARİBƏ ANONSU -- SAYIQLIĞIMIZI HƏR AN QORUMALIYIQ .....

II QARABAĞ müharibəsinin dayandırılmasını özündə ehtiva edən 10 NOYABR MOSKVA BƏYANATININ 4-cü bəndində qeyd olunub ki : RUSİYALI SÜLHMƏRAMLILARININ QARABAĞDA YERLƏŞMƏSİ İLƏ PARALEL ERMƏNİ SİLAHLI DƏSDƏLƏRİ LƏĞV OLUNMALIDIR .
Çox təssüf ki , müharibənin dayandırılmasından iki il keçməsinə baxmayaraq , böyük güclərin əlində "OYUNCAQ " olan erməni siyasi dairələr imzaladıqları MOSKVA BƏYANNAMƏSİNİN ŞƏRTLƏRİNƏ əməl etmək istəmirlər .
Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi ARMEN QRİQORYAN məlum müqavilədən danışarkən ictimaiyyətə yenə " SİFARİŞLİ BİLGİLƏR " çatdırıb .
Belə ki : Ermənistan hansı variantı dəstəkləyir ..? sualına cavabında deyib ki : " İravan təhlükəsizlik təminatının yaradılmasının tərəfdarıdır . Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliklə bağlı müzakirə aparılsın və bu həm sülh müqaviləsində, həm də digər beynəlxalq müzakirələrdə təsbit edilsin ."
Armen Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi olduğu üçün Onun səsləndirdiyi fikirlər İravanın rəsmi mövqeyi anlamına gəlir . Bu da Müharibə Anonsundan xəbər verir . Yəni , Qarabağda hər an yeni qanlı döyüşlər başlaya bilər .
Belə görünür ki ,
Sülhlə bağlı nikbin proqnozlara baxmayaraq Azərbaycan -- Ermənistan arasında sülh müqaviləsi bu il də imzalanmayacaq.
Belə vəziyyət ən çox hansı tərəfə zərər gətirər ....?
Bəllidir ki : Coğrafi şəraitinə görə faktiki blokada şəraitində olan , Diasporalarının , Xarici havadarlarının yardımına möhtac vəziyyətdə yaşayan yoxsul Ermənistan əhalisi daha çox əziyyət çəkəcək.
Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclənməkdə davam edir . İşğal altında qalan ərazilərin hər qarışını azad etmək məsələsində mövqeyi dəyişməyəcək , yumşalmayacaq , əksinə, daha da sərt və qəti olacaq.
Erməni xalqı başa düşməlidir ki : onların normal insan kimi yaşamalarının qarantı Rusiya , ABŞ , Fransa da yox ; Azərbaycanla bağlanması vacib olan ƏDALƏTLİ SÜLH MÜQAVİLƏSİNDƏDİR .
Çünki , Ermənistan regiondakı coğrafi - siyasi - iqtisadi mövqeyinə görə Azərbaycan və Türkiyəyə möhtacdır . Ancaq və ancaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra regiona sülh və firavanlıq gələ bilər . Təbii ki , bundan Azərbaycan . Türkiyə ilə yanakı Ermənistan da yararlana biləcək.
İkinci Qarabağ müharibəsi 10 noyabr Moskva Bəyannaməsiylə dayandırıldıqdan sanra sonra Azərbaycan prezidenti İ. ƏLİYEV VƏ Türküyə prezidenti R.T. ƏRDOĞAN region dövlətlərinin liderlərini 6-lı iqtisadi-ticari platformada iştirak etməyə dəvət etdilər. Bu platforma işə düşdükdən sonra Naxçıvandan Azərbaycana çəkiləcək avtomobil və dəmir yolundan Rusiya, Azərbaycan, İran, Türkiyə, Ermənistan və Gürcüstan istifadə edə biləcək. Yəni bu layihədə iştirak edən dövlətlər və onların xalqları iqtisadi - ticari əlaqələr sayəsində öz mallarını qonşu ölkələrə satacaq və onlardan lazım olan məhsulları alaraq iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Həyat səviyyələrini yüksəltməyə nail olacaqlar.
Bizlər təklif etdik . Onlar isə düşünüb qərar vermək əvəzinə yeni xülyalara düşdülər .
Belə ki : Rusiya 24 vevral 2022 - ci il tarixində Ukraynaya təcavüz etdi . On minlərlə insan həyatını itirdi . İndi orada Müharibə də itkilər də davam edir .
Rusiya " Sülhməramlıları " Qarabağda min oyundan çıxır ... Separatçıları qızışdırır .
Ermənistanla Azərbaycan arasında SÜLH MÜQAVİLƏSİNİN bağlanmasına var gücüylə mane olur .
FRANSA imperialist təfəkkürlü prezidenti MAKRON vasitəsiylə ermənilərə boş - boş vədlər ;
İRAN özünü üzdə müsəlman dövləti adlandırır , arxada bizə düşmənçilik edərək separatçılara silah verir .
Axmaq ermənilər də xoşbəxt gələcəklərini yaxın qonşuları ilə dinc yaşamaqda görmək əvəzinə ;
Cənubi Qafqazda öz STRATEJİ MARAQLARINI güdən RUSİYADA , FRANSADA və iki üzlü İRANDA axtarırlar .
Fikrimcə :
1 . Biz Azərbaycanlılar olaraq Dövlətimizin üzərinə yönələn təcavüzkar müharibə ANONSLARINI daim diqqətdə saxlamalı ;
2 . Qarabağ problemini axıra qədər həll etməli ;
3. Ağır , strateji məsələlərin yükünü gələcək nəsillərimizin çiyninə ötürməməliyik .
Belə qlobal problemlərin öhtəsindən gələ bilmək üçün cəmiyyətdəki statusundan asılı olmayaraq , iqtidarlı -- müxalifətli bir araya gəlməyi bacarmalıyıq . Siyasi partiya , qeyri - hökümət təşkilatı , KİV - i , iş adamları , elm və mədəniyyət xadimləri , sadə peşə adamlarl hamımız VƏTƏNDAŞ mövqeyindən çıxış etməli , Dövlətimizə dayaq olmalıyıq .
Müəllif: Qəvami Sadıqbəyli
( jurnalist -- politoloq)
11 . 12 . 2022 - ci il .

Xudaferin.eu
12:25