Fransalı " partizanların " Laçın Dəhlzi " qarşısında növbəti təxribat cəhdləri ...

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə maraqlanıb .
Telefon danışığı zamanı dövlətimizin başçısı bildirib ki :
"" Qarabağda yaşayan erməni əhalisinə humanitar yardımın çatdırılması məqsədiylə Ağdam-Xankəndi yolu açıqdır .
Lakin separatçıların "yaratdığı" qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir .
Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edir .
Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan Sərhəd Keçid Məntəqəsi ( SKM ) qarşısına humanitar təyinatlı olduğunu iddia etdiyi naməlum yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. ""
Bu danışıqlara baxmayaraq avqustun 30 - da Fransanın yüksək vəzifəli şəxsləri ( "partizanları"!) :
1. Paris meri Ann Hidalqo,
2 . Strasburq meri Jeanne Barseghian,
3 . Parisin vitse-meri Anuş Toranyan,
4. LR senatorlarının prezidenti Bruno Retailleau və s .. başqa çox saylı nümayəndələri
" Artsax respublikasına " " humanitar yardım gətirmişik " adı ilə Laçın yolundakı SKM - nin qarşısında peyda olublar .
Fransa şəhərlərinin merləri , senatorları
Laçın Dəhlizinin qarşısında yeni
" Humanitar yardım " teatr səhnəsi təşkil etməyə cəhd edirlər .
Yəni , əslində Rəsmi Paris Laçın yolu istiqamətində Azərbaycana qarşı " hücum taktikasını " işə salıb .
Digər tərəfdən də seperatçılar tərəfindən Azərbaycanın ermənilərə göndərdiyi yardım TIR-larına qarşı təxribat törədilir .
Belə ki , Xankəndiyə yardım aparan TIR-lar Ağdam yolunda gözləməyə məcbur olub . Son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da , hələ ki, nəticə yoxdur. Yardımı aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam yolunda çadır quraraq , gecələyiblər .
Xankəndidəki separatçılar yardımı qəbul etməkdən imtina edirlər .
Əslində separatçıların erməni əhalisinin adından danışmaq hüququ yoxdur .
Lakin onlar ( Separatçılar ) erməni əhalisinə təzyiq edərək Azərbaycanın göndərdiyi yardımı qəbul etməyə imkan vermir .
Bu da qabaqcadan hazırlanan təxribatın tərkib hissəsidir .
Bir qrup erməni təxribatçı yardımın qarşısını kəsmək məqsədilə Ağdam yolunda Rusiya sülhməramlılarının postu qarşısına toplaşıb .
Separatçıların "silahlı dəstələri” Rusiya sülhməramlılarına qarşı da fiziki təzyiqə əl atıblar .
Silahlı erməni seperatçı - təxribatçılar sülhməramlıların avtomobilinə hücum edərək rusiyalı hərbçiləri təhqir ediblər .
Nəticədə rusiyalı Sülhməramlıların avtomobili ərazidən təcili şəkildə uzaqlaşaraq, xilas ola biliblər.
Erməni mənbələrin yazdığına görə həmin şəxslərin Ruben Vardanyanın yaratdığı qondarma "Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvləridir . Təxribata qondarma təşkilatın "rəhbəri” Arşak Abramyan başçılıq edir.
Bu arada Əsgəranın keçmiş "meri" Alyoşa Qabrielyan qondarma “Artsax” ictimai radiosuna müsahibəsində deyib ki :
“ Biz Azərbaycandan göndərilən “humanitar” yüklərin "Artsax"a daxil olmasının qarşısını almaq üçün Ağdam yolunun qarşısındayıq . Onların göndərdiyi köməyə ehtiyacımız yoxdur.
Azərbaycandan "Kaşatağ" dəhlizini
(Laçın yolunu) açmasını tələb edirik ".
Bu faktın özü -- Ağdam yolundan Azərbaycanın göndərdiyi humanitar TIR-larının qarşısının kəsilməsi Ermənistan və Fransanın "Qarabağda humanitar fəlakət yaşanır” iddialarını tamamilə ifşa etmiş olur.
Əgər Xankəndində "humanitar fəlakət” varsa, Ağdam yolundan göndərilən yüklər qəbul edilməlidir .
Humanitar yardım qəbul edillmirsə , Azərbaycan prezidenti İlham Əkiyevin Fransa prezidenti İmmaneual Makrona dediyi sözlər öz təstiqini tapır .
Yəni , Ermənistan və Qarabağdakı separatçılar " humanitar faciə " adı ilə manipulyasiya edirlər .
Rəsmi Bakı Ağdam yoluna humanitar yardım çıxarmaqla Ermənistanı , separatçıları və Fransadan gələn " partizanları " dilemma qarşısında qoydu :
1. Ermənilər Azərbaycanın Ağdam - Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul edib " humanitar faciə " ŞOU - suna son qoymallıdlrlar .
2 . Fransadan gələn " partizanlarla " birləşib Azərbaycana qarşı hücum cəhdlərini davam etdirməlidirlər .
Müşahidələr göstərir ki , onlar ( fransız və erməni təxribatçılar ) haqq yoluna gəlmək fikrində deyillər .
İnanırıq ki ; təxribatçıları
" ağıllandırmağın " yolunu Azərbaycan Dövləti və Ordusu yaxşı bilir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

12:40