11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib .
Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb .
Beynəlxalq qaydalara görə hərbi təyyarələrin qonşu dövlətin sərhədinə yaxınlaşması səbəbi vaxtl və müddəti ilə bağlı həmin dövlətə əvvəlcədən xəbərdarlıq edilməlidir .
İndiki halda isə beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İranın hərbi təyyarəsinin Azərbaycanın dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri gərginləşdirməyə xidmət edir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır.
Bu insidentlə əlaqədar İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Resubkilasının Xarici İşlər Nazirliyinə çağrılıb və ona müvafiq etiraz notası təqdim olunub .
Məlumat üçün bildiririk ki , İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.
Azərbaycan vətəndaşı olaraq bu cür təhrikçi hərəkətlərinə görə İran İslam Respublikasını şiddətlə qınayır və belə təxribatçı addımlardan çəkinməyə çağırırıq.
İranı idarə edən siyasətçilərdən belə təhrikçi hərəkətlərə son qoymalarını tələb edirik .
TƏHRİKÇİ HƏRƏKƏTLƏRƏ SON QOYULMALIDIR !

Qəvami Sadıqbəyli , Jurnalust - politoloq .
Xudaferin.eu
15:01