GÖRKƏMLİ DÖVLƏT XADİMİ -- NİYAZİ NƏCƏFOV ....

Azərbaycanın görkəmli dövlət xadimi -- Niyazi Nəcəfqulu oğlu Nəcəfov 23 fevral 1922-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
Əmək fəaliyyətinə 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin ümumi şöbəsində başlamışdır.
Niyazi Nəcəfov 1943-cü ildən 1971-ci ilədək Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarında işləmiş, Göyçay, Lənkəran rayon, Sumqayıt şəhər şöbələrinin rəisi, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin məsul işçisi, aparatın partiya komitəsinin katibi olmuşdur. 1971-ci ildən həyatının sonunadək Azərbaycan KP Əzizbəyov Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir .
Niyazi Nəcəfov 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 8–12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri və 14 medalla təltif edilmişdir.
Niyazi Nəcəfov 12 iyul 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın Böyük Ziyalılarından biri , Görkəmli dövlət xadimi Niyazi Nəcəfqulu oğlu Nəcəfovun xatirəsi xalqımız tərəfindən həmişə hörmətlə yad olunur .
Allah rəhmət eləsin .
Ruhu şad olsun .

Yazını qələmə aldı : Qəvami Sadıqbəyli .
Xudaferin.eu

12:36