Rövzət Qasımov: Ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur

Mərkəzi Seçki Komissiyası layihələrini intensiv şəkildə həyata keçirir. Bu layihələrin əsas məğzi isə müxtəlif seçki subyektlərinin seçki prosesində rol və vəzifələrinin öhdəsindən kifayət qədər məlumatlı şəkildə gəlməsidir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, seçkilərə start verildikdən dərhal sonra seçki komissiyalarının atdığı ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılmasıdır. Belə ki, bu ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur.

Rövzət Qasımov əlavə edib ki, ekspert qrupunun üzvləri üçün Mərkəzi Seçki Komissiyası ayrıca olaraq yaddaş kitabçası işləyib hazırlayıb. Artıq yaddaş kitabçası komissiyalarda fəaliyyət göstərən ekspert qrupunun üzvlərinə təqdim edilib.

Xudaferin.eu

16:18