Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz İmran oğlu Əzizov iyulun 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Ə.Əzizov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xudaferin.eu

16:19