İRAN MOLLA REJİMİ ÇÜRÜYÜR ...

2023 - cü ilin oktyabr ayının 7 - də HƏMAS silahlı qüvvələri İsrailə hücum etdi.
Bu tarixdən etibarən İsrail İranın Yaxın Şərq ölkələrində yaratdığı və müdafiə etdiyi təşkilatları intensiv və planlı şəkildə məhv etməyə başladı .
Qəzzada , Livanda fəaliyyət göstərən HƏMAS , HİZBULLAH liderlərini aradan götürdü.
İran SEPAH , HƏMAS , HİZBULLAH
vasitəsiylə Yaxın Şərqdə yerləşən FƏLƏSTİN , LİVAN , YƏMƏN , İRAQ , SURİYA kimi dövlətlərin yürütdüyü siyasətə müdaxilə edirdi .
Öldürülən liderlər Qasım Süleymani, İsmayıl Haniyə , Həsən Nəsrullah
Yaxın Şərqdə böyük nüfüz sahibi idilər.
Onları yetişdirmək üçün İran molla rejimi böyük resurslar sərf etmişdi.
Bu yaxınlarda İranın sabiq prezidenti Mahmud Əhmədinecat bildirmişdi ki ; İranın Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşlarının İsrail ilə əməkdsşlıq etməsi ciddi problemdir .
İranın sabiq prezidenti tərəfindən səsləndirilən bu etiraf həqiqətən çox ciddi SİYASİ FAKTORDUR .
Bu o deməkdir ki , İsrail xüsusi xidmət orqanları İran ərazisində istənilən şəxsi hətda İran Ali Liderini də hədəfə ala bilər.
İranın güvəndiyi SEPAH , HƏMAS , HİZBULLAH təşkilatlarının nüfuzlu liderlərinin ABŞ və İsrail tərəfindən ardıcıl olaraq məhv edilməsi İranın siyasi rəhbərliyini həyacanlandırıb.
Faktiki olaraq İran İsrailə tutarlı cavab verə bilmir.
1979 - cu ildə hakimiyyətə gələn İran molla rejimi Yaxın Şərqdə təsirini genişləndirmək üçün HƏMAS , HİZBULLAH kimi təşkilatların silahlı qüvvələrindən istifadə edirdi .
Həmin təşkilatların liderlərinin ardıcıl olaraq öldürülməsi Molla rejiminin rəhbərlərini təşvişə salıb .
Hazırda İran siyasi rəhbərliyi fəaliyyətini və diqqətini əsasən daxili təhlükəsizliyin təmin edilməsinə yönəldib.
İsrailin casus şəbəkəsinin məlumatları və SAXAL ordusunun Tehranda istənilən hədəfi zərərsizləşdirməsi imkananlarına görə İran Ali Lideri şəxsi təhlükəsizliyini qorumağa məcbur olub.
Müşahidələr göstərir ki ; İranın belə çətin duruma salınmasında
ABŞ-ın İsrailə hərtərəfli dəstəyi mühüm rol oynayır.
SEPAH , HƏMAS , HİZBULLAH kimi təşkilatlarla yanaşı , oyuncaq Etmənistan dövləti də hər zaman qonşu ölkələrə təsir etmək üçün İranın əlində alət olub .
Çətin duruma düşən
İranın Ali Dini Siyasi Rəhbərliyi Prezident Məsud Pezekşianın diliylə BMT tribunasından dünya ictimaiyyətinə müraciət edərək onları İsraildən qorumağa səsləyir.
Hadisələrin bu istiqamətdə inkişafı göstərir ki , molla rejiminin idarə etdiyi İran İslam Respublikası hakimiyyət dəyişikliyi astanasındadır .
Hazırda baş verən proseslər İranın parçalanmasına aparır.
Bu sadəcə olaraq ( çox da uzun olmayan ) zaman məsələsidir.
İranın coğrafi ərazisində yeni dövlətlərin , o cümlədən
Cənubi Azərbaycan dövlətinin yaranması labüddür .
İran İslam Respublikasını iddarə edən molla rejimi əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yox ;
torpaqlarımızı 30 il
işğal altında saxlayan , müsəlman azərbaycanlıları evlərinədən zorla qovan, məscidlərimizdə donuz saxlayan öz mənfur hərəkətləri ilə müsəlmanları və
İslam dinini təhqir edən ,
bölgəni qan gölünə çevirən işğalçı Ermənistanın yanında oldular .
İndi İranın Ali Dini Liderləri gündüzlər İsraili hədləyir , gecələr isə sığınacaqda gizlənməyə məcbur olurlar .

Qəvami Sadıqbəyli, Jurnalist - politoloq .
30 sentyabr 2024 - cü il.

Xudaferin.eu

18:06