İ. Əliyev : " Mən Şuşanı mədəniyyət mərkəzi elan etmişəm , məmurlar paytaxtı yox ".

Şuşa Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində inzibati ərazi vahididir . Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda onun şərəfinə Pənahabad adlandırılırdı . Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllənin də özünün hamamı , məscidi və bulaqı vardı .
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdi . Lakin artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü . Bu posesdə dahi Azərbaycan bəstəkar Üzeyir Hacıbəyovun böyük rolu olmuşdu .
Şuşa şəhəri 1992-ci il may ayının 8-də Rusiya dövlətinin siyasi və hərbi yardımı sayəsində, erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi . İşğalı nəticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdi . 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmişdi . 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü . Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallar vəhşiliklər törətmişlər . 600 ( altı yüz ) tarixi memarlıq abidəsini , o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini , Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər . 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini , 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmışlar Buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
Şuşa 8 noyabr 2020-ci il tarixində Azərbaycanın müzəffər ordusu tərəfindən işğaldan azad edilmişdir .
Lakun indi oranı Azərbaycan hakimiyyətində vəzifə tutan acgöz məmurlar işğal etməyə hazırlaşırlar. Bu həris niyyətə Prezident də etiraz etməyə məcbur olub . Və müsahibələrində xalqa müraciət edərək təxminən bu fikirləri səsləndirib : "Artıq gözlər tikilib Şuşaya . İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun".
Xalqın əksəriyyəti bilir ki , Azərbaycanın Quba , Qusar , Şamaxı , Xızı , İsmayıllı , Qəbələ , Şəki , Zakatala , Qax , Balakən , Göygöl , Lerik , Lənkəran və s. rayonlarıının ən səfalı ərszilərini dövlətin büdcəsini talayan məmurlar zəbt edib . Xəzər dənizinin sahillərini hasara alıblar . Məlum olur ki , onların gözlləri doymayıb , indi də Şuşanı mənimsəməyə can atırlar .
Əslində xalqımız tərəfindən kövrək hisslərlə sevilən və əzizlənən Şuşa prezidentin də dediyi kimi
planlı şəkildə bərpa edilməlidir . Orada yaşayacaq insanlar üçün nümunəvi şərait yaradılmalıdır . Qanunsuz və özbaşına hərəkətlərə yol vermək olmaz . Heç bir torpaq zəbt oluna bilməz . Xalqımız həsrətlə gözləyir ki , dağıdılmış şəhərlər , o cümlədən Şuşa tezliklə bərpa edilsin .
Prezident İ. Əliyev xalqa müraciətində belə demişdi : "Mən Şuşanı mədəniyyət mərkəzi elan etmişəm , məmurlar paytaxtı yox . Elə etməliyik ki , oraya qayıdacaq insanların rahatlığı təmin olunsun . Bütün dünya Azərbaycan dövlətinin gücünü və vətəndaşına qayğısını reallıqda görsün " .
Bu xoş arzuların həyata keçirilməsi üçün ictimaii nəzarətə böyük ehtiyac var . Vətənini sevən hər bir şəxs xüsusiylə qəzet , jurnal redaktorları , jurnalustlər , sosial şəbəkə istifadəçiləri ictumai nəzarətin təşkilatçıları və iştirakçıları olmalıdır .
" Azərbaycanın Dostları " Cəmiyyəti və " Xudafərin " dərgisi olaraq xalqımızın rifahı naminə prezidentin təklif etdiyi İctimai Nəzarətin təmin edilməsində ilk sıralarda iştirak etməyə hazırıq .

Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq
Xudaferin.eu
23:48