Şəmil bəy Əsgərxanоv: AXC zabiti

Bu gün ordu günüdür. Hazırda Qafqazın ən güclü ordusu olan Milli Ordumuz bu günlərə necə gəlib çıxmışdır? Yaradıcılarından birini tanıyaq.

Şəmil  bəy  Həsənalı bəy  оğlu 1890-cı  ildə Cəbrayıl qəzasının Yağləvənd оbasında dünyanı  tanımışdı. İbtidai təhsilini molla yanında  almışdı. Sonra Qarabulaq kənd məktəbini bitirmişdi. Daha sonra Tiflisdə hərbi məktəbi tamamlamışdı. Çar  оrdusunda  zabit  kimi  xidmət  etmişdi. Pоruçik  rütbəsi  vardı.

Şəmil  bəy Əsgərxanov çar ordusundan tərxis olunduqdan sonra Azərbaycan Xalq Cumhuriyyətinin hərbi hissələrində xidmət etmişdi. Zabitlərin xidməti çar Rusiyası dövründə qəbul edilmiş miivafıq sənədlər vo qərarlar əsasında nizamlanırdı. Müsəlman Korpusu Zaqafqaziya Komissarlığına tabe olan Qafqaz cəbhəsi qoşunlarının tərkib lıissəsi sayıldığı iiçiiıı onun zabitlərinin rütbələrinin artırılması da Zaqafqaziya Komissarlığı hökumətinin qərarı ilə həyata keçirilirdi. Şamil bəy Azərbaycan ordusunda ştabs-kapitan rütbəsi almışdı.

Özünümüdafiə xarakteri daşıyan bu tədbirlərlə bütünlükdə Qarabağda güclənməkdə olan millətçi separatçılığın, milli zülmün qarşısını tamamilə almaq mümkün deyildi. Ona görə də Bakı əməliyyatı başa çatandan bir neçə gün sonra Qarabağa da qoşun hissələri göndərilməsi qərara alındı. Bunun iiçiin xiisusi dəstə yaradıldı və lıəınin dəstənin tərkibinə 9-cu və 106-cı Qafqaz alayları daxil edildi. Dəstənin komandiri isə Cəmil Cahid bəy təyin olundu.  Şəmil  bəy Əsgərxanov bu hissə ilə Qarabağa yollandı. Qarabağ dəstəsi sentyabrın 25-də Qarabağ torpağına daxil oldu. Həm dəstənin, həm də Qafqaz İslam Ordusunun qərargahı Ağdamda yerləşdi. Erməni millətçiləri tiirk qoşunlarının Qarabağa gəlməsi ilə barışa bilmirdilər. Yaxın günlərdə bütün niyyətlərinin puç ola biləcəyini anlayan millətçilər sentyabrın sonlarında növbəti qurultay çağırıb bir daha Azərbaycan hökumətini tanımadıqlarını bildirdilər. Oktyabrın l-də Nuru Paşa da Ağdama gəldi. Nuru Paşa və Cəmil Cahid bəy özünü müstəqil erməni xalq hökuməti adlandıran quruma ultimatum gündəıib təcili surətdə tərksilah olunmalarını tələb etdilər. Ultimatumun müddəti bitəndən sonra Ağdamdan Şuşa ermənilərinə xəbər çatdırıldı ki, 36 saatdan sonra təslim olmasalar türk qoşunlarının luicumu başlayacaqdır. Çarəsiz qalan ermənilər bir ədəd əldəqayırma top. bir ədəd pulemyot, 80 ədəd tiifong toplayıb tərksilah olunduqlarını və Azərbaycan hökumətini tanıdıqlarını bildirdilər (1918).

Bununla belə, türk qoşunları Şuşaya doğnı irəliləyəndə Xramord, Xanabad, Daşbaşı, Aranzəmin, Kətik, Ağbulaq, Qarakənd, Əsgəran ətrafında erməni silahlı dəstələri onlara müqavimət göstərdi. Bu müqavimətləri qırdıqdan sonra türk qoşunları oktyabrın 8-də Şuşaya daxil oldu. Qoşun bölmələri azərbaycanlı əhali tərəfindən böyük sevinc və qonaqpərvərliklə qarşılaşdı. Azərbaycan ordusu yenidən təşkil olunandan sonra Şəmil  bəy Əsgərxanov 2-ci Qarabağ alayının tərkibində xidmət etməyə başladı.

Qısa müddətdən sonra elə Ağdam qarnizonunun vəziyyətində xeyli dəyişiklik yarandı. Həm l-ci Cavanşir piyada alayında, həm də 2-ci Qarabağ süvari alayında otaqlar təmiz və səliqəli idi, binalar müəyyən bərpa işləri tələb etsələr də, yaşayış yeri üçün sahmana salınmışdı. Taxtlar vo çarpayılar çatışmadığı üçün xüsusi hörmə çarpayılar-düzəldilmişdi və əsgərlərin istifadəsinə verilmişdi (ARDTA, 2898, siyahı 2, iş 12 a, v.12). 2-ci süvari Qarabağ alayının hər bölüyünün öz at tövləsi var idi. Cavanşir piyada alayında isə silah e’ıııalat- xanast, açılmış və onların hər biri üçün bina ayrılmışdı (ARDTA, 2898, siyahı 2, iş 12 a, v. 11,12).

2-ci Qarabağ süvari alaylarında da peşəkar zabitlər demək olar ki, yox idi. Onların yerinə dinc dövrün süvari məktəblərini qurtaran şəxslər tə'yin edilmişdi (ARDTA, 2898, siyahı 2, iş 24, v. 96).

1919-cu ilin iyun ayında general-mayor Həbib bəy Səlimov Qarabağda yerləşən qoşun hissələrinin vəziyyəti, onlarda təlim-tərbiyənin gedişi ilə yaxından tanış olmuş və qənaətlərini əks etdirən müfəssəl bir hesabat İıazırlanıışdı. General Səlimov əvvəlcə 2-ci Qarabağ siivari polkıında olmuşdu. İyun ayının 4-də o, l-ci, 2-ci vo 4-cii bölüklərə, bir pulemyot komandasına baxış keçirdi. Birinci bölüyüm komandiri kornet Kərimov. 2-ci bölüyünkü ştabs-rotmistr Yadigarov, 4-cii, bölüyünkii ponıçik Sadıqov, pulemyot komandasının komandiri isə ştabs-rotmistr Çervınov idi. Baxış üçün çıxarılan bölmələrdə 150 nəfər var idi ki, onlardan da 40 nəfəri hissəyə aprelin 15-do gəlmiş yeni əsgərlər idi. 3-cü bölük və digər bölüklərin bir sıra süvariləri naryadda olduğundan onlar baxışa cəlb edilməmişdilər.

Baxış iiçiin düzülən sıralar salamlaşmaya, gur, aydın və gümrah cavab verirdilər. Süvarilərin görkəmi yaxşı təsir bağışlayırdı, baxmayaraq kı. generalın fikrincə bir sıra süvarilər at iizəriıulo yaxşı oturuşa malik deyildilər. General Səlimovun şəxsi lıey'otin geyiminə də xüsusi bir iradı yox idi. Ancaq bir çox atların vo yəhərlərin ümumi vəziyyəti onu razı salmadı. Yəhərlərin to’miri və bərpası üçün hissədə e'ınalatxaııa olmadığı iiçiin ueneral kənardan mülki mütəxəssislərin cəlb edilməsinə icazo verdi. Pulemyot komandasında topçıı hissələrində işlədilən arabalardan ıstıtado olunuıdıı. Bu arabaların yaxşı qoşulması,atların yaxşı bərkidilməsi heç bir irad doğurmurdu (ARDTA, 2898, siyahı 2, iş 12 a, v.8).

S. Əfəndivevdən sonra 2-ci Qarabağ süvari alayına komandir təyin edilmiş polkovnik Yadigarovun 1919-cu ilin fevralında imzaladığı daxili əmrlərdən görünürdü ki, hissədə qarovul xidmətinin təşkilində hələ də bir sıra nöqsanlar qalmaqdadır. Fevralın 18-də imzaladığı əmrdən məlum olur ki. alayın qarovul otağında bir nizamsızlıq hökm sürməkdədir. Qarovul rəisi özü xidmətin təşkilinə məsuliyyətlə yanaşmır, qarovul otağına gələn komandir və rəisləri qarşılamır, qarovul rəisinin vəzifələrindən isə heç xəbəri voxdıır. Onun məsuliyyətsizliyi üzündən otaqlar təmizlənməmiş, inzibatı qaydada həbs olunmuş əsgərlər yuxudan qaldırılmamışdı (ARDTA, 2898, siyahı 2, iş 50, v.4).

Şəmil  bəy Əsgərxanov 2-ci Qarabağ süvari alayının tərkibindən çıxarılıb, Cəbrayıl qəzasına ezam edilir. O, burada köçəri obalardan atlı hissə təkil etməli idi.

1920-ci ilin yanvarın 21-də verilən mə'lumatlara görə Cəbrayıl qəzasında da erməni silahlı dəstələrinin hücumları geniş miqyas almışdı. Burada döyüşlər Xanlıq kəndinin ətrafında gedirdi. Erməni silahlı qüvvələri qəzanın içərilərinə doğru hərəkətini davam etdirirdi. Kəndlərdə yaradılmış olan könüllü müdafiə qüvvələri çoxsaylı və yaxşı təchiz olunmuş erməni dəstələrinin qarşısını almağa qadir deyildi (ARDTA, 2898, siyahı 1, iş 6, v.43).

Səməd bəy Mehmandarov Əli ağa Şıxlinskidən dərhal Qaryaginlə əlaqə saxlamağı, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmağı tələb edirdi. Hərbi nazir başa düşə bilmirdi ki, nə üçün polkovnik Xosrov mirzə Qacar beş piyada bölüyünə, iki batareyaya və iki süvari bölüyündən ibarət bir dəctəyə malik olduğu halda Cəbrayıl təhlükə altında olmalıdır. Bunlardan başqa yerli partizan dəstələri də artıq təşkil edilmişdi. S.Mehmandarov belə mürəkkəb şəraitdə Qaryagin dəstəsinin belə kəsəmiz fəaliyyəti ilə barışa bilmirdi. Onun fikrincə, polkovnik Xosrov mirzə Qacar təşəbbüskarlıq göstərib qətiyyətli hərəkət etməkdənsə başqalarına göstəriş verməklə məşğul idi. Hərbi nazir patronların mə'nasız yerə məsrəf edilməsini də yolverilməz sayırdı (ARDTA, 2894, siyahı 2, iş 5, v.4).

Keşişkənd döyüşündən sonra bölgədə olan hissələrin şəxsi lıey ətinin sayt aşağıdakı şəkildə idi: Bakı piyada alayının - 300 nəfər, Cavanşir piyada alayının - 120 nəfər, Quba piyada alayının - 400 nəfər. Ağdaş piyada alayının - 400 nəfər, Şirvan piyada alayından olan bölüyün - 160 nəfər, Tatar süvari alayının - 380 nəfər Qarabağ süvari alayının - 250 nəfər. Cəbrayıl istiqamətində olan Gəncə piyada alayının - 400 nəfər, Şəki süvari alayının isə - 200 nəfər döyüşçüsü var idi. Bu qüvvələr aşağıdakı şəkildə qrııplaşdırılmışdılar: Tərtər istiqamətində Şəki süvari alayı və 2 ədəd top, Hoçaz istiqamətində Cavanşir piyada alayı, 4 ədəd dağ topu və Sultan bəyin rəhbərliyi altında 1000 nəfərlik kiird partizan, Şuşada ehtiyat qiivvə kimi Bakı piyada alayı, Şirvan piyada alayının bir böliiyii, 4 ədəd yüngül top və 4 ədəd qaııbitsa, Xankəndində Quba piyada alayının bıı ta- bom və 2 ədəd topa malik olan Qarabağ siivarı alayı. Əsgəranda Ağdaş piyada alayının bir taboru və dağ-siivari taqımı. Cəbrayıl istiqamətində Gəncə piyada alayının bır taboru, Tatar süvari alayı, 2 ədəd yiingiii top, 4 ədəd dağ topu və Xəlil paşanın partizanları dayanmışdı. Bu qüvvələri yemdən qruplaşdırdıqdan sonra general Səlimov Zəngəzur istiqamətində hücumu davam etdirməyi planlaşdırırdı. Yalnız nizami qüvvələrin gücü ilə aparılması nəzərdə tutulan bu hücumun aprelin 20-si ərəfəsində başlanacağı güman edilirdi (ARDTA, 2894, siyahı 2, iş 5,  v.54).

Şəmil  bəy Əsgərxanov 1920-ci ildə erməni-bolşevik qurumları tərəfindən tutulmuşdu.

Şəmil  bəy Əsgərxanov subay  vəfat  edib.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

15:18