İran Kazak briqadası Qacarlar dövlətində özünün şərəfli döyüş ənənələri ilə tanınmışdı. Briqadanın yüksək rütbəli zabitlərindən biri də Nağı ağa Əmir Əhmədi olub.
Nağı ağa əslən Naxçıvanlıdır. Atası Əhməd ağa rus-İran müharibələri dönəmində Qacarlar ölkəsinə mühacirət etmişdi. Abbas mirzə ona Urmiyanın Qaragöz-Mollasəməd kəndini tiyul vermişdi. Orduya qatılmış, Xanbaba xan Sərdar İrəvaninin qoşununda xidmət etmişdi. Əhməd ağanın Nağı ağa adlı oğlu, Səriyyə xanım adlı qızı olmuşdu. Səriyyə xanım Əhməd ağanın bacısı oğlu Qulamhüseyn xanla ailə qurmuşdu.
Nağı ağa 1858-ci ildə Urmiyanın Qaragöz-Mollasəməd kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu.
Nağı ağa Əmir Əhmədi 1879-cu ildə İran Kazak briqadasında xidmətə başlamışdı.
Nağı ağa Əmir Əhmədi 1884-cü ildə İsfahanda xidmət edirdi və naibi əvvəl (leytenant) rütbəsində idi. Dəfələrlə döyüş bölgələrində qısа müddətli məzuniyyətlərdə оlmuşdu.
Nağı ağa Əmir Əhmədi 1897-ci ildə Təbrizdə xidmət edirdi və yavər (mayor) rütbəsində idi.
Nağı ağa Əmir Əhmədi 1902-ci ildə sərhəng (polkovnik) rütbəsinə yiyələnmişdi.
Nağı ağa Əmir Əhmədi 1907-ci ildə, 45 yaşında sərtib (briqadir) rütbəsi almışdı. İran Kazak briqadasının 3-cü fövcünün komandiri idi. İran Kazak briqadasında rus üsul-idarəsi tətbiq olunduğundan, burda gеnеrаl rütbəsinə çаtmаq nə qədər böyük istеdаd və sərkərdəlik bаcаrığı tələb еdirdi.
Nağı ağa Əmir Əhmədi 1920-ci ildən sonra Qum, Savə və Zərəndin hakimi olmuşdu.
Döyüş cəbhəsində göstərdiyi rəşadətə görə Qacarlar dövlətinin orden və medalları ilə təltif edilmişdi.
Nağı ağa Əmir Əhmədi 1921-ci ildə vəfat edib. İmamzadə Abdulla gorgahında dəfn edilib. Rza xan Sərdari Sipəh Nağı ağanın dəfn mərasimində iştirak etmişdi.
Nağı ağanın Əhməd ağa adlı oğlu və qızı vardı. Qızı Heydərqulu xan Püsyanla ailə qurmuşdu.
İran Kazak briqadasında Kəngərli elinin, Naxçıvan əhalisinin nümаyəndələri çохluq təşkil еdirdi. Əsasən mühacirlərdən təşkil еdilən bu hərbi hissədə müхtəlif yаşlı əsgərlər, həttа аtа və оğul çiyin-çiyinə döyüşürdü. Nağı ağanın oğlu Əhməd ağa sonralar İranın hərbi naziri olmuşdu.
Nağı ağa Əmir Əhmədi mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi süvari alayın müstəsna rəşadəti torpaqlarımızın müdafiəsinə hər an hazır olan Azərbaycan gəncləri üçün əsl qəhrəmanlıq nümunəsidir.
Nağı ağa Əmir Əhmədi: rəşadət və cəsarət kanı

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
18:47